Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-457/2020 14.12.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2020-ci il tarixdə saat 01:30 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək İXM-nin 157-ci maddəsinin tələbini pozmuşdur. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, münaqişə zamanı Zərərçəkmiş şəxs sinəsindən vuraraq yerə yıxmiş və ona sağ saidin 3/1-nin iç səthinin sıyrığı ilə nəticələnən saölamlığa zərər vurmayan xəsarətlər yetirmişdir, bununla da Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibinə səbəb olmuşdur. Toplanmış materialda cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Ağdaş rayonu Orta Ləki kəndində yaşayan xx.xx.1994-cü il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTBnin sahə rəisi polis mayoru X5 oğlu izah etdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 01:30 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək İXM-nin 157-ci maddəsinin tələbini pozmuşdur. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında X1 onun həmkəndlisi olduğunu, onunla normal münasibətlərinin olduğunu, aralarında heç bir düşmənçilik və ədavət olmadığını, xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində yaşadıqları kənddə yerləşən çayxanada Zaur, Ağalar, Ülfət, Arif və Nasir ilə birlikdə çay içdiklərini, həmin vaxt oraya həmkəndliləri Həsrət və Nemanın gəlib çıxdıqlarını, Həsrət və Nemanın onu çayxananın arxasına çağırdıqlarını, həmin vaxt onların hər ikisinin sərxoş olduqlarını, ona “sən bizim nəşəmizi oğurlamısan” dediklərini, onlara heç kimin nəşəsini oğlurlamadığmı dediyini, lakin ona qoldan qüvvətli olduğunu və onların nəşəsini onun çıxarda biləcəyini bildirdiyini, lakin ona inanmadıqlarını və ona qarşı nalayiq ifadələr hər işlətməyə başladıqlarını, buna görə aralarında mübahisə olduğunu, mübahisə zamanı Nemanın ona yumruq atdığını, həmin yumruğun onun baş nahiyəsindən dəydiyini, lakin heç bir xəsarət alımadığını, bundan sonra onları orada olan Həsrətin araladığını, Həsrətin Nemanı aralaşdıran zaman Nemanın yerə yıxıldığını, sərxoş olduğu üçün onu vurduğunu hesab etdiyini, Nemanın durub çayxanaya girdiyini, əlinə bıçaq götürməyə getdiyini hesab etdiyini, lakin Neman çıxana qədər çıxıb getdiyini, yanında olan dostları ilə yəni, Zaur, Ağalar, Ülfət və Ariflə başqa bir çay evinə getdiklərini, təxminən 10- 15 dəqiqə sonra anasının evdən zəng etdiyini və atasını evdən kiminsə çağırdığını bildirdiyini, həmin dostları ilə evə gedən zaman ikinci dəfə anasının zəng etdiyini və onun harda olduğunu, Neman atasını bıçaqladığını bildirdiyini, artıq evə gedən zaman Neman atasını bıçaqladığını bildiyini, daha sonra atasının gedib RPŞ-nə ərizə ilə müraciət etdiyin, bundan sonra qardaşım Rəşid, Ağalar, Zaur, Ülfət, Sahil, əmisi Mirsahib, Məcnun Nemangilə getdiklərini, Nemandan atasını niyə vurduğunu soruşmaq üçün Nemanı axtardıqlarını, yanlarında olan şəxslərin onlarla birdən mübahisə olsa onları aralaşdırmaq üçün getdiklərini, lakin həmin vaxt Nemanın yoldaşının əlində yaba ilə qarşılarına çıxdığını, onlara yaba ilə hücum elədyini, söyüş söydüyünü, belə olub çıxıb getdiklərini, hadisənin baş verməsinə səbəbin Nemanın onun nəşəsini oğurlamaqda onu təqsirləndirməsi olduğunu, Nemanın onun baş nahiyəsindən yumruqla vurduğunu, lakin xasarət alımadığını, Nemanı arxadan təpiklə vurmadığını, Nemanın yalan dediyini. Pərvanənin sinəsindən vurmadığını, Pərvanənin yalan dediyini, Neman Şıxməmmədovun istintaqa təqdim etdiyi 01 ədəd diskdə olan səs yazılarından onun həyətində nalayiq söyüşlər söymələrinin məlum olması ilə bağlı həmin vaxt Nemanın atasını vurduğu üçün əsəbi olduqlarını, Nemanın da onların qarşısına çıxmaması onları əsəbləşdirdiyini, onun çölə çıxmasını tələb etdiklərini, əsəbi olduqları üçün səslərinin yüksək tonda çıxa biləcəyini və yaxud ağzlarında hər hansı formada səhv ifadə çıxa biləcəyini, lakin onların Pərvanə ilə işi olmadığını, məqsədlərinin Nemanı tapıb ondan atalarını nə üçün vurmağını soruşmaq olduğunu, Pərvanənin Rəşidi yaba ilə vurduğunu, lakin qadın olduğu üçün ondan şikayət etmədiklərini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsni iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə saat təxminən 24 radələrində evdə olduğunu, həmin vaxt yoldaşı Nemanın evə gəldiyini və onun üst başının qan içərisində olduğunu, Neman kiminləsə dalaşdığını hiss etdiyini, ona paltar vermək istədiyini, lakin Nemanın paltar götürmədiyini, daha sonra Nemanın evdən çıxdığını, tez oğlu Elşəni onun arxasınca göndərdiyini, Elşənin də Nemanın arxası ilə getdiyini, təxminən bir qədər sonra Elşənin evə gəldiyini və Nemanın Mutalibgilin qapısına getməyini və Mutalibi çağırmağını, daha sonra onlar qapıya çıxdıqlarını və qapıda mübahisə etdiklərini, həmin vaxt Nemanın Mutalibi bir dəfə sifətindən yumruqla vurmağını bildirdiyini, bundan sonra Neman harasa getdiyini, Nemanın qardaşı Tərlana zəng vurduqlarını, bir qədər sonra Tərlanın gəldiyini və Elşənin Tərlana olanları danışmağa başladığını, həmin vaxt saat təxminən 01-30 radələri olduğunu, bu zaman yaşadıqları evin darvazasının bərk döyüldüyünü eşitdiyini, darvaza döyülən kimi arxadan basılaraq açıldığını və 4-5 nəfər adamın içəri girdiyini, həmin şəxslərin kim olduğunu soruşduğunu, həmin şəxslərin isə ona məhəl qoymadan uca səslə Nemanın ünvanına söyüş söyərək Nemanı axtardıqlarını və onlardan birinin Neman kim olduğunu ki, onun atasını vurduğunu dediyini, onlara Nemanbın evdə olmadığını, getmələrini, səhər açılanda gəlmələrini bildirdiyini, lakin həmin şəxslərdən ikisinin sonradan bildiyinə görə Nemanın dalaşdığı Mutalib adlı şəxsin oğlanları Rəşid və Münasibin getmək istəməyərək onun yaşadığı evə daxil olmaq istədiklərini, lakin evdə azyaşlı qızının olduğunu bildirərək onlara evə getməmələrini söylədiyini və onların qabağına durduğunu, həmin vaxt Münasibin onu sinəsindən yumruqla vurduğunu və yerə yıxılıb xəsarət aldığını, daha sonra ayağa durduğunu və yenə də Münasibin qarşısına durduğunu, Münasibin yenə də onun yaxasından tutduğunu və onu kənara çəkmək istədiyini, yerində bərk dayandığı üçün Münasibin onu kənara çəkə bilmədiyini və zorla dartıb aparmaq istədiyini, lakin həmin vaxt oğlu Elşənin və qızı Nigarın onların yanına gəldiklərini və oğlu Elşənin Münasiblə onun qarşısına durduğunu, həmin vaxt Münasibin oğlu Elşəni də kənara itələdiyini, bu zaman qızı Nigarın huşunu itirib yerə yıxıldığını, Münasibin və Rəşidin qarşısına dura bilməyəcəyini görüb yaxınlıqda olan yabanı əlinə götürdüyünü və onara həyətdən çıxmalarını, yoxsa onlara xəsarət yetirəcəyini bildirdiyini, həmin vaxt Rəşidin yabadan tutduğunu və Münasibə Neman evdə olduğunu, ona görə onları evə buraxmadığımı dediyini, yabanı dartdığını və yabanın ucunun Rəşidin əlindən çıxdığını, bundan sonra Rəşid və Münasibin onun uşaqlarını və evibni müdafiə etməkdə ciddi olduğunu gördüyünü və məcbur olub çıxıb getdiklərini, qapıda yolda təxminən bir saat gözlədiklərini, bir saatdan sonra Münasib və Rəşidin səs-küyə qonşuların çıxdığını və narahatlıq yarandığını gördüklərini, bundan sonra çıxıb getdiklərini, onu konkret olaraq Münasibin qolumdan tutaraq kənara itələdiyini və yerə yıxılaraq xəsarət aldığını, həmin zaman orada Münasib, Rəşid, qaynı Tərlan, oğlu Elşən, qızı Nigar və Münasibin yanında bir neçə nəfər tanımadığı şəxslərin olduğunu, həmin şəxslərdən Rəşid, əsasən də Münasibin onlara qarşı uca səslə təhqiramiz formada nalayiq söyüşlər söydüklərini, bundan əlavə onları zorla qapıdan çıxardıqdan sonra qapının ağzında bir saata qədər dayandıqlarını, orada da onları nalayiq söyüşlərlə söyüb təhqir etdiklərini, qaynı Tərlanın onları nə qədər sakitləşdirməyə çalışsa da buna nail ola bilmədiyini, onların darvazanın ağzında durduğu müddətdə onlara qarşı nalayiq söyüşlər söyməsinin səs yazısının onlarda olduğunu, həmin səs yazısını yoldaşı Nemanın təqdim edəcəyini, həmin vaxt Münasibin dəqiq sərxoş olduğunu, lakin qalanlarını bilmədiyini, həmçinin Münasib və Rəşidlə gələn şəxslərin onlarla işi olmadığını, həmin şəxslərin təsadüfən Münasiblə oraya gəldiklərini, onlara heç bir zərər vurmadıqlarını bildirmişdir. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları və ekspertiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3, Ağdaş MTE və PA şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 513 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sağ saidin orta 3/1-nin iç səthinin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vvurmayan xəsarətlər olduğundan dərəcəsi təyin olunmur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, əməlində yüngülləşdirici və ağırladırıcı hallarının isə olmamasını, faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxxxx 1994-cü il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş rayonu, Orta Ləki kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-457/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-457/2020
14.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver