Məhkəmə qərarları › İş №3(014)-453/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-453/2021

02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-453/2021 02.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlunun, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 25 avqust 2021-ci il tarixdə, saat 19:00 radələrində Ağdaş rayonu, Yeniarx kəndində şəxsi münasibətlər zəminində qonşusu X2 mübahisə və dava-dalaş zamanı sonuncunun sağ əlindən vuraraq sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon X9 Qrupunun təhqiqatçısı X5 25 sentyabr 2021-ci il tarixli qərarı ilə X1 əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, həmin qərarın surəti X1 barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon RPŞnin İTB-nə göndərilmiş və həmin qərar əsasında Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi X8 25 sentyabr 2021-ci il tarixli qərarı ilə X1 barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, lakin X1 müəyyən səbəblərdən Ağdaş RPŞ-nə gəlməsi mümkün olmadığı və müddətin tamam olması ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış, 02 iyul 2021-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraat təzələnərək X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Buna görə Şəxs barəsində onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 noyabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində qismən təqsirli bildi, bildirdi ki, o, ailəsi ilə birlikdə Ağdaş rayonu, Yeniarx kəndində yaşayır, X3 onunla qonşuluqda yaşayır, onların arasında heç bir şey baş verməmiş, dava-dalaş olmamışdır, 25.08.2021-ci il tarixdə saat 19:00 radələrində yaşadığı həyətində olan zaman Səliqə və qaynanası Gulsura onun həyətinə gəlmişdir, Gulsura ona onun digər gəlini olan Fəriqədən oğlu Mustafanın şəxsiyyət vəsiqəsini gətirməsini söyləmiş, o, da onunla razılaşmayaraq onların ailə işlərinə qarışmayacağını bildirmişdir, bundan sonra Səliqə ona və onun ailəsinə qarşı nalayiq ifadələr işlədərək onları təhqir etmiş, o, da onlara həyətdən çıxmaqlarını demişdir, lakin həmin vaxt Səliqə onun üzərinə gələrək saçından yapışmaq istəyərkən onu itələmiş, bundan sonra onlar çıxıb getmişlər, o, Səliqə Mustafayevanı döyməmiş, ona qəsdən heç bir xəsarət yetirməmişdir. Ola bilsin ki, Səliqə Mustafayeva onu itələdiyi vaxt xəsarət almışdır. X6 ilə barışmışdır. İş üzrə zərərçəkmiş şəxs X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, Ağdaş rayonu, Yeniarx kəndində ailəsi ilə birlikdə yaşayır, Hüsniyyə də onunla qonşuluqda yaşayır, əvvəllər onunla aralarında bir neçə dəfə söz mübahisəsi olmuşdur, lakin ədavət və düşmənçilikləri yoxdur. 25.08.2021-ci il tarixdə təxminən saat 19:00 radələrində yaşadığı evdə olan zaman qaynanası onu çağıraraq onun azyaşlı övladını görmək istədiyini bildirmiş, o, da azyaşlı övladı ilə birlikdə küçəyə çıxaraq qaynanasının yanına getmiş, bu zaman orada olan Hüsniyyə onun qaynanasına nəyə görə onu danışdırdığını, qaynansı isə ona övladları ilə düşmən olmayacağını bildirmiş, Hüsniyyə bu vaxt “gəlinin axşama qədər onu pusur” deyə söyləmiş, o, da bundan əsəbləşdiyi üçün Hüsniyyəyə iradını bildirmişdir, buna görə də Hüsniyyə onunla mübahisəyə başlamış, mübahisə zamanı Hüsniyyə onun əlindən yapışaraq qəsdən onun saçlarından yapışaraq yolması onu üçün özünə çəkmiş, həmin vaxt Hüsniyyənin onun əllərindən çəkməsi nəticəsində onun barmaqlarında güclü ağrılar baş vermiş , bundan sonra oradan uzaqlaşaraq evə gəlmiş və bu barədə DİN-in 102 xidmətinə zəng vurmuşdur, lakin hazırda Şəxs ilə barışmışdır, ondan şikayətçi deyildir və işin icraatına xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxx 1990-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Yeniarx kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar