Məhkəmə qərarları › İş №3(014)-456/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-456/2021

04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-456/2021 04.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Ağdaş rayonunun Tofiqi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 13.06.2021-ci il tarixdə, saat 15:00 radələrində Ağdaş rayonunun Tofiqi kəndində Zərərçəkmiş şəxs həyətyanı sahəsində onu vuraraq sağlamlıqlarına zərər vurmayan xəsarət yetirmişlər. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X3 10 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə X4 və Şəxs əməllərində cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 04.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs onun əmisidir. Onunla ədavəti və düşmən münasibəti yoxdur. X11 bir evdə yaşayır. Zərərçəkmiş şəxs isə onlarla qonşuluqda yaşayır. 13.06.2021-ci il tarixdə əmisi Fizuli yaşadığı evin həyətyanı sahəsini suvarmaq üçün kəndin yaxınlığından keçən su arxından su açmış, həmin vaxt atası Zərərçəkmiş şəxs də həyətyanı sahəni suvarmaq üçün həmin arxdan özünün həyətinə də su açmışdır. Buna görə də əmisi Zərərçəkmiş şəxs atasını çağıraraq niyə onun suyunu kəsdiyini soruşmuş, atasının da ona onun suyunu kəsmədiyini, həyətdə olan əkin sahəsim suvarmaq üçün az miqdarda su açdığını bildirmiş, bu zaman əmisi Zərərçəkmiş şəxs atası Xalis Əliyevi təhqir etdiyi üçün aralarında mübahisə yaranmışdır. Həmin vaxt öz həyətlərində olmuş və atasının ucadan dava-dalaş etməsini eşitmiş və təcili olaraq oraya getmişdir. Əmisi Zərərçəkmiş şəxs və atası Xalis Əliyev arasında dava-dalaş baş vermişdir. Özü də onları aralamaq üçün onların arasına girmişdir. Onları aralaşdırdıqdan sonra əmisi Zərərçəkmiş şəxs təxminən 50 metr uzaqlıqda olan yavanı götürərək onların üstünə gəlmiş və atası Xalis Əliyevi yavanı onun əlindən alan zaman Zərərçəkmiş şəxs sinəsindən itələmişdir. Daha sonra özü və atası yaşadıqları evə gəldikləri üçün sonradan baş verənlərdən xəbəri olmamışdır. Zərərçəkmiş şəxs onu vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Dava-dalaş zamanı atası yumruqla əmisi Fizulinin sol qolundan və sinəsindən vurmuşdur. Dava-dalaş zamanı orada Fizuli və atası Xalisdən başqa heç kim olmamış, səs-küyə Zərərçəkmiş şəxs arvadı Vəfa Əliyeva və Zərərçəkmiş şəxs oğlu Samir Əliyev gəlmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, heç yerdə işləmir. Təsərrüfatla məşğul olur. X4 onun doğma qardaşı, Şəxs isə qardaşı Xalisin oğludur. X12 ilə aralarında əvvəllər də mübahisələri olmuşdur. Şəxs ilə ümumiyyətlə danışmırlar. 13.06.2021-ci il tarixdə 15:00 radələrində özünə məxsus Ağdaş rayonu Tofiqi kəndində yerləşən pay torpaq sahəsindən qayıtmış, həyətyanı sahəsinə çatanda su arxından sahəsinə su gəlmədiyinə fikir vermiş, həmin vaxt Xalis Əliyev özünə məxsus həyətyanı sahədə dayanmışdır. Xalis Əliyevə “sən niyə mənim sahəmə gedən suyu kəsmisən?” deyə söyləmişdir. Qardaşı Xalis ona “sənin suyun var" deyə söyləmiş və su arxından suyu özü açdığına görə də birinci özünə məxsus tərəvəzi suvarmalı olduğunu bildirmişdir. Həmin vaxt qardaşı Xalisin oğlu Sərxan ona kobud formada “sənin tərəfə gedən suyu mən bağlamışam, yaxşı edib sənə su vermirəm” deyə söyləmişdir. Bu vaxt qardaşı Xalis ona kobudluq edərək, ona nalayiq ifadə işlətmişdir. Bu səbəbdən də qardaşı Xalis ilə aralarında mübahisə baş vermiş, mübahisə zamanı qardaşı Xalis həyətləri arasında yerləşən xəndəyi keçərək ona yaxınlaşmış, ona yaxınlaşan kimi qardaşı Xalis yumruqla bir neçə dəfə onun sol gicgah nahiyəsinə, sinə nahiyəsinə sol böyür nahiyəsinə və sol qol nahiyəsinə güclü zərbələr endirərək onu döymüşdür. Daha sonra qardaşı Xalisin oğlu Sərxan da ona yaxınlaşaraq, təpiklə bir neçə dəfə onun bel nahiyəsinə, kürək nahiyəsinə, boyun nahiyəsinə, başının arxa nahiyəsinə, alın nahiyəsinə yumruqla möhkəm vuraraq ona xəsarət yetirmişdir. Daha sonra qolunu onun boğazına salaraq onu boğmağa cəhd etmişdir. Lakin boğmamış və boğazından heç bir xəsarət almamış, səs-küyə arvadı Vəfa gələrək onun qardaşı Xalis və Xalisin oğlu Sərxan ilə onları aralaşdırmışdır. Lakin aralaşdıra bilməmiş, qardaşı Xalis və qardaşı oğlu Sərxanın onu döydüklərindən sonra aralaşıb getmişdilər. Mübahisə 3-5 dəqiqə davam etmişdir. Dava-dalaş zamanı X12i və Şəxs vurmamış və onlara xəsarət yetirməmişdir. Dava-dalaş zamanı orada özündən, Xalisdən və Sərxandan başqa heç kim olmamışdır. Yaranmış səs-küyə arvadı Vəfa və oğlu Samir gəlmişdir. Başqa heç kimin gəlməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında bildirdi ki, 13.06.2021-ci il tarixdə, saat 15:00 radələrində Ağdaş rayonunun Tofiqi kəndində Zərərçəkmiş şəxs həyətyanı sahəsində qardaşı X6 ilə aralarında şəxsi münasibətlər zəminində dava-dalaş baş vermiş, həmin vaxt X6 və Şəxs Zərərçəkmiş şəxs vuraraq sağlamlığına zərər vurmayan xəsarət yetirmişlər. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X3 10 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi əlaməti olduğundan onun barəsində inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 04.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün, zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 14 avqust 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və 04 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat 14 avqust 2021-ci il tarixdən 04 noyabr 2021-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.4-cü maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar