Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-447/2023 25.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X6 Çingiz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X3 iştirakı ilə, xx.xx.1980-cı ildə Tovuz rayonu Əsrik Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, Tovuz rayonu Əsrik Cırdaxan qeydiyyatda olan və Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsində nömrəsiz evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 25 iyul 2023-cü il tarixdə saat 17:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək onu aldadaraq fala baxacağını bildirərək Zərərçəkmiş şəxs məxsus 1 cüt 400 manat dəyərində qızıl sirqasını talamışdır. Məhkəmə iclasında Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək onu aldadaraq fala baxacağını bildirərək Zərərçəkmiş şəxs məxsus 1 cüt 400 manat dəyərində qızıl sirqasını talamışdır. Zərərçəkmiş şəxs tərəfindən daxil olmuş müraciət əsasında Ağdaş rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Xəyyam Mehtiyev tərəfindən araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığına görə toplanmış material üzrə təhqiqatçı, polis kapitanı Xəyyam Mehtiyev tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Tərəfindən araşdırılma aparılmış, bundan sonra iş üzrə inzibati xəta hadisəsi olduğundan Şəxs barəsində Azərbaycan Respubilkası İXM-in 227-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alıb Şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında əvvəllər mütəmadı olaraq “falçılıqla” baxıcılıqla məşğul olub pul qazandığını, xx.xx.2022-ci ıl tarixdə tanımadığı bir nəfər qadının özünü Zərərçəkmiş şəxs kimi təqdim edib onun yaşadığı ünvana gələrək ona “eşitmişəm ki, siz fala baxırsınız” bildirdiyini, o da həmin qadına “bəli fala baxıram” sözünü dediyini, Hədiyyə adlı qadı isə “həyat yoldaşım yataq xəstəsidir, onun xəstəlikdən şəfa tapmasında ona köməklik göstər” sözünü ona bildirdiyini, o da həmin vaxt Hədiyyənin qulağındakı qızıl sirqanı gördüyünü və onu aldatmaq niyyəti ilə “qulağındakı qızıl sirqaları çıxar mənə ver, sizin evdə ağırlıq var sirqalar 1 həftə məndə qalsın mən dua yazım ağırlıq sizin edən çıxsın” sözünü bildirdiyini, bu zaman Zərərçəkmiş şəxs sirqaları qulağından çıxardaraq ona verdiyini, daha sonra Hədiyyə Nəsiboava yaşadığı evdən çıxıb getdiyini, təxminən 1 həftə keçdikdən sonra Zərərçəkmiş şəxs qızıl sırğalarını ondan geri almaq üçün gələn zaman Zərərçəkmiş şəxs müxtəlif bəhanələr gətirərək, ona qızıl sirqaları verməkdən yayındığını, Zərərçəkmiş şəxs aldadaraq aldığı sirqalara görə səmimi peşman olduğunu, həmin sirqaları Lombarda qoyaraq pul götürdüyünü, buna görə də həmin sirqaları qaytara bilmədiyini, lakin lombarda olan krediti bağladıqdan sonra Zərərçəkmiş şəxs aldığı sirqaları ona qaytaracağını, buna görə də onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Ağdaş şəhəri N.Gəncəvi küçəsi ev 10-da yaşadığını, əvvəllər Ağdaş rayonunda "Səkinə” adlı şəxsin fala baxması barədə məlumatının olduğunu, buna görə də, həmin falçı Səkinə adı ilə tanınan, yəni Şəxs baxıcılıq etdiyi üçün xx.xx.2022-ci il tarixdə onun yaşadığı evə getdiyini, onunla bağlı baxmasını xahiş etdiyini, həmin baxıcı kimi tanıdığı Şəxs evində olarkən, onunla bağlı görəcəyi işə görə, yəni üzərində və evində olan ağırlığı və xəstəliyi götürməsi məqsədilə onunla aralarında razılığa gəldiyini, buna görə də, Şəxs ona “qulağındakı sirqaları mənə ver, bir neçə gün məndə qalsın, mən dua yazım, evinizdəki ağırlıq və xəstəliyi götürülcək” sözünü bildirdiyini, o da Şəxs sözünə inanaraq, qulağındakı bir cüt sirqanı çıxardaraq, dua yazaraq, evdəki xəstəliyi ağırlığı götürməsi məqsədilə Şəxs verdiyini, bundan sonra Şəxs yaşadığı evdən çıxaraq, öz evinə getdiyini, təxminən 1 həftə keçdikdən sonra, həmin falçı Səkinə adı ilə tanınan, yəni Şəxs vermiş olduğu bir cüt qızıl sirqanı geri almaq’üçün Zəkiyyənin yaşadığı evə getdiyini, lakin Zəkiyyənin ona müxtəlif bəhanələr gətirərək, verdiyi qızıl sirqaları geri qaytarmaq istəmədiyini, sonradan dəfələrlə ona bu barədə bildirsə də, Şəxs vermiş olduğu bir cüt qızıl sirqaları geri ala bilmədiyini, Şəxs verdiyi bir cüt qızıl sirqaları 400 manat dəyəri olduğunu, ona dəymiş maddi ziyan dəydiyini, həmin ziyanlıq ödənilmədiyini, ondan şikayətçi olduğunu buna görə də ona ağır cəza verilməsini xahiş etmişdir. (Zərərçəkmiş şəxs bu barədə məhkəməyə ərizə təqdim etdi.) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək onu aldadaraq fala baxacağını bildirərək Zərərçəkmiş şəxs məxsus 1 cüt 400 manat dəyərində qızıl sirqasını talamışdır. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Xəyyam Mehtiyev 21 iyul 2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs xx.xx.2022-ci Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək onu aldadaraq fala baxacağını bildirərək Zərərçəkmiş şəxs məxsus 1 cüt 400 manat dəyərində qızıl sirqasını talamışdır. Təhqiqatçı tərəfindən araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis şöbəsinin X2 göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməli zərərçəkmiş şəxsin və şahidlərin izahatları, iş materialları ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər tənbeh növü təyin edilməli, Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, 240 (iki yüz qırx) saat ictimai işlər tənbeh növü tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs dəymiş ziyanlıqla bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(014)-447/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-447/2023
25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver