Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-450/2025 08.09.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X15, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X16, tələbkar Hüseynova (Qəribova) Vüsalə Sədirəddin qızı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxxxxxx 1983-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdaş rayonu, Aşağı Qəsil kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X16 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 26 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli və 26 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 3(014)-451/2025 nörməli qərardadına (hakim Fidan Ələkbərova) əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 26 avqust 2025-ci il tarixli, MN №2327255 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara şəxsin barəsində olan işlərə eyni vaxtda baxılması məqsədilə icraatımda olan 3(014)- 450/2025 saylı inzibati xəta haqqında işə birləşdirilmişdir. 26 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2932/2015 nömrəli, 09 oktyabr 2015-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 9358 manat məbləğində aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini pozmuşdur. Bununla da, borclu icra sənədini üzrsüz icra etməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa, 26 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-876/2017 nömrəli, 21 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən X6 ilə Şəxs birgə nikahlarından doğulmuş 03 noyabr 2012-ci il təvəllüdlü X8 anası X1 himayəsində saxlanılması qət edilmişdir. Lakin borclu Şəxs icra sənədini üzrsüz icra etməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X16 izahatında göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-876/2017 nömrəli, 21 iyul 2017-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X1 cavabdeh Şəxs qarşı uşağın məcburi qaydada alınması tələbinə dair iddiası təmin edilərək, tərəflərin birgə nikahlarından doğulmuş 03 noyabr 2012-ci il təvəllüdlü X8 iddiaçı X2 verilməsinə dair qərar qəbul edilmiş və icra vərəqəsi Ağdaş rayon İcra və Probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və tərəflərə tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Lakin qeyd olunan qərarın icrası mümkün olmamamışdır. Belə ki, icra vərəqəsi üzrə tələbkar Vüsalə Qəribova 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X7 cəza çəkmişdir. Vüsalə Qəribova cəzasını çəkdikdən sonra uşağın atadan alınıb ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və tələbi təmin olunmuşdur. Lakin Şəxs uşağı ölkə hüdudlarından kənara apardığından icra vərəqəsi icrasız qalmışdır. Daha sonra Şəxs və uşağın axtarışı barədə qərar qəbul edilmiş və barələrində axtarış elan edilmişdir. Şəxs Azərbaycana gəldikdə hava limanında saxlanılmış və Axğdaş rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Bundan başqa, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2932/2015 nömrəli, 09 oktyabr 2015-ci il tarixli icra vərəqəsinə əsasən Ağdaş rayonu, Aşağı Qəsil kəndində yaşayan Şəxs 03 noyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat aliment tutulub X1 xeyrinə verilməlidir. Lakin icra vərəqəsi üzrə 2016-cı il tarixdən heç bir ödəniş edilməmiş, nəticədə 9358 manat məbləğində aliment borcu yaranmışdır. Uşağın İcra və Probasiya şöbəsində anası ilə görüşü təşkil olunmuş, lakin uşaq anasına onu dünyaya gətirməsinə görə minnətdarlığını bildirib, atasına daha çox bağlı olduğunu qeyd etmişdir. Bununla bağlı tərəfindən akt tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2932/2015 nömrəli, 09 oktyabr 2015-ci il tarixli qətnaməsinə əsasən Vüsalə Qəribova ilə birgə nikahlarından doğulmuş uşaqları 03 noyabr 2012-ci il təvəllüdlü X4 ondan alınaraq anasının himayəsinə verilməsinə dair qətnamə çıxarılmışdır. X22 azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan və cəzanı çəkib qurtaranadək uşaq onun himayəsinə verilmişdir. O, da Rusiya Federasiyasının vətəndaşı olduğundan Azərbaycanda iş tapa bilmədiyindən uşağı ilə birlikdə Rusiya Federasiyasına getmiş, uşağa özü baxmış, bütün ehtiyaclarını özü qarşılamış və orada məktəbə qoymuşdur. 2019-cu il tarixdə polis əməkdaşları yaşadığı evə gələrək, Kamilla Qəribovanın harada olduğunu soruşmuş və aliment borcuna görə Azərbaycan Respublikasında axtarışda olduğunu bildirmişlər. O da uşağın yanında olduğunu və uşağa özü baxdığı halda hansı aliment borcundan söhbət getdiyini soruşmuşdur. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getmişdir. Bundan sonra o, atasına etibarnamə göndərərək qeyd olunan məsələ ilə bağlı maraqlanmasını xahiş etmişdir. Uşaq anadan çox ona bağlıdır və üç yaşından uşağa özü baxır. Uşaq Rusiya Federasiyasının vəndaşı olmaqla, orada təhsil alır. Uşağa özü baxıb böyütdüyü üçün hesab edir ki, uşağın saxlanılması üçün heç bir aliment vermək öhdəliyi yoxdur. Odur ki, qeyd olunanları nəzərə alıb barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında suallara cavab olaraq bildirdi ki, qızı Kamilla Qəribovanın ondan alınaraq anası X1 himayəsinə verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 2(014)-876/2017 nömrəli, 21 iyul 2017-ci il tarixli qətnaməsindən və bununla bağlı icra vərəqəsindən onun məlumatı olmamışdır. O, Rusiya Federasiyasının vətəndaşı olmaqla Moskva şəhərində yaşadığına görə nə məhkəmənin vaxtı və yeri barədə məlumatlandıdrılmamış, nə də həmin qətnamə üzrə tələbin könüllü icra edilməsi barədə hər hansı bir bildiriş almamışdır. Yalnız 26 sentyabr 2025-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına daxil olandan sonra Hava Limanında saxlanılmış və həmin zaman Ağdaş Rayon Məhkəməsinin 2(014)-876/2017 nömrəli, 21 iyul 2017-ci il tarixli qətnaməsindən və 03 noyabr 2012-ci il təvəllüdlü qızı Kamilla Qəribovanın barəsində axtarış elan edilməsinə dair Ağdaş rayon İcra və Probasiya şöbəsinin qərarından məlumatı olmuşdur. Məhkəmə iclasında tələbkar Hüseynova (Qəribova) Vüsalə Sədirəddin qızı izahatında bildirdi ki, Şəxs ilə aralarında qeydə alınmış nikahın pozulması üçün Ağdaş Rayon Məhkəməsinə, aliment tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Nikahın pozulmasına dair mübahisə bir ilədək uzanmışdır. Belə ki, o, 2016-cı ilin iyul ayında azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2016-cı ilin avqust ayında isə nikahları pozulmuş və nikah pozularkən uşaq altı ay müddətinə atasının himayəsində saxlanılmışdır. Daha sonra Şəxs uşağı götürərək Rusiya Federasiyasına aparmış və uşağa bugünədək də özü baxmışdır. Şəxs barəsində uşaq tələbi və aliment borcuna görə axtarış elan edilmişdir. Daha sonra onların Rusiya Federasiyasında da məhkəmələri olmuş, onun gəlirinin dörddə bir hissəsi alınaraq Şəxs verilməlidir. O, dəfələrlə övladı ilə əlaqə saxlamaq istəmiş, lakin Şəxs şərait yaratmamışdır. Uşağı illər sonra İcra məmurunun iştirakı ilə Ağdaş rayon İcra və Probasiya şöbəsində görmüşdür. Uşağa dair hissədə razılığa gələ bilməmişlər. Lakin uşağın psixoloji vəziyyətini, atasına daha çox bağlı olmasını nəzərə alıb ayın müəyyən günlərini, bayram və tətil günlərini anası ilə birlikdə olması şərti ilə uşağın atası ilə qalmasına razıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2932/2015 nömrəli, 09 oktyabr 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, Ağdaş rayonu, Aşağı Qəsil kəndində yaşayan Şəxs 03 noyabr 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 80 (səksən) manat aliment tutulub Mingəçevir şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan X5 verilməli, alimentin tutulması 11 avqust 20125-ci il tarixdən başlanılmalıdır. Ağdaş rayon İcra və Probasiya şöbəsinin 21 aprel 2016-cı il tarixli icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, həmin tarixdə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2932/2015 nömrəli, 09 oktyabr 2015-ci il tarixli icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs qeydiyyyatda olduğu ünvana tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 01 iyun 2016-cı il tarixli borclunun məcburi gətirilməsinə dair təqdimat və Ağdaş Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qərarının surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 2932/2015 nömrəli, 09 oktyabr 2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Ağdaş rayonu, Aşağı Qəsil kəndində yaşayan Şəxs məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilməsinə dair qərar qəbul edilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 28 aprel 2017-ci il tarixli borclunun axtarılması haqqında qərarının surətindən görünür ki, Ağdaş rayonu, Aşağı Qəsil kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 8(014)-689/2017 nöməli, 22 may 2017-ci il tarixli qərardadının surətindən görünür ki, Ağdaş rayonu, Aşağı Qəsil kəndində yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Ağdaş rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 19 dekabr 2018ci il tarixli məktubun surətindən görünür ki, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 28 aprel 2017-ci il tarixli “borclunun axtarılması” haqqında qərarına əsasən Ağdaş rayonu, Aşağı Qəsil kəndində qeydiyyatda olan xx xxxxxxxx 1983-cü il təvəllüdlü borclu Şəxs barəsində Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən 29 iyul 2017-ci il tarixdə axtarış işi açılmış və bununla bağlı aidiyyəti orqanlara müvafiq məlumnatlar göndərilmişdir. Borclu Şəxs yerinin müəyyən edilməsi istiqamətində aparılmış axtarış tədbirləri nəticəsində onun barəsində axtarış qərarı çıxarılmamışdan əvvəl 13 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk etdiyi və geri qayıtmadığı müəyyən edilərək barəsində dövlətlərarası axtarış elan olunmuşdur. Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qülbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Ağdaş rayon İcra və Probasiya şöbəsinə ünvanla mış 25 dekabr 2017-ci il tarixli məktubun surətindən görünür ki, Şəxs Ağdaş rayou, Aşağı Ləki kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda ərazidə yaşamır. Şəxs 07 sentyabr 2009cu il tarixdən Rusiya Federasiyasının vətəndaşıdır. Vətəndaş Şəxs məxsus Aşağı Qəsil kəndində 0.28 ha pay torpaq sahəsi vardır. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən Ağdaş rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 12 dekabr 2017-ci il tarixli məktubun surətindən görünür ki, 03 noyabr 2012ci il tarixdə doğulmuş X4 doğum haqqında akt qeydi Ağdaş rayon Qeydiyyat şöbəsində qeydiyyata alınmamışdır. Moskva Mülki Qeydiyyat İdarəsinin Dmitrovskiy Qeydiyyat Bölməsi tərəfindən verilmiş noyabr 2012-ci il tarixli, Vİ-МЮ № 583898 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03 noyabr 2012-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuş X4 atası Şəxs, anası X3r. Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X16, icra məmuru X19, psixoloq X18, borclu Şəxs, tələbkar Zərərçəkmiş şəxs, hal şahidləri X9 və X12 tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, iş üzrə tərəflərin birgə nikahlarından doğulmuş 03 noyabr 2012-ci il təvəllüdlü X8 polis əməkdaşları tərəfindən Ağdaş rayon İcra və Probasiya şöbəsinə təhvil verilmiş və uşaq anası Zərərçəkmiş şəxs ilə görüşmüş və ünsiyyətdə olmasına baxmayaraq anası ilə birgə yaşamaqdan, onun himayəsinə keçməkdən imtina etmişdir. Həmçinin İcra Hakimiyyətinin psixoloqu uşaqla təklikdə söhbət etməsinə baxmayaraq, uşaq israrla anasının himayəsində qalmağa və onunla yaşamağa razılıq verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, inzibati xəta haqqında MN ******* saylı və MN ******* saylı protokolları inzibati işin materiallarını müqayisəli şəkildə təhlil edib, məhkəmə iclasında tərəflərin izahatlarını dinləyərək hesab edir ki, borclu Şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2932/2015 nömrəli, 09 oktyabr 2015-ci il tarixli qətnaməsinə əsasən Şəxs 03 noyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat aliment tutulub X1 xeyrinə verilməsi qət edilmişdir ona görə ki, qeyd olunan məbləğ onların birgə nigahdan doğulmuş övladları Kamilla Qəribovanın sağlamlıq, təhsil, inkişaf və məişət qayğılarının çəkilməsinə sərf olunsun. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2016-cı il tarixli qərarının surətindən görünür ki, X6 Cinayət Məcəlləsinin 32.3, 29, 326.2-ci maddələri ilə təqsirli bilinib altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Vüsalə Qəribovanın cəza çəkdiyi müddətdə sonuncunun himayəsində olmuş azyaşlı uşağı X8 atası Şəxs himayəsinə verilmişdir. Göründüyü kimi, tələbkar X26 Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2016-cı il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 32.3, 29, 326.2-ci maddələri ilə təqsirli bilinib altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilənədək Kamilla Qəribova anası Vüsalə Qəribovanın himayəsində olmuş və Şəki Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən 22 iyul 2016-cı il tarixli qərarı ilə Vüsalə Qəribova cəza çəkdiyi müddətdə sonuncunun himayəsində olmuş azyaşlı uşağı X8 atası Şəxs himayəsinə verilmişdir. İşin mübahisəsiz tərəfi bundan ibarətdir ki, Şəxs 2016-cı ilin oktyabr ayında qızı Kamilla Qəribova ilə birlikdə Rusiya Federasiyasına getmiş və 25 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışlar. Şəxs 2016-cı il tarixdə Azərbaycan Respublikasını tərk edib qızı Kamilla Qəribova ilə birlikdə Rusiya Federasiyasına gedən zaman Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2932/2015 nömrəli, 09 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment borcunu tam ödəmiş, həmin tarixədək hər hansı bir öhdəliyi olmamışdır. 2016-cı ilin oktyabr ayından hazırki vaxtadək olan müddət ərzində isə Şəxs qızı Kamilla Qəribovanın təlim və tərbiyəsi ilə özü məşğul olmuş, bütün ehtiyaclarını özü qarşılamışdır. Şəxs irəli sürdüyü bu dəlilləri, yəni ötən müddət ərzində Kamilla Qəribovanın atası Şəxs himayəsində olmasını icra məmuru və tələbkar məhkəmə iclasında təsdiq etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməli Mingəçevir Şəhər Məhkəməsinin 09 oktyabr 2015-ci il tarixli icra vərəqəsinə əsasən 9358 manat məbləğində aliment borcunu ödəməkdən qəsdən yayınaraq icra məmurunun qanuni tələbini pozması kimi qiymətləndirilə bilməz və 26 avqust 2025-ci il tarixli MN ******* saylı protokola əsasən Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-876/2017 nömrəli, 21 iyul 2017-ci il tarixli qətnaməsi üzrə icra sənədinə gəldikdə isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-876/2017 nömrəli, 21 iyul 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdeh Şəxs qarşı uşağın məcburi qaydada alınması tələbinə dair iddiası təmin edilərək, tərəflərin birgə nikahlarından doğulmuş 03 noyabr 2012-ci il təvəllüdlü X8 iddiaçı X1 himayəsində saxlanılması qət edilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin 25 oktyabr 2017-ci il tarixli icraata başlamaq haqqında qərarının və bildirişin surətindən görünür ki, həmin tarixdə Ağdaş Rayon Məhkəməsinin 2(014)-876/2017 nömrəli, 21 iyul 2017-ci il tarixli icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs qeydiyyyatda olduğu ünvana tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 10 dekabr 2018-ci il tarixli qərarının surətindən görünür ki, Ağdaş rayonu, Aşağı Qəsil kəndində qeydiyyatda olan Şəxs qızı 03 noyabr 2012-ci il təvəllüdlü X8 barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Kamilla Qəribovanın ondan alınaraq anası X1 himayəsinə verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 2(014)-876/2017 nömrəli, 21 iyul 2017-ci il tarixli qətnaməsindən və bununla bağlı icra vərəqəsindən onun məlumatı olmamışdır. O, Rusiya Federasiyasında yaşadığına görə nə qeyd edilən məhkəmə qətnaməsindən, nə də həmin qətnamə üzrə icra işindən məumatı olmamış, tələbin könüllü icra edilməsi barədə hər hansı bir bildiriş almamışdır. Yalnız 26 sentyabr 2025-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına daxil olandan sonra Hava Limanında saxlanılmış və həmin zaman Ağdaş Rayon Məhkəməsinin 2(014)-876/2017 nömrəli, 21 iyul 2017-ci il tarixli qətnaməsindən və 03 noyabr 2012-ci il təvəllüdlü qızı Kamilla Qəribovanın barəsində axtarış elan edilməsinə dair Ağdaş rayon İcra və Probasiya şöbəsinin qərarından məlumatı olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydası müəyyən edilmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, Şəxs Rusiya Federasiyasında yaşadığından Ağdaş rayon İcra və Probasiya şöbəsinin 25 oktyabr 2017ci il tarixli icraata başlamaq haqqında qərarının və bildirişin surətlərini ona təqdim etmək mümkün olmamış, Şəxs qeyd edilən icra sənədləri ilə yalnız 26 sentyabr 2025-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirildikdən sonra tanış olmuşdur. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə Şəxs Ağdaş Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməsi və ya icra məmurunun həmin icra sənədi üzrə hər hansı qanuni tələblərindən boyun qaçırması müəyyən edilmir. Məhkəmənin qənaətinə görə Şəxs əməli Ağdaş Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli icra vərəqəsi üzrə icra məmurunun qanuni tələbini pozması kimi qiymətləndirilə bilməz və 26 avqust 2025-ci il tarixli MN ******* saylı protokola əsasən Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 07 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 77 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 77 manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X21
Məhkəmə qərarları › İş №3(014)-450/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-450/2025
08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver