Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-452/2021 02.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştrakı ilə, xx.xx.1985-ci il tarixdə Ağdaş rayonu Qolqəti kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağdaş rayonu Qolqəti kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Ağdaş şəhərində 13 avqust 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şəxs barəsində Ağdaş rayon İcra və Probasiya Şöbəsininin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 tərəfindən 02 noyabr 2021-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 211.2-ci maddəsinin tələbini pozduğuna görə Ağdaş rayon Polis Şöbəsinin MN0552882 saylı 20.08.2020-ci il tarixli qərarına əsasən ona təyin edilmiş 100 manat məbləğində inzibati cəriməni ödəməmişdir. Məhkəmə iclası zamanı Şəxs izahat verərək göstərmişdir ki, inzibati cəri olunmasından xəbər vardır. Maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Hər ay hissə-hissə olmaqla borcunu ödəyəcəkdir. Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəməyə təqdim olunan sübutlara qiymət verərək hesab edir ki, Şəxs Ağdaş rayon Polis Şöbəsinin MN0552882 saylı 20.08.2020-ci il tarixli qərarına əsasən ona təyin edilmiş 100 manat məbləğində inzibati cəriməni ödəməməsi və Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi sübuta yetməmişdir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə Azərbaycan Respublikası İXM-nın 529.1-ci maddəsi ilə protokol tərtib edilməlidir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Polis Şöbəsinin MN0552882 saylı 20.08.2020-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 211.2-ci maddəsinin tələbini pozduğuna görə 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş, Ağdaş rayon İcra və Probasiya şöbəsinin 4/38598 saylı 15.02.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Şəxs 100 manat məbləğində inzibati cəriməni ödəməsi üçün 10 gün könüllü vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş, Ağdaş rayon İcra və Probasiya şöbəsinin MN ******* saylı 02.11.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi Şəxs tərəfindən inzibati xəta Ağdaş rayon İcra və Probasiya şöbəsinin 4/38598 saylı 15.02.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edildiyi vaxtdan, yəni inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilməli olduğu Ağdaş rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol 02 noyabr 2021-ci il tarixdə tərtib edilərək, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra məhkəməyə göndərilmiş, 16 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına Həmin Məcəllənin 53.0.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0.6-cı maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 84-cü maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib edilmiş 02 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129 və 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə tərtib edilmiş 02 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət və protest vermək olar. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-452/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-452/2021
02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver