Məhkəmə qərarları › İş №3(014)-46/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-46/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-46/2024 26.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Bəhram oğlunun iştirakları ilə xx.xx.1980-ci ildə Kəlbəcər rayonu, Şurtan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatda olmaqla, Ağdaş rayonu, Ləki qəsəbəsi, Hərbi şəhərcikdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Zərərçəkmiş şəxs boğaz nahiyəsinə bir dəfə əliylə zərbə endirərək onun sağlamlığına dərəcəsi müəyyən edilməyən xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X5 17 yanvar 2024cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, Ağdaş rayonu, Ləki qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi, Zərərçəkmiş şəxs və X1 isə barələrində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Zərərçəkmiş şəxs ilə aralarında prinsip olduğunu, buna səbəb Zərərçəkmiş şəxs dəfələrlə onun əkin sahəsinə öz heyvanlarını salaraq ziyan vurduğunu, xx.xx.2024-cü il tarixdə qardaşı Səfiyarov Əjdər ilə birlikdə Ağdaş RPŞ-nə çağırıldığını, şöbədən çıxan zaman elə həmin gün saat 11 radələrində Zərərçəkmiş şəxs gördüklərini, Zərərçəkmiş şəxs qardaşı Əjdəri yanına çağırdığını, oğlu İbadov Nadirdən niyə qoyunlarını oğurlaması barədə şikayət etmisən deyə soruşduğunu, qardaşının isə ona əgər sənin oğlun oğurluq edibsə sübut olunacaq deməsini, daha sonra Zərərçəkmiş şəxs onu və qardaşı Əjdərin ünvanına nalayiq ifadələr işlətməyə başladığını, həmin vaxtı onlara yaxınlaşdığını, Zərərçəkmiş şəxs yalandan özünü yerə yıxdığını, Azərə toxunmadıqlarını, mübahisə zamanı özü və qardaşının Zərərçəkmiş şəxs döymədiklərini, ona heç bir xəsarət yetirmədiklərini, onların barəsində əsassız olaraq şər- böhtan xarakterli şikayət etdiyini, həmin vaxtı adını bilmədiyi polis əməkdaşlarının və tanımadığı şəxslərin də kənarda dayandığını, kənarda dayanan tanımadığı vətəndaşların polis əməkdaşlarına onlarda heç bir günah olmadığı barədə söylədiklərini, günahın Zərərçəkmiş şəxs olduğunu bildirmələrini, mübahisənin təxminən 3-5 dəqiqə davam etdiyini bildirmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışdıqlarını bildirərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Bəhram oğlu izahatında X2 və Şəxs əvvəldən tanıdığını, onlarla aralarında ədavət və düşmənçiliyinin olduğunu, buna səbəb kimi Səfiyarov Əjdərin onun və ailəsinin barəsində əsassız olaraq mütəmadi polis şöbəsinə şikayətlər etdiyini, xx.xx.2024-cü il tarixdə saaat 10:15 radələrində Ağdaş şəhərinə ərzaq almaq üçün gəldiyini, Ağdaş şəhəri, M.isayev küçəsində X2 və Şəxs gördüyünü, daha sonra Əjdəri yanına çağırdığını, ona oğlu İbadov Nadir barəsində niyə əsassız şikayət eləmisən, bizdən nə istəyirsən dediyini, Əjdərin isə yaxşı eləmişəm, əcəb etmişəm deməsini, bundan sonra aralarında mübahisə yarandığını, X1 onu nalayiq sözlərlə təhqir elədiyini, Əjdərin qardaşı Şəxs ilə birlikdə onu döyməyə başladıqlarını, onu yerə yıxdıqlarını, boğaz nahiyyəsindən tutaraq boğmağa başladıqlarını, daha sonra həmin ərazidən uzaqlaşdıqlarını, bundan sonra bu barədə Ağdaş RPŞ-nə müraciət etdiyini, mübahisənin təxminən 3-5 dəqiqə davam etdiyini bildirmişdir. Hazırda Şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Zərərçəkmiş şəxs boğaz nahiyəsinə bir dəfə əliylə zərbə endirərək onun sağlamlığına dərəcəsi müəyyən edilməyən xəsarət yetirmişdir. Hadisə araşdırılaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs ilə zərərçəkmiş şəxsin barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar