Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-447/2021 26.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 24 oktyabr 2021-ci il tarixdə, saat 13:30 radələrində idarə etdiyi «VAZ-21074» markalı 10ND655 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Ləki yolunun 10-cu kilometrliyindən üzü Ağdaş rayonu istiqamətinə doğru hərəkətdə olan zaman qarşısına çıxan maneədən yayınmaq üçün sərt tormozlama edərək avromobili yolun sağ hissəsinə çəkmişdir, bu zaman avtomobili yolun sağ hissəsindəki şəhidin xatirəsinə qoyulmuş lövhənin daş hasarına dəymişdir. Dəydikdən sonra daş hasar lövhənin yanında dayanmış “VAZ-2107” markalı 90KF562 dövlət nişanlı avtomobilin sağ qanad hissəsini əzmişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Hadisədən sonra sürücü AR-nın X2 Dispanserində yoxlanılmış, sürücüdə narkotik vasitə olan marixuananın təsiri olduğu aşkar edilmişdir. Buna görə Şəxs barəsində 24 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bildi və 24 oktyabr 2021-ci il tarixdə saat 13:30 radələrində etibarnamə ilə onun istifadəsində olan “VAZ- 21074” markalı 10ND655 dövlət nömrə nişanlı avtomobili ilə Ağdaş-Ləki yolunun 10-cu km-dən üzü Ağdaş rayonu istiqamətinə doğru hərəkətdə olan zaman Halal marketin yanından döngədən qarşısına avtomobil çıxdığını, həmin avtomobili vurmamaq üçün sərt tormozlama edərək avtomobilini yolun sağ hissəsinə çəkdiyini, bu zaman idarəetməni itirərək avtomobilinin yolun sağ hissəsində şəhid üçün qoyulmuş xatirə lövhəsinin daş hasarına dəydiyini, dəydikdən sonra daş hasarın lövhənin yanında dayanmış “VAZ-2107” markalı 90KF562 dövlət nömrə nişanlı avtomobilin arxa sağ qanad hissəsindən dəydiyini, hadisə zamanı avtomobildə olan sərnişinin və özünün heç bir bədən xəsarəti almadığını, Regional Narkoloji dispanserində yoxlanılarkən ondan marixuana qəbul etdiyinin aşkar edildiyini, əməlindən peşman olduğunu, Vətən Müharibəsi iştirakçısı olmaqla İİ qrup əlil olduğunu bildirdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında 24 oktyabr 2021-ci il tarixdə, saat 13:30 radələrində özünə məxsus olan “VAZ-2107” markalı 90KF562 dövlət nişanlı avtomobilini Ağdaş-Ləki yolunun 10-cu km-də halal marketin qarşısında şəhid abidəsinin yanında saxlayıb marketə düşdüyünü, təxminən 20 dəqiqə sonra “VAZ-21074” markalı 10ND655 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün idarəetməni itirərək şəhidin abidəsinə dəydiyini, avtomobilini həmin yerdə saxladığı üçün hadisə yerinə gedib baxanda həmin avtomobilin daş hasara dəyməsi nəticəsində abidənin daş hasarının onun avtomobilinin arxa sağ qanad hissəsinə dəydiyini gördüyünü, hadisə zamanı avtomobildə heç kəsin omadığı üçün xəsarət alanın olmadığını, avtomobilini özünün düzəltdirdiyini və hazırda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs heç bir şikayətinin, tələbinin olmadığını bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətaların törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 24.10.2021-ci il tarixli 1040 saylı sərxoşluq vəziyyətinin tibbi muayinəsi aktından görünür ki, Şəxs müayinə olunarkən onda narkotik sərxoşluq olması müəyyən edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 26.10.2021-ci il tarixli arayışdan görünür ki, BDYPİ-nin Mərkəzi Məlumat sistemində yoxlanılarkən Şəxs barəsində 14.07.2021-ci il tarixdə AR İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Vətən Müharibəsi X1 70925 №-li vəsiqəsinin surətindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi X1 üzvüdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, zərərçəkmiş şəxsin şikayətçi olmaması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş olan şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ məhduldaşdırılmaqla cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1992-ci ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, İİ qrup əlil, pensiyaçı, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat cərimə edilsin. Qərarın icrası Ucar rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-447/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-447/2021
26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver