Məhkəmə qərarları › İş №3(014)-453/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-453/2022

07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-453/2022 07.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Abuşova Pakizə qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxsd Elburus oğlunun iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 20 iyun 2022-ci il tarixdə, saat 10:40 radələrində Ağdaş rayon Kükəl kənd yolunun 2-ci kilometrində özünə məxsus olan «Hyundai Tusson» markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilllə Ağdaş-Göyçay magistral yolu isiqamətində saatda 80 km sürətlə hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxsd Elburus oğlunun idarə etdiyi «VAZ-21099» markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobili ötüb keçmək istəyərkən həmin avtomobillə toqquşmuş, Zərərçəkmiş şəxsd Elburus oğlunun idarə etdiyi «VAZ-21099» markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobil aşmış, nəticədə Zərərçəkmiş şəxsd Elburus oğlunun idarə etdiyi «VAZ-21099» markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilə 5.599 manat ziyan dəymiş, həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxsd Elburus oğlu və avtomobildə olan sərnişin Rufanə İlham qızı sağlamlığa yüngül zərər vuran xəsarət almışlar. Ağdaş Rayon Polis X3 rəisi, polis mayoru X1 17 avqust 2022-ci il tarixli qərarına əsasən yol-nəqliyyat hadisəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti Ağdaş RPŞ-nin DYPB-nə göndərilmişdir. Bununla əlaqədar Ağdaş rayonu Yol patrul xidməti baş inspektor polis baş leytenantı X8 tərəfindən 22 avqust 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün 24 avqust 2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxsd Elburus oğlu məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilmədi və izahatında xx.xx.2022-ci il tarixdə, təxminən saat 10:40 radələrində özünə məxsus idarə etdiyi “Hyundai tucson” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş rayon Kükəl kədində Ağdaş-Kükəl yolunun 2-ci kilometrliyində üzü Ağdaş şəhəri istiqamətində 80-90 kilometr saat sürətlə hərəkətdə olarkən onunla eyni hərəkət zolağında hərəkətdə olan VAZ-21099 markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobili işıq siqnalını yandırıb avtomobili qarşı hərəkət zolağına çıxmaqla ötüb keçərkən ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi Ziyad Mehdiyevin idarə etdiyi avtomobili yüksək sürətlə idarə etməyə başladığıını, onun da ötmə əməliyyatını sona çatdıra bilmədiyini, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadının onun idarə etdiyi avtomobilin arxa qapısının altından ayaq qoyulanından (pilləkəninə) çırpıldığını, daha sonra ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməni itirərək yolun sağ tərəfində yolun ehtiyat hissəsinə çıxdığını, bir neçə metr yolun sağ tərəfində yolun ehtiyyat hissəsində getdikdən sonra yenidən yola çıxdığını, yolun qarşı hərəkət zolağına çıxaraq yolun qarşı tərəfində yəni yolun sol tərəfində ehtiyat hissədə aşdığını, daha sonra idarə etdiyi avtomobili saxladığını, yenidən avtomobili geriyə sürdüyünü, avtomobildən düşərkən Ziyad adlı şəxsin ona məxsus avtomobilə yaxınlaşaraq onun yol nəqliyyat hadisəsi törətməsində onun günahkar olmasını bildirərək təpiklə bir neçə dəfə onun idarə etdiyi avtomobilin sürücü tərəfdən qabaq sol qapısına vurduğunu, daha sonra onun idarə etdiyi avtomobili Ziyadın ona məxsus avtomobili əzməməsi üçün bir neçə metr qabağa sürdüyünü, daha sonra onun idarə etdiyi avtomobili bir neçə metr qabaqda saxlayıb avtomobildən düşüb oraya gəldiyini və Ziyad Mehdiyevin ailə üzvülərinin aşmış avtomobildən çıxarmalarında onlara köməklik etdiyini, sonra orada olan kənar şəxlərin xəsarət alan şəxsləri Ağdaş rayon mərkəzi xəstəxanasına apardıqlarını, daha sonra həyat yoldaşı Məhluqə Lətifovanın da, oraya gəldiyini, orada Ziyad Mehdiyev ilə onun və Məhluqə Lətifovanın arasında qısaca mübahisələrinin baş verdiyini, lakin Ziyad Mehdiyev ilə onun və həyat yoldaşı Məhluqə Lətifovanın arasında dava-dalaş baş vermədiyini, onun və həyat yoldaşı X7 Mehdiyevi vurmadıqlarını, ona heç bir xəsarət yetirmədiklərini bildirmişdir. Həmçinin o, izahatında onun idarə etdiyi avtomobildə ondan başqa nəvələri X10 və X6 da avtomobildə olduqlarını bildirmişdir. Həmçinin Şəxs izahatında yol nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi avtomobildə ondan başqa nəvələri X10 yol nəqliyyat hadisəsi zamanı onların heç birinin xəsarət almadıqlarını, xx.xx.2022-ci il tarixdə saat təxminən 10:40 radələrində onun idarə etdiyi “Hyundai tucson” markalı, ** BH *** d.q.n. avtomobil ilə Ağdaş-Kükəl yolunun 2-ci kilometrliyində təxminən 80-90 km saat sürətlə hərəkət edərkən onunla eyni hərəkət zolağında onun qarşısında hərəkətdə olan vaz-21099 markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobili ötüb keçmək üçün idarə etdiyi avtomobilin işıq siqnalını yandırıb qarşı hərəkət zolağına çıxaraq ötmə əməliyyatını həyata keçirib öz yoluma qayıdarkən vaz-21099 markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ziyad Mehdiyevin avtomobilin sürətini artıraraq, onun ötmə əməliyyatını həyata keçirərək öz yoluna qayıtmasına imkan verməyərək, onun idarə etdiyi ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının pilləkənindən (ayaqaltından) vurduğunu, daha sonra idarəetməni itirərək yolun sağ ehtiyat hissəsinə çıxaraq bir neçə metr getdikdən sonra yenidən yola çıxaraq yolun qarşı hərəkət zolağınının ehtiyyat hissəsinə aşdığını, yol nəqliyyat hadisəsinə səbəb Ziyad Mehdiyevin idarə etdiyi vaz-21099 markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onun ötmə əməliyyatı etməisinə imkan verməyərək, onun idarə etdiyi avtomobilin arxa sol ayaqaltısına çırpılmasının səbəb olduğunu, Ziyad Mehdiyevin onun idarə etdiyi ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq qapısına təpik vurmasına görə ona məxsus avtomobilə konkret olaraq nə qədər maddi ziyan dəyməsini bilmədiyini, lakin bununla bağlı onun Ziyad Mehdiyevin barəsində hələlik şikayət ərizəsi yazmaq istəmədiyini, Ziyad Mehdiyevin izahatında onun və Məhluqə Lətifovanın barəsində bildirdiyi xüsusatların yanlış olduğunu, onun və həyat yoldaşı X7 Mehdiyevi boğmadıqlarını və ona heç bir xəsarət yetirmədiklərini bildirdi. İş üzrə Zərərçəkmiş şəxsd Elburus oğlu məhkəmə iclasında xx.xx.2022-ci il tarixdə təxminən saat 10:40 radələrində özünə məxsus idarə etdiyi vaz-21099 markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş rayonu Kükəl kəndindən üzü Ağdaş şəhərinə gedərkən avtomobili Ağdaş rayonu Kükəl yolunun 2-ci kilometrliyində 60 km, saat sürətlə avtomobili öz yolu ilə idarə edərkən həmin vaxt “ Hyundai tucson” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlə onun yanından ötüb keçib qəflətən onun qarşısına keçərək avtomobili qəflətən onun idarə etdiyi avtomobilin qarşısına sürdüyünü, həmin vaxt “Hyundai tucson” markalı avtomobilin pilləkəninin (ayaqlığı) onun idarə etdiyi avtomobilin qabaq sol şininə dəydiyini, həmin vaxt idarəetməni itirərək, avtomobilin əlindən çıxaraq yolun sağ tərəfinə yolun ehtiyat hissəsinə çıxdığını, avtomobilin sağ arxa və sağ qabaq şinlərinin partladığını, bir neçə metr yolun ehtiyyat hissəsində getdikdən sonra yenidən avtomobilin rolunu sola döndərdiyini, avtomobilin yolun asfalt hissəsinə çıxdığını, təxminən 7-8 metr getdikdən sonra yolun qarşı hərəkət hissəsinin ehtiyyat hissəsində aşdığını, idarə etdiyi avtomobilin qabaq şüşəsinin sındığını, onun avtomobilin qabaq şüşəsindən asfaltın üzərinə düşdüyünü, daha sonra ayağa duraraq “Hyundai tucson” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili idarə edib təxminən iki yüz metr aralıda avtomobili saxladığını gördüyünü, onun əli ilə işarə edib və qışqıraraq ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü çağırdığını, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili geriyə sürdüyünü, onun yanına gələrək yol nəqliyyat hadisəsinin baş verməsinə onun səbəb olmasını bildirdiyini, həmin vaxt 03.BH 343 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə yol nəqliyyat hadisəsinə səbəb onun ötmə əməliyyatını düzgün yerinə yetirməməsinin səbəb olmasını bildirdiyini, lakin həmin avtomobilin sürücüsünün onun günahkar olmasını bildirərək yenidən onu günahlandırdığını, buna görə də, əsəbləşib ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısına təpiklə bir dəfə vurduğunu, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün dərhal avtomobili sürüb getdiyini, avtomobili ondan 20-30 metr qabaqda saxladığını, üstündən 5-10 dəqiqə keçdikdən sonra ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün və sürücünün həyat yoldaşının onun yanına gələrək ona irad bildirərək ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və sonradan adını bildiyi Məhluqə adlı qadının onun boğazını cırmaqlayaraq ona xəsarət yetirdiyini, həmin avtomobilin sürücüsü sonradan adını bildiyi Elşən adlı şəxsin isə əli ilə onun boğazından tutaraq onu boğduğunu, daha sonra yoldan keçən adlarını xatırlamadığı yolu keçən şəxslərin avtomobili saxlayıb ona köməklik etdiklərini, həmçinin onun idarə etdiyi avtombilin arxa oturacağında əyləşən anası Pərvanə Mehdiyeva, həyat yoldaşı Rufanə Mehdiyeva və azyaşlı övladları Gülər Mehdiyevanı və Ayxan Mehdiyevi avtomobildən çıxartmaqda ona köməklik etdiklərini, daha sonra dostu Məhərrəmov Elgünün onun, həyat yoldaşı Rufanə və anası Pərvanənin xəsarət almasına görə onları Ağdaş RMX-ya apardığını, orada onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxıldıqlarını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxsd Elburus oğlu izahatında yol nəqliyyat hadisəsi zamanı onun sərxoş olmadığını, yol nəqliyyat hadisəsi zamanı əyləcdən istifadə edə bilmədiyini, çünki əyləci basmğa onun imkanı olmadığını, yol nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi avtomobildə ondan başqa anası Pərvanə Mehdiyevanın, həyat yoldaşı Rufanə Mehdiyevanın, övladları xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 olduğunu, onun idarə etdiyi ** OR *** d.q.n avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsinin, yəni toqquşma yerinin onun yolunda, yolun sağ hərəkət zolağında baş vediyini, yol nəqliyyat hadisəsindən sonra ** BH *** d.q.n avtomobilin sürücüsü Elşənin onu boğduğunu, lakin Elşənin ona xəsarət yetirmədiyini, lakin Məhluqənin onun boyun və boğaz nahiyəsini cırmaqlayaraq ona xəsarət yetirdiyini, 03 BHC 343 dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü ilə onun arasındakı dava-dalaş zamanı onun Elşən və Məhluqəni vurmadığını, onlara heç bir xəsarət yetirmədiyini, avtomobilinə vurulmuş 5.599 manat ziyanın ödənilmədiyini, vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxsd Elburus oğlunu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, buna görə də onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ci il tarixdə daxil olmuş xx.xx.2022-ci il tarixli 422 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxsd Elburus oğlunun bədənində olan xəsarətlər - sağ dirsək oynağının çıxığı, sağ kürək nahiyyəsinin, sağ diz oynağının bayır səthinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir,sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Qeyd edilən xəsarətlər yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. Məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ci il tarixdə daxil olmuş xx.xx.2022-ci il tarixli 424 saylı rəyində göstərilmişdir ki, X2 bədənində olan xəsarətlər - kəllə-beyin silkələnməsi, başın ənsə nahiyyəsinin, onurğa sütununun döş şöbəsinin yumuşaq toxumalarının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol nəqliyyat hadisəsi zaman əmələ gələ bilərlər. Təhqiqat zamanı Zərərçəkmiş şəxsd Elbrus oğluna məxsus “VAZ 21099” markalı ** OR *** d.q.n. avtomobilə dəymiş ziyanı müəyyən etmək üçün həmin avtomobil “XƏZƏR- LADA” A.S.C.-nin Ağdaş filialından keçirilmiş və “XƏZƏR-LADA” A.S.C.-nin Ağdaş filialının xx.xx.2022-ci il tarixli 42 saylı aktına əsasən Zərərçəkmiş şəxsd Elbrus oğluna məxsus “VAZ 21099” markalı ** OR *** d.q.n. avtomobilə ümumilikdə dəyən ziyanlıq 5599 manat təşkil edir. “Vaz 21099” markalı, ** OR *** d.q.n. avtomobilin sürücüsü Ziyad Mehdiyevin və “Hyundai tucson” markalı, ** BH *** d.q.n. avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun tələblərinə uyğunsuzluq olub-olmaması və onların hadisənin qarşısını almağa texniki imkanlarının olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə Məhkəmə yol nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və xx.xx.2022-ci il tarixdə daxil olmuş yol nəqliyyatı hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 8/1903 nömrəli ekspert rəyindən məlum olmuşdur ki, 1a. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “Vaz 21099” markalı, ** OR *** d.q.n. avttomobilin sürücüsü Zərərçəkmiş şəxsd Elbrus oğlunun hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün deyildir. 2b. Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən, “Hyundai tucson” markalı, ** BH *** d.q.n. avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat apatrılan şəxsin səmimi peşmançılığı, vurulmuş zərərin ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1961-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Ağdaş rayonu, Kükəl kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat cərimə edilsin. Qərarın icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar