Məhkəmə qərarları › İş №3(014)-446/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-446/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-446/2023 24.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X13 Çingiz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X2 iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, “İİ Vətən Müharibəsi” iştirakçısı, ünvan 1 evdə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 24 iyul 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanda yerləşən özünə məxsus yaşayış evinin həyətində 1 (bir) ədəd dibçəyə 48 sm uzunluqda narkotik tərkibli çətənə bitkisini əkmiş və inkişaf etmək üçün ona aqrotexniki qaydada qulluq etmişdir. Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında izah etdi ki, Şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən özünə məxsus yaşayış evinin həyətində 1 (bir) ədəd dibçəyə 48 sm uzunluqda narkotik tərkibli çətənə bitkisini əkmiş və inkişaf etmək üçün ona aqrotexniki qaydada qulluq etmişdir. Daxil olmuş əməliyyat məlumatları əsasında Ağdaş rayon polis şöbəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə, saat 12:39 radələrində Şəxs yaşadığı ünvan 1 ünvana baxış keçirərkən 1 (bir) ədəd dibçəyə 48 sm uzunluqda narkotik tərkibli bitkiyə bənzər bitki aşkar edilmiş və X12 sertifikatlaşdırma Labaratoriyasında baş aqronomu X8 tərəfindən həmin narkotik tərkibli bitkiyə baxış keçirilmiş, rəy verilərək aqrotexniki qaydada qulluq olunduğu bildirilmişdir. Aşkar edilmiş narkotik tərkibli bitki kökündən çıxarılmış və daha sonra həmin bitki 01 ədəd zərfə qablaşdırılmışdır. Şəxs barəsində Ağdaş rayon X5 Bölməsində araşdırma aparılmış və onun əməlində Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin X1 göndərilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alıb Şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə özünü təqsirli bilir. ünvan 1 ünvanda yerləşən özünə məxsus evdə yaşayır. “İİ Vətən Müharibəsi” iştirakçısıdır. “Vətən Müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində yaşadığı evdə olarkən yoldan onun kiminsə səsləməsini eşitmişdir. Həmin vaxt yaşadığı evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşları ona yaxınlaşaraq onlarda yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkisi əkməyi barədə məlumat olduğunu söyləmişlər. O da həmin vaxt polis əməkdaşlarını yaşadığı evə dəvət etmişdir. Yaşadığı evin həyətyanı sahəsinə aqronomun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin həyətyanı sahəsindən 01 ədəd dibçəyə əkilmiş narkotik tərkibli bitki aşkar edilmişdir. Daha sonra yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli bitki kökündən çıxarılmış və hündürlüyü 48 sm olmuşdur. Daha sonra həmin bitki sellofan paketə qablaşdırılmış, paketin üzərinə imza etmişlər. Şəxs əlavə olaraq izahatında əməlindən peşmandır. Polis şöbəsində valideyinlərinin ona gələcəkdə münasibətlərindən qorxaraq yalan izahat vermiş, narkotik tərkibli bitkinin onun tərəfindən əkilmədiyini bildirmişdir. Onun barəsində yüngül cəza verilməsini xahiş etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanda yerləşən özünə məxsus yaşayış evinin həyətində 1 (bir) ədəd dibçəyə 48 sm uzunluqda narkotik tərkibli çətənə bitkisini əkmiş və inkişaf etmək üçün ona aqrotexniki qaydada qulluq etmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/525 ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 01 ədəd uzunluqda narkotik tərkibli çətənə bitkiyə oxşar bitki...”yazısı, adlar və imzalar olan kağır bağlamanın içərisində 01 ədəd sellofan torbadakı, 1 (bir) ədəd, uzunluğu 48 sm, yaş vəziyyətdə təmiz çəkisi – 3.48 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisindir. X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aqronom rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1159 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş 1-78117 nömrəli vəsiqədən görünür ki, Şəxs “İİ Vətən Müharibəsi” medalı ilə təltif edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 1-13966 nömrəli vəsiqədən görünür ki, Şəxs “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə - iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olması bildirməsi, “İİ Vətən Müharibəsi” iştirakçısı olması, “Vətən Müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi özünün və iş materiallarında olan şahid izahatları və iş materialları ilə tam sübuta yetir, həmin xətanı törətməkdə təqsirlidir, əməlin inzibati xəta olmasını aradan qaldıran və inzibati məsuliyyəti istisna edən halları yoxdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh təyin edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 1 (bir) ədəd, uzunluğu 48 sm, yaş vəziyyətdə təmiz çəkisi – 3.48 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növünü təyin edilsin. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 1 (bir) ədəd, uzunluğu 48 sm, yaş vəziyyətdə təmiz çəkisi – 3.48 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar