Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-455/2021 18.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 25 sentyabr 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayon ərazisindən keçən 260-cı kilometrliyində “VAZ-21063” markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avomobillə Gürcüstan sərhədi istiqamətində hərəkət edərkən avtomobilin yük yerində kustar üsulla bərkidilmiş yük arxadan eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “BMV” markalı 90HP036 dövlət qeydiyyat nişanlı avomobilin üzərinə düşmüş, bunun nəticəsində “BMV” markalı avtomobilin sürücüsü idarə etməni itirərək avtomobili beton lövhəyə vurmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vuran xəsarətlər almışdır. Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X6 14 oktyabr 2021-ci il tarixli qərarına əsasən yol-nəqliyyat hadisəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsnin tərkibi olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti BDYPİ-nə göndərilmişdir. Bununla əlaqədar BDYPİ-nin YPX Alayının Vİİİ Taqım YPX-nin inspektoru, polis kiçik serjantı X3 tərəfindən Şəxs barəsində 03 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmiş və inzibati xəta haqqında material 04 noyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək əməlindən peşman olduğunu, Ağdaş rayonu, Ovçulu kəndində ailə üzvləri ilə birlikdə yaşadığını, “VAZ 21063” markalı 03BG541 dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğunu, 25 sentyabr 2021-ci il tarixdə “VAZ 21063” markalı 03B541 dövlət qeydiyyat nişanlı avtomobillə arvadı X5 və azyaşlı uşaqları ilə birlikdə Bakı şəhərindən Ağdaş rayonuna yola düşdüklərini, Bakı şəhərində özünə məxsus şəxsi əşyaları avtomobilin salonuna və baqaj hissəsinə yığdığını, bundan başqa o adyala bağlanmış bir ədəd döşəyi avtomobilin baqaj hissəsində yer olmadığından avtomobilin baqaj hissəsinin üzərinə qoyduğunu və məişətdə istifadə olunan iplə bağladığını, beləliklə yola düşdüklərini, təxminən saat 22:30 radələrində o, Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Ağdaş rayonunun ərazisindən keçən 260-cı kilometrliyinə çatdığını və həmin yolda Gürcüstan Respublikası istiqamətində yolun hərəkət hissəsinin sağ tərəfi ilə 50 km/saat sürətlə hərəkətdə olan zaman yuxarıda qeyd olunan adyala bağlanmış bir ədəd döşəyin avtomobilin üzərindən açıldığını, lakin onun adyalın hara düşdüyünü görmədiyini, sonra isə o avtomobili qarşıda yolun sağ kənarında saxladığını və arxaya baxan zaman “BMV” markalı avtomobilin yolun sol kənarında olan daş lövhəyə çırpıldığını gördüyünü, sonradan ona avtomobilin üzərinə bağladığı döşəyin açılaraq “BMV” markalı avtomobilin alın şüşəsinin üzərinə düşdüyünün və nəticədə “BMV” markalı avtomobilin sürücüsünün idarə etməni itirərək avtomobili daş lövhəyə vurduğunun deyildiyini, həmçinin bundan əvvəl inzibati xəta törətmədiyini, bundan sonra bir daha belə hallara yol verməyəcəyini bildirdi və barəsində daha yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs onun əri olduğunu, 25 sentyabr 2021-ci il tarixdə ərinə məxsus “VAZ 21063” markalı 03B541 dövlət qeydiyyat nişanlı avtomobillə üç azyaşlı uşaqları ilə birlikdə Bakı şəhərindən Ağdaş rayonuna yola düşdüklərini, avtomobili əri Şəxs idarə etdiyini, Bakı şəhərində özünə məxsus şəxsi əşyaları avtomobilin salonuna və baqaj hissəsinə yığdıqlarını, bundan başqa adyala bağlanmış bir ədəd döşəyi avtomobilin baqaj hissəsində yer olmadığından avtomobilin baqaj hissəsinin üzərinə qoyduqlarını və onu iplə bağladıqlarını, beləliklə yola düşdüklərini, təxminən saat 22:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Ağdaş rayonunun ərazisindən keçən 260-cı kilometrliyinə çatdıqlarını və həmin yolda Gürcüstan Respublikası istiqamətində yolun hərəkət hissəsinin sağ tərəfi ilə 50 km/saat sürətlə hərəkətdə olan zaman adyala bağlanmış bir ədəd döşəyin avtomobilin üzərindən açıldığını, lakin adyalın hara düşdüyünü görmədiklərini, ərinin avtomobili qarşıda yolun sağ kənarında saxladığını və arxaya baxan zaman “BMV” markalı avtomobilin yolun sol kənarında olan daş lövhəyə çırpıldığını gördüyünü, sonradan onlara zəng edərək avtomobilin üzərinə bağlaqları döşəyin açılaraq “BMV” markalı avtomobilin alın şüşəsinin üzərinə düşdüyünü və nəticədə “BMV” markalı avtomobilin sürücüsünün idarə etməni itirərək avtomobili daş lövhəyə vurduğunu dediklərini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, X1nı dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, buna görə də onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında materiala əlavə edilmiş AR SN Məhkəmə-Tibbi Ekspertiza və X2 09.10.2021-ci il tarixli 650 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – alın nahiyəsinin, alt dodağın sol nahiyəsinin yaraları, burun sümüyünün sınığı, oma nahiyəsinin yumşaq toxumalarının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri 25.09.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halları nəzərə alaraq Şəxs barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxx 1985-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Ovçulu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat cərimə edilsin. Qərarı icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-455/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-455/2021
18.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver