Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-451/2023 26.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X8 Çingiz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis baş leytenantı X2 iştirakı ilə xx.xx.1962-ci il tarixdə Ağdaş rayonu Şəmsabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağdaş rayonu Şəmsabad kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 26 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 26 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən qapalı məkandan tütün çəkən zaman həmin yerdə xidmət aparan polis əməkdaşı ona törətdiyi əməlin inzibati xəta olduğunu bildirdikdə, bu zaman ictimai yerdə ucadan ünvansız nalayiq ifadələrlə söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, onu sakitləşdirmək istəyərkən, istəyən və nizam-intizama dəvət edən polis əməkdaşnın qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis baş leytenantı X3 izah etdi ki, 26 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən qapalı məkandan tütün çəkən zaman həmin yerdə xidmət aparan polis əməkdaşı ona törətdiyi əməlin inzibati xəta olduğunu bildirdikdə, bu zaman ictimai yerdə ucadan ünvansız nalayiq ifadələrlə söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, onu sakitləşdirmək istəyərkən, istəyən və nizam-intizama dəvət edən polis əməkdaşnın qanuni tələbinə tabe olmamaması barədə raport əsasında tərəfindən araşdırma aparılmış, Şəxs və digər şəxslərin izahatları alınmış və onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alıb Şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında 26 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən qapalı məkandan dostları ilə yeyib içən zaman tütün çəkəndə ona polis əməkdaşları yaxılaşaraq qapalı məkanda tütün çəkməyin inzibati xəta olduğunu bildirmiş, bu zaman əsəbi olduğundan ucadan ünvansız nalayiq ifadələr söydüyü üçün onu sakitləşdirmək istəyən və nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə tabe olmadığını, sonradan polis əməkdaşlarından üzür istədiyini, əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında X4 izahatında Ağdaş rayon Polis şöbəsinin X1 sahə polis nəfəri, polis serjantı işlədiyini, 26 iyul 2023-cü il tarixdə xidmətdə olan zaman Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən qapalı məkandan Şəxs tütün çəkdiyini görmüş, ona yaxınlaşaraq özünü təqdim etmiş, bu zaman həmin şəsə törətdiyi əməlin inzibati xəta olduğunu bildirdikdə, o ictimai yerdə ucadan ünvansız nalayiq ifadələrlə söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, onu sakitləşdirmək istəyərkən, istəyən və nizamintizama dəvət edən polis əməkdaşnın qanuni tələbinə tabe olmamışdır. Bundan sonra Şəxs Ağdaş rayon Polis şöbəsinə gətrilmişdir. İş materiallarına əlavə edilmiş MN1656746 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən qapalı məkandan tütün çəkən zaman həmin yerdə xidmət aparan polis əməkdaşı ona törətdiyi əməlin inzibati xəta olduğunu bildirdikdə, bu zaman ictimai yerdə ucadan ünvansız nalayiq ifadələrlə söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, onu sakitləşdirmək istəyərkən, istəyən və nizamintizama dəvət edən polis əməkdaşnın qanuni tələbinə tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən - xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs özünün etirafedici izahatı, şahid izahatı və iş materialları ilə Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir, həmin xətanı törətməkdə təqsirlidir, əməlin inzibati xəta olmasını aradan qaldıran və inzibati məsuliyyəti istisna edən halları yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləsinin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun peşman olmasını bildirməsi onun əməlində məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəlləsinin 31.1-ci maddəsinə əsasən İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətinı yüngülləşdirən hal kimi nəzərər alınmalıdır. Onun məsuliyyətinı ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs öz hərəkətləri ilə eyni vaxtda iki inzibati xəta törətdiyi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs cərimə növü təyin edilməlidir. Məhkəmə inzibati xəta törətmiş Şəxs törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, şəxsiyyətini, əmlak vəziyyətini, əməlində yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü olan cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(014)-451/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-451/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver