Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-457/2021 04.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1961-ci ildə Ağdaş rayonunun Tofiqi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 13.06.2021-ci il tarixdə, saat 15:00 radələrində Ağdaş rayonunun Tofiqi kəndində Zərərçəkmiş şəxs həyətyanı sahəsində onu vuraraq sağlamlığına zərər vurmayan xəsarət yetirmişlər. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X4 10 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə X5 və Şəxs əməllərində cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 04.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, İİ Qrup Qarabağ əlilidir. Zərərçəkmiş şəxs onun qardaşıdır. Onunla heç bir ədavət və düşmən münasibəti yoxdur. Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. 13.06.2021-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsini suvarmaq üçün kəndin yaxınlığından keçən su arxından su açmışdır. Həmin vaxt özü də həyətyanı sahəsini suvarmaq üçün həmin arxdan öz həyətinə su açmışdır. Buna görə də Zərərçəkmiş şəxs onu çağıraraq niyə onun suyunu kəsdiyini soruşmuşdur. Özü də ona onun suyunu kəsmədiyini, həyətdə olan əkin sahəsini suvarmaq üçün az miqdarda su açdığını bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs onu təhqir etdiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı onun yaxasından yapışdığı üçün Fizuli də onun yaxasından yapışmışdır. Həmin vaxt yaşadıqları evin həyətində əkin sahəsini suvaran oğlu Sərxan Əliyev də onların dava-dalaş səsinə təcili olaraq oraya gəlmiş və onları aralamaq məqsədilə aralarına girmişdir. Həmin vaxt yumruqla qardaşı Fizulinin sol qolundan vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs təxminən 50 metr uzaqlıqda olan yavanı götürərək üstünə gəlmiş və həmin vaxt onun əlindəki yavanı alan zaman onun sinəsindən itələmişdir. Daha sonra özü və oğlu Sərxan Əliyev yaşadıqları evə gəldikləri üçün sonradan baş verənlərdən xəbəri olmamışdır. Zərərçəkmiş şəxs onu vurmamış, ona xəsarət yetirməmişdir. Dava-dalaş təxminən 4-5 dəqiqə davam etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs həyat yoldaşı və oğlu da orada olmuşlar. Zərərçəkmiş şəxslə dava-dalaş zamanı xəsarət almamış, buna görə də məhkəmə tibbi ekspertizasına müraciət etmək istəməmişdir. Zərərçəkmiş şəxslə dava-dalaş zamanı oğlu Sərxan Əliyev qardaşı Fizulini vurmamış, ona xəsarət yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, heç yerdə işləmir. Təsərrüfatla məşğul olur. Şəxs onun doğma qardaşı, Sərxan Əliyev isə qardaşı Xalisin oğludur. Qardaşı Şəxs ilə aralarında əvvəllər də mübahisələri olmuşdur. Sərxan Əliyev ilə ümumiyyətlə danışmırlar. 13.06.2021-ci il tarixdə 15:00 radələrində özünə məxsus Ağdaş rayonu Tofiqi kəndində yerləşən pay torpaq sahəsindən qayıtmış, həyətyanı sahəsinə çatanda su arxından sahəsinə su gəlmədiyinə fikir vermiş, həmin vaxt Şəxs özünə məxsus həyətyanı sahədə dayanmışdır. Şəxs “sən niyə mənim sahəmə gedən suyu kəsmisən?” deyə söyləmişdir. Qardaşı Xalis ona “sənin suyun var" deyə söyləmiş və su arxından suyu özü açdığına görə də birinci özünə məxsus tərəvəzi suvarmalı olduğunu bildirmişdir. Həmin vaxt qardaşı Xalisin oğlu Sərxan ona kobud formada “sənin tərəfə gedən suyu mən bağlamışam, yaxşı edib sənə su vermirəm” deyə söyləmişdir. Bu vaxt qardaşı Xalis ona kobudluq edərək, ona nalayiq ifadə işlətmişdir. Bu səbəbdən də qardaşı Xalis ilə aralarında mübahisə baş vermiş, mübahisə zamanı qardaşı Xalis həyətləri arasında yerləşən xəndəyi keçərək ona yaxınlaşmış, ona yaxınlaşan kimi qardaşı Xalis yumruqla bir neçə dəfə onun sol gicgah nahiyəsinə, sinə nahiyəsinə, sol yan nahiyəsinə və sol qol nahiyəsinə güclü zərbələr endirərək onu döymüşdür. Daha sonra qardaşı Xalisin oğlu Sərxan da ona yaxınlaşaraq, təpiklə bir neçə dəfə onun bel nahiyəsinə, kürək nahiyəsinə, boyun nahiyəsinə, başının arxa nahiyəsinə, alın nahiyəsinə, yumruqla möhkəm vuraraq ona xəsarət yetirmişdir. Daha sonra qolunu onun boğazına salaraq onu boğmağa cəhd etmişdir. Lakin boğmamış və boğazından heç bir xəsarət almamış, səs-küyə arvadı Vəfa gələrək onu qardaşı Xalis və Xalisin oğlu Sərxan ilə aralaşdırmışdır. Lakin aralaşdıra bilməmiş, qardaşı Xalis və qardaşı oğlu Sərxanın onu döydüklərindən sonra aralaşıb getmişlər. Mübahisə 3-5 dəqiqə davam etmişdir. Dava-dalaş zamanı qardaşı Şəxs və Sərxan Əliyevi vurmamış və onlara xəsarət yetirməmişdir. Dava-dalaş zamanı orada özündən, Xalisdən və Sərxandan başqa heç kim olmamışdır. Yaranmış səsküyə arvadı Vəfa və oğlu Samir gəlmişdir. Başqa heç kim gəlməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X6 izahatında bildirdi ki, 13.06.2021-ci il tarixdə, saat 15:00 radələrində Ağdaş rayonunun Tofiqi kəndində Zərərçəkmiş şəxs həyətyanı sahəsində qardaşı Şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində dava-dalaş baş vermiş, həmin vaxt Şəxs və X1 Fizuli Abdulla oğlunu vuraraq sağlamlığına zərər vurmayan xəsarət yetirmişlər. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X4 10 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi əlaməti olduğundan onun barəsində inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 04.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün, zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 14 avqust 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və 04 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat 14 avqust 2021-ci il tarixdən 04 noyabr 2021-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.4-cü maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-457/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-457/2021
04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver