Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-452/2022 02.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Abuşova Pakizə Müşfiq qızının katibliyi, X15 haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X5 qanuni nümayəndəsi X3 Mingəçevir şəhər X10 şəhəri Yol Patrul Xidmətinin inspektorunun TP ******* nömrəli 22 avqust 2022-ci il tarixli X15 haqqında elektron qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 qanuni nümayəndəsi X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Mingəçevir şəhəri, Yol Patrul Xidməti inspektoru polis serjantı X11 qanuni nümayəndəsi olduğu oğlu xx.xx.2006-cı il təvəllüdlü X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmağı barədə TP ******* nömrəli 22 avqust 2022-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsinə və xx.xx.2006-cı il təvəllüdlü X9 barəsində olan inzibati icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət vermiş şəxs X5 qanuni nümayəndəsi X6 məhkəmə iclasında şikayətini müdafiə edərək Mingəçevir şəhər Yol Patrul Xidməti inspektorunun TP ******* nömrəli 22 avqust 2022-ci il tarixli X15 haqqında elektron qərarı ilə qanuni nümayəndəsi olduğu xx.xx.2006-cı il təvəllüdlü X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsində nəzərdə tutulmu inzibati xəta törətdiyinə görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Həmin inspektorun TP ******* nömrəli 22 avqust 2022-ci il tarixli inzibati xəta haqqında qərarı ilə o, da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qanuni nümayəndəsi olduğu xx.xx.2006-cı il təvəllüdlü X5 barəsində tərtib edilmiş qərarda X15 haqqında elektron qərarın tərtib olunmasının səbəbləri göstərilməmişdir. O, Qarabağ müharibəsi veteranı olmaqla şəkərli diabet xəstəliyindən əziyyət çəkir. 22 avqust 2022-ci il tarixdə Mingəçevir şəhərində olan mərasimdə iştirak etmək üçün ailə üzvləri ilə birlikdə özünə məxsus “Mercedes Benz C180” markalı ** HA *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Mingəçevir şəhərinə getmişlər. Gecə saat 23:30 radələrində Mingəçevir şəhərindən Ağdaş şəhərinə qayıdarkən həmin avtomobili idarə edərkəön qəflətən şəkəri qalxdığından bir təhər avtomobili saxlamış və oğlu xx.xx.2006-cı il təvəllüdlü X9 avtomobili idarə etməyi öyrəndiyindən onu təcili tibbi yardım stansiyasına və ya xəstəxanaya çatdırmaq üçün sükan arxasına keçərək və avtomobili işə salaraq idarə etməyə başladı. Avtomobil bir az irəlilədikdən sonra Yol Patrul Xidməti inspektoru polis serjantı onların avtomobilini saxlatdı. Onun şəkərinin yüksəldiyindən uşaq onu tez xəstəxanaya çatdırmaq üçün avtomobili idarə etdiyini ona bildirsə də, yol patrul xidmətinin inspektoru buna məhəl qoymayaraq hər ikisi barədə sözügedən qərarları qəbul etmişdir. Qanuni nümayəndəsi olduğu xx.xx.2006-cı il təvəllüdlü X5 barəsində olan həmin qərarla razı deyil, çünki oğlu 26 avqust 2006-cı il tarixdə anadan olmaqla 16 yaşı tamam olmamışdır. Qanunvericiliyin tələblərinə görə inzibati xəta haqqında məsuliyyət fiziki şəxsin 16 yaşı tamam olandan sonra yaranır. Hadisə baş verən günü oğlunun 16 yaşı tamam olmadığına görə Mingəçevir şəhəri Yol Patrul Xidmətinin inspektoru oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16.1-ci maddəsinin qanuni tələblərini kobudcasına pozmaqla qərar qəbul etmişdir. Lakin göründüyü ki, X15 haqqında qərarı qəbul etmiş vəzifəli şəxs tərəfindən inzibati xəta hadisəsinin mövcudluğunu müəyyən edərkən həmin hadisənin xx.xx.2006-cı ildə anadan olmuş, hadisəni törədən zaman 16 yaşı tamam olmamış şəxsin barəsində qanunsuz olaraq qəbul etdiyi qərarı ilə onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilərək 100 manat məblləğində cərimə etmişdir. Göründüyü kimi xx.xx.2006-cı il təvəllüdlü X5 hərəkətlərində inzibati xəta tərkibi yaranmadığından onun barəsində inzibati icraat başlana bilməzdi və qeyd etdiyi faktlarla görə onun barəsində başlanmış icraata xitam verilməlidir. Buna görə də şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsaslanaraq qərarından şikayət verilən şəxs Mingəçevir Şəhər Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət vermiş şəxs xx.xx.2006-cı il təvəllüdlü X5 qanuni nümayəndəsi X4 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TP ******* saylı X15 Haqqında qərarın surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TP ******* saylı X15 Haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 26 avqust 2006-cı il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1, 134.1.1, 134.1.2, 134.1.3, 134.1.4 və 134.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1, 135.1.2, 135.1.3, 135.1.4, 135.1.5 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edildi ki, X1 problem yarandığından və xəstəxanaya çatdırılması üçün oğlu X2 arxasına əyləmiş və maşını idarə etmişdir. İnzibati Xətalar Məcəlləsinin 16.1-ci maddəsinə əsasən inzibati inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati prtokol törədilərkən barəsində protokol tərtib edilmiş şəxs X5 on altı yaşı tamam olmadığından barəsində tərtib edilmiş protokola xitamç verilməlidir. Qeyd edilənlərə əsalanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 şikayəti təmin edilsin. Mingəçevir şəhəri Yol patrul xidməti inspektoru, polis serjantı X8 X15 haqqında 22 avqust 2022-ci il tarixli, TP ******* saylı qərarına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-452/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-452/2022
02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver