Məhkəmə qərarları › İş №3(014)-458/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-458/2022

07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-458/2022 07.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, xx.xx.1982-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdaş rayonu Şıxlı kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Ağdaş RPŞ-dən daxil olmuş inzibati xəta protokolu üzrə materiala baxaraq məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 23 avqust 2022-ci il tarixdə tərtib edilmiş İXP4842685 nömrəli inzibati xəta protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə tərtib edilmiş 02 may 2022-ci il tarixli, EQ9739568 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 10 manat inzibati qaydada cərimə edilmiş, həmin qərarlar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət kecməsinə baxmayaraq, Şəxs cəriməni ödəməmişdir. İş üzrə inzibati xəta törətmiş şəxsə və protokolu tərtib etmiş şəxsə məhkəmə baxışının yeri barədə məhkəmə bildirişi vasitəsi ilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə işə inzibati xəta törətmiş şəxsin və protokol tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərtib edilmiş inzibati xəta protokolundan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu və 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 23 avqust 2022-ci il tarixdə tərtib edilmiş İXP4842685 nömrəli inzibati xəta protokol üzrə təqsirli bilinib, ona 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırması tənbeh növü təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə Yevlax RQİ və TBŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar