Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-456/2020 14.12.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək İXM-nin 157-ci maddəsinin tələbini pozmuşdur. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə Ağdaş rayon Orta Ləki kənd sakini xx.xx.1967-ci il təvəllüdlü X4 ilə həmkəndlisi xx.xx.1972-ci il təvəllüldü Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı sonuncu Mutalib Qasımovu vuraraq ona başın təpə nahiyəsinin, sağ qabırğaaltı nahiyyənin sıyrıqları, sol gözaltı nahiyyəinin yarası, şişkinliyi (hematoması) sol almacıq sümüyünün yerdəyişmiş sınığı ilə nəticələnən sağlamlığa az ağır zərər vuran xsarətlər yetirmişdir, bununla da Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibinə səbəb olmuşdur. Toplanmış materialda cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Ağdaş rayonu Orta Ləki kəndində yaşayan xx.xx.1994-cü il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTBnin sahə rəisi polis mayoru X5 oğlu izah etdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək İXM-nin 157-ci maddəsinin tələbini pozmuşdur. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Zərərçəkmiş şəxs onun həmkəndlisi olduğunu, onunla normal münasibətlərinin olduğunu, aralarında heç bir düşmənçilik və ədavət olmadığını, xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində yaşadıqları kənddə yerləşən çayxanada Zaur, Ağalar, Ülfət, Arif və Nasir ilə birlikdə çay içdiklərini, həmin vaxt oraya həmkəndliləri Həsrət və Nemanın gəlib çıxdıqlarını, Həsrət və Nemanın onu çayxananın arxasına çağırdıqlarını, həmin vaxt onların hər ikisinin sərxoş olduqlarını, ona “sən bizim nəşəmizi oğurlamısan” dediklərini, onlara heç kimin nəşəsini oğlurlamadığmı dediyini, lakin ona qoldan qüvvətli olduğunu və onların nəşəsini onun çıxarda biləcəyini bildirdiyini, lakin ona inanmadıqlarını və ona qarşı nalayiq ifadələr hər işlətməyə başladıqlarını, buna görə aralarında mübahisə olduğunu, mübahisə zamanı Nemanın ona yumruq atdığını, həmin yumruğun onun baş nahiyəsindən dəydiyini, lakin heç bir xəsarət alımadığını, bundan sonra onları orada olan Həsrətin araladığını, Həsrətin Nemanı aralaşdıran zaman Nemanın yerə yıxıldığını, sərxoş olduğu üçün onu vurduğunu hesab etdiyini, Nemanın durub çayxanaya girdiyini, əlinə bıçaq götürməyə getdiyini hesab etdiyini, lakin Neman çıxana qədər çıxıb getdiyini, yanında olan dostları ilə yəni, Zaur, Ağalar, Ülfət və Ariflə başqa bir çay evinə getdiklərini, təxminən 10-15 dəqiqə sonra anasının evdən zəng etdiyini və atasını evdən kiminsə çağırdığını bildirdiyini, həmin dostları ilə evə gedən zaman ikinci dəfə anasının zəng etdiyini və onun harda olduğunu, Neman atasını bıçaqladığını bildirdiyini, artıq evə gedən zaman Neman atasını bıçaqladığını bildiyini, daha sonra atasının gedib RPŞ-nə ərizə ilə müraciət etdiyin, bundan sonra qardaşım Rəşid, Ağalar, Zaur, Ülfət, Sahil, əmisi Mirsahib, Məcnun Nemangilə getdiklərini, Nemandan atasını niyə vurduğunu soruşmaq üçün Nemanı axtardıqlarını, yanlarında olan şəxslərin onlarla birdən mübahisə olsa onları aralaşdırmaq üçün getdiklərini, lakin həmin vaxt Nemanın yoldaşının əlində yaba ilə qarşılarına çıxdığını, onlara yaba ilə hücum elədyini, söyüş söydüyünü, belə olub çıxıb getdiklərini, hadisənin baş verməsinə səbəbin Nemanın onun nəşəsini oğurlamaqda onu təqsirləndirməsi olduğunu, Nemanın onun baş nahiyəsindən yumruqla vurduğunu, lakin xasarət alımadığını, Nemanı arxadan təpiklə vurmadığını, Nemanın yalan dediyini. Pərvanənin sinəsindən vurmadığını, Pərvanənin yalan dediyini, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 01 ədəd diskdə olan səs yazılarından onun həyətində nalayiq söyüşlər söymələrinin məlum olması ilə bağlı həmin vaxt Nemanın atasını vurduğu üçün əsəbi olduqlarını, Nemanın da onların qarşısına çıxmaması onları əsəbləşdirdiyini, onun çölə çıxmasını tələb etdiklərini, əsəbi olduqları üçün səslərinin yüksək tonda çıxa biləcəyini və yaxud ağzlarında hər hansı formada səhv ifadə çıxa biləcəyini, lakin onların Pərvanə ilə işi olmadığını, məqsədlərinin Nemanı tapıb ondan atalarını nə üçün vurmağını soruşmaq olduğunu, Pərvanənin Rəşidi yaba ilə vurduğunu, lakin qadın olduğu üçün ondan şikayət etmədiklərini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsn iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında, xx.xx.2020-ci il tarixdə yaşadığı kənddə çayxanada çay içdiyini, çayını içdikdən sonra çayxanadan durub siqaret almaq üçün mağazaya getmək istədiyini, həmkəndlisi Həsrətin ondan ona da siqaret almağı xahiş etdiyini, mağazaya gedib siqaret aldığını və qayıdıb siqareti Həsrətə verən zaman Həsrətlə həmkəndlisi və qonşusu Mutalibin oğlu Münasibin mübahisə etdiklərini gördüyünü, onlara mübahisə etməmələrini bildirdiyini, həmin vaxt Münasibin ona qoşulmamasını dediyini, buna görə aralarında kiçik mübahisə olduğunu və Münasibə baş qoşmayıb aralanmaq istədiyini, Münasibdən təxminən 10 metr aralanmamış, Münasibin arxadan gələrək təpiklə onun kürək nahiyəsindən vurduğunu, həmin vaxt yerə yıxıldığını, əlindən və sifətindən xəsarət aldığını, daha sonra ayağa qalxdığını, Münasibin onunla müqayisədə iri yarı adam olduğu üçün ona gücü çatmayacağını, həmçinin yıxıldığı zamanı sağ əlinin sındığını hiss edib çayxananın arxasına əlinə nəsə bir şey alıb və özünü müdafiə etmək üçün keçdiyini, lakin heç nə tapa bilmədiyini və geri qayıdan zaman Münasibin artıq olmadığını gördüyünü, bundan sonra evə getdiyini evə getdiyi zaman əlinin şişdiyini və ağrısıma dözə bilmədiyini, evə çatdıqdan sonra sifəti və üst başı qan olduğu üçün həyat yoldaşı Pərvanənin onun lciminlsə dalaşdığını hiss etdiyini, ona paltar vermək istədiyini, lakin paltar götürmədiyini, bundan sonra evdən çıxdığını, Münasibi tapıb ondan nəyə görə onu vurduğunu soruşmaq üçün və yıxılaraq əlini sındırdığını bildirmək üçün Münasibgilə getdiyini, sonradan bildiyinə görə evdən çıxanda yoldaşı Pərvanənin onun dava edəcəyindən şübhələnib oğlu Elşənə onun arxası ilə getməyini tapşırdığını, oğlu Elşənin onun arxası ilə gəlməyindən məlumatının olmadığını, həmin vaxt saat təxminən 00-30 radələri olduğunu, Münasibgilə getdiyini və Münasibi çağırdığını, lakin evdən Münasibin atası Mutalibin çıxdığını, Mutalibin ondan nə üçün onlara gəldiyini soruşduğunu, onun oğlu Münasibin heç bir səbəb olmadan onu vurub həm sifətindən xəsarət aldığını, həm də əlinin sındığını dediyini, lakin Mutalibin Münasibin evdə olmadığını bildirdiyini və söhbət edə-edə onların qapısından küçəyə çıxdıqlarını və onların qapılarını ağzında heç kimin olmadığını, həmin vaxt Mutaliblə söhbət edən zaman ona oğlunun tərbiyəsizlik etdiyini bildirdiyini və ona oğlu Münasibdən təxminən 20 yaş böyük olduğunu, lakin oğlunun onu döydüyünü dediyini, Mutalibə belə danışdıqca Mutalibin oğlunun tərəfini saxladığını və aralarında mübahisə yarandığını, məcbur olub Mutalibə onunla söbbət edə bilmədiyini, oğlu Münasibi görəndə onunla söhbət edəcəyini dediyini, belə olanda Mutalibin ona söyüşlə təhqiramiz formada oğlunu tapanda ona heç nə edə bilməyəcəyini dediyini, Mutalibin ona cavabı ağır formada söyüş olduğu üçün həmin ifadəni işlətməyə utandığını, Mutalibin ona söyüş söyəndə dözə bilmədiyini və bir dəfə Mutalibin sifətindən yumruqla vurub çıxıb getdiyini, Mutalibi vuran zaman Mutalibin ağzı üstə yerə yıxıldığını, həmin vaxt oğlu Elşənin ondan təxminən 20 metr aralıda qaranlıqda dayandığnı gördüyünü, həmin vaxta qədər Elşənin onun yanında olduğunu bilmədiyini, bundan sonra evə getdiyini və oğlu Elşəni həyətə saldığını və özü də əsəbi olduğu üçün bir az gəzib hava almaq istədiyini, lakin bir neçə saat sonra evə gələndə Mutalibin oğlu Rəşid və Münasibin onun evinə basqın etdiklərini, həmçinin onun oğlu Elşənə və yoldaşı Pərvanəyə xəsarət yetirdiklərini, lakin onun əsəblərinin bir az sakitləşdiyi üçün yenidən bu məsələyə qayıtmaq istəmədiyini, ertəsi gün Mutalibgilin ondan RPŞ-nə və DİN-nin 102 xidmətinə müraciət edib və şikayət etdiyini, yəqin ki, bir neçə gün sonra Mutaliblə barışacağını düşündüyünü, belə ki, həmkəndli olduqları üçün və ondan böyük olduğu üçün onu vurduğuna peşman olduğunu, Mutalibdən üzr istəyəcəyini, Münasibin ondan üzr istəyəcəyini və barışacaqlarını fikirləşdiyini, lakin sonradan Mutalibin ondan şikayət etdiyini, həmçinin onu bıçaqla və oğlu Elşənlə birlikdə daşla vurduğunu bildirdiyini, oğlu Elşəni heç vaxt dalaşmağa məcbur etmədiyini, onun başından bir tük əslkik olmasını istəmədiyini, həmçinin Mutalibin təxminən 55 yaşı olduğunu, Mutalibin çox da çevik adam olmadığını, Mutalibin oğlu Münasibin isə ondan 20 yaş cavan və çevik olduğunu, onunla bacarmadığı kimi Mutalibin də yaşlı və zəif adam olduğu üçün onunla bacarmayacağmı, nəyə görə özünün gücü Mutalibə çatdığı halda oğlu Elşəndən özü də 14 yaşı olan bir uşaqdan kömək istəməli olduğunu, Mutalibin yalan dediyini, həmin vaxt əlində bıçaq olmadığını, oğlu Elşənin Mutalibi vuran zaman ona kömək etmədiyini, Mutalibi daşla vurmadıqlarını, Münasibin onu vuran zaman orada yalnız Həsrətin olduğunu, həmin vaxt çayxanada adam olduğunu, lakin Münasibin onu çayxananın arxasında vurduğunu, orada həmin vaxt Həsrətdən başqa heç kimin olmadığını, çayxanada olan şəxslərdən onu sifətinin qan olduğunu gördüyünü, lakin konkret olaraq kimin görüb görmədiyini deyə bilmədiyini, Münasiblə onun arasında olan mübahisə təxminən 2-3 dəqiqə çəkdiyini, Münasibin onu vurduğunu və ayağa durub çayxananın arxasına keçdiyini daha sonra qayıtdığını və heç kimin olmadığını gördüyünü, Mutalibi xx.xx.2020-ci il tarixdə saat 00-30 radələrində onların qapısının ağzında küçədə bir dəfə yumruqla sifətindən vurduğunu və Mutalibin ağzı üstə yer yıxıldığını, Mutalibin vurmağına səbəb ona qarşı nalayiq ifadə işlətməsi, həmçinin onun oğlu Münasibin onu vurması olduğunu, həmin vaxt gecə olduğu üçün orada heç kimin olmadığını, lakin oğlu Elşənin onlardan bir neçə metr aralıda qaranlıqda dayanıb baxdığını, Mutalibi bir dəfə vurduğunu və yerə yıxıldığını, onun sifətində olan xəsarətin onu vurmağı nəticəsində əmələ gəldiyini, lakin digər xəsarətlərin isə onun yıxılması nəticəsində əmələ gəldiyini, ona oğlun Münasib mənim nəşələrini oğlurlayıb kimi söz demədiyini, Münasibin onu gözdən salmaq üçün hadisəyə bu cür forma vermək istədiyini, həmçinin Mutalibin oğlu Münasib onu kürəyindən təpiklə vursa da yerə yıxılmağı nəticəsində əlindən və sifətindən xəsarət aldığını, əlində olan sınıq xəsarətlərinin əvvəllər alsa da sonradan sağaldığını, Münasib onu vuran vaxt həmin yerin yenidən sındığını başa düşdüyünü, hadisənin yuxarıda göstərdiyi kimi olduğunu, həmin gün hadisədən qabaq 1 bakal pivə içdiyini, narkotik vasiələrdən istifadə etmədiyini bildirmişdir. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları və ekspertiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2, Ağdaş MTE və PA şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 508 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – üzün sol almacıq nahiyəsinin spıyrığı, sağ əlin baş barmağının daraq falanqa oynağı nahiyəsinin əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məsuliyyəti ağırlaşdıran və yüngüləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, əməlində yüngülləşdirici və ağırladırıcı hallarının isə olmamasını, faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxxxx 1994-cü il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş rayonu, Orta Ləki kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-456/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-456/2020
14.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver