Məhkəmə qərarları › İş №3(014)-451/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-451/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-451/2025 26.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiallara baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 26 avqust 2025-ci il tarixli, MN №2327255 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemində” məlumatlar yoxlanlarkən Şəxs barəsində həmin tarixli MN №2327254 nömrəli inzibati xəta haqqında protokola baxılması ilə bağlı məhkəmədə başqa hakimin icraatında 3(014)-450/2025 saylı iş olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs müxtəlif vaxtlarda bir neçə inzibati xəta törətdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN №2327255 və MN №2327254 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş, həmin inzibati xəta haqqında protokollar eyni şəxs barəsində tərtib edildiyindən həmin inzibati işlər bir icraatda birləşdiriliməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İş üzrə toplanmış materialları araşdıraraq məhkəmə hesab edir ki, tərtib olunmuş protokollar və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir. İnzibati iş bu məhkəməyə aiddir. İşin baxılmasını istisna edən hallar, İnzibati xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 106, 109, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 26 avqust 2025-ci il tarixli, MN №2327255 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara baxılması ilə bağlı icraatımda olan 3(014)-450/2025 saylı inzibati xəta haqqında iş, şəxsin barəsində olan işlərə eyni vaxtda baxılması məqsədilə 3(014)-450/2025 saylı inzibati xəta haqqında işə birləşdirilsin. Hakim Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar