Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-458/2020 14.12.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində Şəxs Zərərçəkmiş şəxs Ağdaş rayonu Orta Ləki kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşadığı evinin yaxınlığında küçədə ucadan nalayiq ifadələrlə söyərək təhqir etmiş, İXM-nin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X5 izah etdi ki, barəsində inzibat iş üzrə icraat aparılan şəxs xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində Şəxs Zərərçəkmiş şəxs Ağdaş rayonu Orta Ləki kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşadığı evinin yaxınlığında küçədə ucadan nalayiq ifadələrlə söyərək təhqir etmişdir. Bu barədə araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində özünə məxsus Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evin yaxınlığında Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, Cavanşir onu nalayiq ifadələr işlədərək söyüb təhqir etmiş, o da əsəbləşib həmin şəxsi ucadan nalayiq ifadələrlə söyüb təhqir edərək, ictimai qaydanı pozmuşdur. Əməlindən səmimi olaraq peşamançılıq çəkir. Məhkəmədən səmimi peşamançılıq çəkməsini bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izah etdi ki, xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində Şəxs Zərərçəkmiş şəxs Ağdaş rayonu Orta Ləki kəndində yerləşən yaşadığı evinin yaxınlığında küçədə ucadan nalayiq ifadələr işlədərək onu söyüb təhqir etmişdir. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qərar qəbul etməyi xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis myoru X1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Materiala əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan məlum olur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 13:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir kiİnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əməlindən səmimi peşmançılığını yüngülləşdirici hal kimi və ağırlaşdırıcı halların isə olmamasını, işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycanespublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxxx 1994-cü il tarixdə Ağdaş rayon, Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağdaş rayon, Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-458/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-458/2020
14.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver