Məhkəmə qərarları › İş №3(014)-448/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-448/2020

09.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-448/2020 09.12.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasına səbəb Ağdaş rayon RPŞ təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı V.Əzənmədovun xx xxxxxx 2020-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı olmuşdur. Belə ki, Ağdaş rayon RPŞ İTB-nin sahə rəisi polis leytenantı S.Kərimovun həmin qərarı rəhbər tutaraq, Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək bildirdi ki, Sahilə Hacıyevəm çoxdan tanıyır, təxminən 4 ilə yaxındır ki, Sahilə ilə münasibəti vardır, lakin son zamanlar ondan ayrılmaq istəsə də, Sahilənin ondan əl çəkmir, öz ailəsinin yanına qayıtmaq istəyir, lakin Sahilənin ona ailəsində problem yaradır, bir müddət əvvəl onun azyaşlı övladı vəfat etdiyi üçün bundan sonra Sahiləyə “bir daha onu narahat etməməsini” demiş, lakin Sahilə buna məhəl qoymamış, xx.xx.2020-ci il tarixdə Sahilənin kirayə qladığı evə gedərək oradakı paltarlarını, əşyalarını götürmək istəmiş, Sahilə səs-küy saldığına görə Az.Res.DİN-in 102 xidmətinə zəng etmişdir, polis əməkdaşalrını gözləmiş, onlar gələndən sonra paltarlarını da götürüb oradan uzaqlaşmışdır, bundan biraz sonra yaşadığı evdə olarkən Sahilənin gəlib onun evinin həyətinin qarşısında dayanıb səs-küy saldığını görmüş, lakin çölə çıxmamışdır, polis əməkdaşlarına zəng etmiş, onlar gələnədək də evdən çıxmamışdır, polis əməkdaşları gəldikdən sonra Sahilənin oradan çıxıb getdiyini bilmişdir. Həmçinin qeyd edir ki, o, Sahiləni döyməmiş və ona heç bir xəsarət yetirməmişdir, Sahilə onun evinə gələndə polis əməkdaşları gələnədək evdən çölə çıxmamışdır, odur ki,barəsində olan inzibati icraata xitam verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, 2015-ci ildən bəri Şəxsla qeyri-rəsmi nigahda yaşayırlar, əvvəlki evliliyindən 2 qızı vardır, Yusiflə aralarında əvvəllər problem olmamış, lakin son vaxtlar Yusifin ona qarşı münaisbətinin dəyişdiyini görmüşdür, həmin vaxtdan aralarında bir neçə dəfə mübahisələr baş vermişdir, sonuncu dəfə mübahisə xx.xx.2020-ci il tarixdə baş vermişdir, belə ki, o, əşyalarını gətirmək üçün axşam saatlarında Yusif evinə getmiş, həmin vaxt Yusif əşyalarını aparmağa imkan verməmiş, ona görə aralarında mübahisə baş vermişdir, mübahisə vaxtı Yusif onu döymüş, belə ki, Yusif onun əli ilə üzünə, ayaqları ilə yan nahiyəsindən və qarın nahiyəsindən bir neçə dəfə vurmuşdur, hal-hazırda Yusifdən hamilədir, mübahisə və dava-dalaş Yusifin qapısının qarşısında baş vermişdir, orada özlərindən başqa yanında qızı olmuşdur. Hazırda Şəxs şikayətçidir onunla barışmamışdır. İş üzrə şahid X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, əri Şəxs Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi münasibətdə olmuşdur.Lakin son vaxtlar ondan ayrılmaq istəyəndə Zərərçəkmiş şəxs Şəxsla münaqişə etməyə başlamışdır. Hadisə baş verən günü Zərərçəkmiş şəxs onların yaşadığı evə gələrək Şəxs çağırsa da,Şəxs evdən çıxmamışdır.Odur ki,Şəxs Zərərçəkmiş şəxs döyməmiş və ona hər hansı bir xəsarət yetirməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs,şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, o, Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə olunmuş MTE və PA Birliyinin Ağdaş rayon Şöbəsi tərəfindən verilmiş 690 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət boynun ön sağ aşağı nahiyyəsinin sıyrıqları,sağ diz oynağının ön səthinin sıyrığı,sağ süd vəzisinin yuxarı qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx xxxxxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğində cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlirəm ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş 300 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1984-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş şəhəri,C.Məmmədquluzadə küçəsi ev 9-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib üç yüz manat cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar