Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-449/2020 14.12.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxx 2020-ci il tarixdə yaşadıqları Ağdaş rayonu,Yuxarı Qəsil kəndində yerləşən evlərində anası Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasına səbəb Ağdaş rayon RPŞ təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı R.Yaqublunun xx xxxxxx 2020-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı olmuşdur. Belə ki, Ağdaş rayon RPŞ İTB-nin sahə rəisi polis mayoru E.Mayılov həmin qərarı rəhbər tutaraq, Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək bildirdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. O,anası ilə birgə yaşayır. Anası Həqiqətlə aralarında əvvəllər də mübahisə və dava dalaş olmuşdur. Belə ki,o, spirtli içki aludəçisidir, buna görə anası Həqiqət ilə aralarında tez-tez mübahisələr baş verir. xx.xx.2020-ci il tarixdə saat təxminən 16:30 radələrində sərxoş vəziyyətdə yaşadığı evə getmiş, anası Həqiqət onun sərxoş olduğuna görə ona irad bildirmişdir, məhz bu səbəbdən aralarında mübahisə baş vermişdir, mübahisə zamanı anası Həqiqət istifadəsində olan mobil telefonla DİN-nin 102 xidmətinə zəng vurmaq istəmişdir, anasının əlindəki telefonu almaq istəyəndə anası yerə yıxılmış, yenidən yerdə olanda anasından telefonu almaq istəmiş, lakin anası ona telefonu verməyərək ağlamağa başlamış, məhz bundan sonra o,çıxıb getmişdir. O,Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirməmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Şəxs onun doğma oğludur, aralarında tez-tez mübahisələr və dava-dalaş düşürdü, oğlu Rauf spirtli içki aludəçisidir, xx.xx.2020-ci il tarixdə saat təxminən 16:30 radələrində oğlu Rauf sərxoş vəziyyətdə evə gəlmiş, oğlu evə daxil olub heç bir səbəb olmadan ona nalayiq ifadələr işlətməyə başlamışdır, ona “söyüş söymə” söyləyərək istifadəsində olan mobil telefonu ilə DİN-in 102 Xidmətinə zəng vurmaq istəmiş, bu zaman Rauf əlində telefonu görüb telefonu ondan almaq istəmiş, lakin mobil telefonu vermədiyini görərək onu döymüşdür, belə ki, onu saçından tutaraq yerdə sürümüş və boğaz nahiyyəsindən tutaraq xəsarət yetirmişdir. Daha sonra onu yenə də döymüşdür. Hazırda Şəxs şikayətçıdır onunla barışmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, o, Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə olunmuş MTE və PA Birliyinin Ağdaş rayon Şöbəsi tərəfindən verilmiş 694 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət alt çənənin sağ nahiyyəsinin, sol bazu oynağının ön səthinin,sağ saidin orta 1/3 bayır səthinin,sağ saidin aşağı 1/3-ün bayır səthinin, sağ bazunun yuxarı 1/3 bayır səthinin qançırları,küt alət təsirindən törənmiş,törənmə müddətləri xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğində cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin izahatı, həmçinin tərtib edilmiş inzibati xəta haqında protokol, protokola əlavə edilmiş sənədlərlə və ekspert rəyi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, Şəxs zərərçəkmiş şəxslə barışmamasını nəzərə alaraq barəsində inzinati tənbeh növü olaraq on beş gün müddətə inzibati həbs tətbiq edilməsini müvafiq hesab edirəm, inzibati həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 11:20-dən hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxxxx 1980-ci ildə Ağdaş rayonu, Yuxarı Qəsil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib on beş gün müddətinə həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 11:20-dən hesablansın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-449/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-449/2020
14.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver