Məhkəmə qərarları › İş №3(014)-450/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-450/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-450/2023 26.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X6 Çingiz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon icra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə xx.xx.1995-ci il tarixdə Ağdaş rayonu Qumlax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdaş rayonu Qarasuqumlaq kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə Ağdaş rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 26 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Ağdaş Rayon Məhkəməsinin 3(014)-507/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən 500 (beş yüz) manat məbləğində inzibati cəriməni dövlət büccəsinə ödəməmişdir. Ağdaş rayon icra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri X3 məhkəmə iclasında Şəxs 500 (beş) manat məbləğində inzibati cərimə edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 3(014)-439/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqələri icraatına daxil olduğunu, icra sənədi icraatına daxil olduqdan sonra tərəfindən icraata başlamaq haqqında qərarlar qəbul edildiyini, bundan sonra borclunun, yəni barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dəfələrlə İcra və Probasiya şöbəsinə çağırıldığını, icra sənədinin icrası ilə bağlı ona rəsmi qaydada xəbərdarlıq edildiyini, icra şöbəsinə gəlmədiyi üçün onun məcburi gətrilməsi haqqında qərar qəbul edildiyini, tutulduqdan sonra icra şöbəsinə təhvil verildiyini, bundan sonra izahatının alındığını, lakin Şəxs icra sənədi üzrə borcu ödəmədiyini, onun qanuni tələbini yerinə yetirmədiyini, borcun ödənilməsi ilə bağlı tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan bütün tədbirlərin görüldüyünü, borclunun adına borcun ödənilməsi üçün hər hansı bir əmlakının aşkar edilmədiyini, buna görə borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alıb Şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bilmədiyini, övladını ona verərlərsə ona tətbiq edilmiş inzibati ödəyəcəyini bildirdi. Müdafiəçi Vəkil izahatında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Ağdaş Rayon Məhkəməsinin 3(014)-507/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən 500 (beş yüz) manat məbləğində inzibati cəriməni dövlət büccəsinə ödəməmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 3(014)-439/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Ağdaş Rayon Məhkəməsinin 3(014)-439/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədini üzürsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün, protokol tərtib etmiş şəxsin ifadələri və iş materialları ilə tam sübuta yetir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətinı yüngülləşdirən hal kimi nəzərər alınmalıdır. Onun məsuliyyətinı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi özünün izahatı və iş materialları ilə tam sübuta yetir, həmin xətanı törətməkdə təqsirlidir, əməlin inzibati xəta olmasını aradan qaldıran və inzibati məsuliyyəti istisna edən halları yoxdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, heç bir üzrlü səbəb olmadan dövlət büccəsinə olan borcunu ödəməkdən yayındığını, həmçinin məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq alaraq məhkəmə hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati qaydada ictimai işlər tətbiq edilməli, Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Paşayev X1 Aynur Habil qızının barəsində olan inzibati xətalar haqqında iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 2 (iki) saat müddətində müdafiə etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) saat ictimai işlər təhbehi tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Şəxs göstərilmiş 2 saat hüquqi xidmətə görə 12 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına Vəkil "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar