Məhkəmə qərarları › İş №3(014)-448/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-448/2023

25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-448/2023 25.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X5 Çingiz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə xx.xx.1980-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdaş rayonu Şıxlı kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 25 iyul 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin ibzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-105/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 11450 (on bir min dörd yüz əlli) manat məbləğində dəymiş ziyanı ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Ağdaş rayon icra və probasiya şöbəsinin icra məmuru X3 izahatında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-105/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinin xx.xx.2023-cü il tarixdə icraatına daxil olduğunu, icra sənədi icraatına daxil olduqdan sonra tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildiyini, bundan sonra borclunun, yəni barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dəfələrlə icra və probasiya şöbəsinə çağırıldığını, izahatı alındığını, Şəxs zərərçəkmiş şəxsə olan borcunu ödəmədiyini, zərərçəkmiş şəxs isə borcunun ödənilməsini tələb etdiyini, borcun ödənilməsi ilə bağlı tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan bütün tədbirlərin görüldüyünü, borclunun adına borcun ödənilməsi üçün hər hansı bir əmlakının aşkar edilmədiyini, buna görə borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alıb Şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında onun barəsində bir neçə icra vərəqəsi, hətta alimentə dair icra vərəqəsi olduğunu, günlük 20 manata qəssab işlədiyini, hər ay icra şöbəsinə 500 (beş yüz) manat ödəniş ödədiyini, lakin ödədiyi pulların hansı icra vərəqələrinə ödənildiyini bilmədiyini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-105/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən qeyd edilimiş 11450 (on bir min dörd yüz əlli) manat məbləğində Zərərçəkmiş şəxs Mmməd qızına borcu olmadığını, hüquqi savadı olmadığından həmin qərardan şikayət vermədiyini bildirdi. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin nümayənmdəsinin iştrakı olmadan məhkəmə iclasının keçrilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 105/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 11450 (on bir min dörd yüz əlli) manat məbləğində dəymiş ziyan tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-105/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 11450 (on bir min dörd yüz əlli) manat məbləğində dəymiş ziyanı ödəməkdən yayınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-105/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-105/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədini üzürsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, heç bir üzrlü səbəb olmadan tələbkara olan borcunu ödəməkdən yayındığını, həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 13 (on üç) gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 25 iyul 2023-cü il tarixdən saat 16:30-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar