Məhkəmə qərarları › İş №3(014)-449/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-449/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-449/2023 26.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Qarayev Orxan Sərxan oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon icra və probasiya şöbəsinin icra məmuru X6, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə xx.xx.1987-ci il tarixdə Ağdaş rayonu Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdaş rayonu Yenikənd kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu üzrə materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-51/2022 saylı, 28 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2015-ci il tarixdə anadan olmuş X9 anası Zərərçəkmiş şəxs verməmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 məhkəmə iclasında göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-51/2022 saylı 28 aprel 2022-ci il tarixli icra vərəqəsinin icraatına daxil olmuşdur, icra sənədi icraatına daxil olduqdan sonra tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, bundan sonra borclunun Şəxs dəfələrlə İcra və Probasiya şöbəsinə çağırılmış, icra sənədinin icrası ilə bağlı ona rəsmi qaydada xəbərdarlıq edilmiş, izahatı alınmış, lakin Şəxs qətnaməni icra etməmiş, buna görə də tərəfindən 26 iyul 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alıb Şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta hadisəsi törəmədiyini, icra sənədinin icrasından yayınmadığını, icra məmurunun bütün çağrışlarına gəldiyini, xx.xx.2015-ci il tarixdə anadan olmuş X11 özü anası Zərərçəkmiş şəxs getmədiyini, bir neçə dəfə özü könüllü cəhd etsə də, uşaq ağlayaraq anasına getmək istəmədiyini, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız olduğunu, buna görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati həta haqında icraat aparılan şəxs Şəxs müdafiyəçisi X4 izahatında Şəxs davamlı şəkildə Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında xx.xx.2015-ci il tarixdə anadan olmuş X7 onun əlindən zor tətbiq etməklə alındığını, Şəxs uşağı ona qəsdən vermədiyini, qətnamənin icrasından yayındığını, buna görə də onun barəsində ciddi tədbir görülməsini xahiş etdi. Məhkəmə, təqdim olunan sübutlara qiymət verərək hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-51/2022 saylı 28 aprel 2022-ci il tarixli icra sənədini üzürsüz səbəbdən icra etməməsi və Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetməmişdir. “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 12.1-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Həmin Qanunun 30.1-ci maddəsində qeyd edilir ki, icra sənədləri üzrə icraatda yetkinlik yaşına çatmayan və ya tam fəaliyyət qabiliyyəti olmayan şəxslərin hüquqları onların qanuni nümayəndələri - valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçiləri tərəfindən həyata keçirilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 51/2022 saylı, 28 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2015-ci il tarixdə anadan olmuş X11 alınaraq anası Zərərçəkmiş şəxs verməlidir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, bundan sonra borclu Şəxs İcra və Probasiya şöbəsinə çağırılmış, icra sənədinin icrası ilə bağlı ona rəsmi qaydada xəbərdarlıq edilmiş, izahatı alınmışdır. Lakin icra sənədinin icrasından yayınmamış və qaçıb gizlənməmişdir. Bundan başqa icra məmuru tərəfindən icra sənədinin icrası zamanı Ağdaş rayon İcra hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndələri dəvət edilmədən Ağdaş rayon icra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi əsassızdır. Göründüyü kimi borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzürsüz səbəbdən icra etməməsi müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs icra məmurunun icra vərəqəsinin icrası barədə tələblərini pozmamışdır. Onun məhkəmənin icra sənədini üzrsüz səbəbdən icra etməməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda Şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən X1 Fəxri Musa oğlunun barəsində olan inzibati xətalar haqqında iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 2 (iki) saat müddətində müdafiə etmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 53, 84, 112, 114, 115, 117, 128-130ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş 26 iyul 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Şəxs göstərilmiş 2 saat hüquqi xidmətə görə 12 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil X2 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB**********6000343160 saylı hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət və protest vermək olar. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar