Məhkəmə qərarları › İş №3(014)-455/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-455/2024

28.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-455/2024 28.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, Ağdaş rayon Polis şöbəsinin X3 sahə rəisi X6, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1985-ci ildə Fizuli rayonu, Pirəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, hazırda heç yerdə işləməyən, Fizuli rayonu, Horadiz qəsəbəsi, B.Sərdarov küçəsi, ev 2 ünvanında qeydiyyatda olmaqla, Yevlax şəhəri, Dədə Qorqud küçəsi 47 ünavnında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 27 sentyabr 2024-cü il tarixdə Ağdaş M.İsayev küçəsində ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etdikdə o, qanunsuz hərəkətlərini davam edərək polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X3 sahə rəisi X9 bildirdi ki, Şəxs barəsində Ağdaş rayon X10 şöbəsində araşdırması aparılan material var idi. Şəxsn izahatının alınması məqsədi ilə rayon Polis Şöbəsinə gətirilməsi üçün təhqiqatçı tərəfindən raport daxil olmuşdur. Daxil olmuş raportun icrası ilə əlaqdar Şəxs yeri Bakı şəhəri, Qaradağ rayonunda müəyyən edilərək Qaradağ rayonunda polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etdikdən sonra Ağdaş rayon X10 şöbəsində araşdırması aparılan material ilə bağlı izahatının alınması üçün onu Ağdaş rayon Polis Şöbəsinə dəvət etmiş, lakin Şəxs ucadan qışqıraraq səs-küy salmışdır. Ağdaş şəhərinə gətirilərkən Şəxs Ağdaş şəhəri, M.İsayev küçəsində yenə də öz əməllərinə davam edərək, yəni ucadan qışqırıb səs-küy edərək salaraq polisin qanuni tələblərinə tabe olmamışdır. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində inzibati xaəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 2017-ci il tarixdən Leyla adlı xanımla ailə kimi yaşamışdır. Sonradan iyul ayında Leyla sözündən çıxdığı üçün onunla aralarında problem yaranmış və Leylanın atası onun barəsində polis şöbəsinə şikayət etmişdir. Həmin şikayət üzrə Təhqiqat şöbəsində araşdırma aparılmış və cinayət işininin başlanmasına xitam verilmişdir. Daha sonra eşitmişdir ki, həmin iş üzrə Təhqiqat şöbəsinin təhqiqatçısı Xəyyam Mehdiyev tərəfindən yenidən araşdırma aparılır. Təhqiqatın müddəti on gündür, lakin Xəyyam Mehtiyev ona bir dəfədə olsa zəng edərək şöbəyə dəvət etməmişdir. Onun Qaradağ ərazisində saxlanıldığını və həmin vaxt səs küy saldığı deyilsə də, bu doğru deyildir. Belə ki, o, Yevlax şəhərindən Bakı istiqamətində hərəkətdə olarkən 768 saylı yol partul xidmətinin inspektorları tərəfindən saxlanılmışdır. O, səs-küy salsa idi həmin vaxt salardı. Lakin aralarında heç bir müqavimət və ya başqa hallar olmamışdır. İnzibati baxış müddəti çox qısa olması idi həmin anın videogörüntülərini əldə edib baxmaq olardı. İki saat keçdikdən sonra Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşdıqda qanunvericiliyə uyğun olaraq qanuni tələblərə tabe olmuşdur. Eyni zamanda, orada əməkdaş, ətrafda isə yaşayış massivi olduğundan o, müqavimət göstərməmişdir və elə bir hərəkəti özünə yaraşdırmamışdır. O, heç bir yerdə heç bir müqavimət göstərməmişdir. Ona qarşı irəli sürülmüş ittihamı qəbul etmir. Məhkəmə iclasında Şəxs sualları cavablandıraraq bildirdi ki, onun maşının saxlanılmasına göstəriş Ağdaş rayon Polis Şöbəsi tərəfindən verilmişdir. Ondan keçmiş qaynatası şikayət etmişdir. Ağdaş şəhərinə gətirilərkən qollarında qandal olmuş, Polis Şöbəsinin qarşısından iki qadın keçmiş və ətrafda başqa şəxslərin olmadığını görməmişdir. Polis şöbəsinin qarşısında da onun tərəfindən polisə tabe olmama halları olmamışdır. X1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ağdaş rayon X10 şöbəsində Şəxslə bağlı araşdırma gedir. Bununla bağlı Şəxs gəlib izahat verməli olduğu halda bundan boyun qaçırmışdır. Daha sonra Şəxs Qaradağ rayonunda olması onlara məlum olmuş və o, iş yoldaşı Tağızadə Fəridlə birlikdə Qaradağ rayonuna yollanmışdır. Şəxs yaxınlaşaraq Təhqiqat bölməsinə gedərək izahat verməli olduğunu bildirmişlər. Ətrafda insanlar var idi. O, gəlməyəcəyini bildirirək onlara müqavimət göstərməyə başlamışdır. Daha sonra onu maşına əyləşdirərək Ağdaş rayon Polis Şöbəsinə gətirmişlər. Şöbənin qarşısına çatdıqda Şəxs yenə də səs-küy salaraq şöbəyə gəlməyəcəyini bildirmişdir. Bundan sonra Şəxs Polis Şöbəsinə təhvil vermişlər. Məhkəmə iclasında Namiq Yusibov sualları cavablandıraraq bildirdi ki, Şəxs təxminən saat ikiyə qalmış təhvil vermişlər. Onlar həmin şəxsi Qaradağ rayonu ərasizində polis şöbəsinin ərazisində dayandığını görmüşlər. Həmin ərazidə sex var idi və orada təxminən 10-15 nəfər mülki vətəndaş olmuşdur. Onlar Şəxs yaxınlşaraq Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlrı olduqlarını, onlarla birlikdə izahat vermək üçün Təhqiqat şöbəsinə getməli olduqlarını bildirmişlər, Şəxs isə polis şöbəsində nə işi olduğunu və heç bir yerə getməyəcəyini bildirmiş, ucadan səs-küy etməyə başlamışdır. Bundan sonra onu maşına əyləşdirərək Ağdaş rayon Polis Şöbəsinə gətirmişlər. Daha sonra o, Ağdaş şəhərində də şöbənin inzibati binasının qarşısında ucadan səs-küy salmış, onların qanuni tələblərinə tabe olmamışdır. Həmin vaxt şöbənin qarşısında polis əməkdaşları ilə yanaşı vətəndaşlar da olmuşdur. İş materiallarında olan Ağdaş rayon X10 Bölməsinin təhqiqatçısı Xəyyam Mehityev tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 27 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, 27 sentyabr 2024-cü il tarixdə ünvan 4 ünvanında yaşayan X2 rayon Polis Şöbəsinə ərizə ilə müracət edərək mütəmadi olaraq və sonuncu dəfə 26 sentyabr 2024-cü il tarixdə və 27 sentyabr 2024-cü il tarixlərdə əvvəllər münasibətdə olduğu Şəxs ona sms yazaraq və zəng edərək öldürəcəyi ilə hədələmiş, həmçinin onun idarə etdiyi avtomobil ilə Şəxs idarə etdiyi avtomobil ilə qəza şərati yaratmasını bildirmişdir. Odur ki, X5 müraciəti əsasında Şəxs yerinin müəyyən edilərək izahatının alınması üçün Ağdaş rayon X10 Bölməsinə gətirilməsi üçün Ağdaş RPŞ-nin İTB-nə tapşırıq verilməsi xahiş edilmişdir. İş materiallarında olan Ağdaş rayon X15 Patrul Xidməti Bölməsinin M/K polis serjantı Namiq Yusubov tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 27 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, rayon X10 Bölməsində araşdırması aparılan material ilə əlaqədar olaraq, ünvan 6 ünvanında qeydiyyatda olan xx xxx 1985-ci il təvəllüdlü Şəxs izahatının alınması məqsədi ilə RPŞ-in ТВ-nə gəririlməsi ilə bağlı RPŞ-ın ТВ-in təhqiqatçısı polis kapitanı Xəyyam Mehtiyevin 27 sentyabr 2024-cü il tarixli 3/13- 62/1-24290/2024 saylı raport daxil olmuşdur. Daxil olmuş raportun icrası ilə bağlı, 27 sentyabr 2024-cü il tarixdə Şəxs yeri Bakı şəhəri Qaradağ rayonunda müəyyən edilərək Qaradağ rayonunda ona yaxınlaşaraq özünü təqdim etdikdən sonra Ağdaş rayon X10 Bölməsində araşdırması aparılan material ilə bağlı izahatının alınması zərurətinin yarandığını bildirərək onu Ağdaş rayon Polis Şöbəsinə dəvət etmiş, lakin Şəxs ucadan qışqıraq səs küy salaraq qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməlini davam etdirmişdir, təkrar olaraq eyni əməllərini Ağdaş rayon Polis Şöbəsinə gətirilən zaman Ağdaş şəhəri, M.İsayev küçəsində Ağdaş rayon Polis Şöbəsinin inzibati binasının qarşısında da davam etdirmişdir. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin 27 iyun 2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasında yoxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, vətəndaş Şəxs barəsində 04 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 14 serntyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.14-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında hər hansı bir inzibati xəta törətmədiyini bildirsə də məhkəmə hesab edir ki, o, özünü müdafiə etmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə bu cür izahat verir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xətanın sərxoş halda törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs onun şəxsiyyətini, xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 28 sentyabr 2024-cü il tarixdə saat 00:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 28 sentyabr 2024-cü il tarixdən saat 00:45-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis /Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar