Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-462/2020 17.12.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Əlibaba oğlunun Ağdaş rayon polis şöbəsinin sahə rəisi polis leytenantı X3 iştirakı ilə, Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Şəxs Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən çayxanada X4 danışmaq adı ilə “Samsung Galaxy A20” mobil telefonu alıb mənimsəmişdir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Ağdaş rayon polis şöbəsinin sahə rəisi polis leytenantı X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2020-cı il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Şəxs adlı şəxslə bu gün qeyd olunan ünvanda əyləşməsi, sonuncunun danışmaq məqsədi ilə vətəndaşdan 500 manat dəyərində olan “Samsung A 20” markalı mobil telefonu istəməsi və alaraq küçədə danışıb qayıdacağını deməsini, sonuncunun qayıtmamasını səbəbindən vətəndaş küçəyə çıxdıqda sonuncunun orada olmadığını görməsi və əlaqə saxlayaraq mobil telıefonu qaytaracağını deməsinə baxmayaraq halhazırda mobil telefona zəng çatmaması barədə məlumat vermişdir.. Daxil olmuş müraciət xx xxxxxx 2020-ci il tarixdə Ağdaş RPŞ-də HK-1/1301 saylı nömrə ilə qeydə alınaraq icrası Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 həvalə edilmişdir. Daxil olmuş müraciət əsasında təhqiqatçı Vüsal Əzənmədov tərəfindən araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığına görə toplanmış material üzrə təhqiqatçı, polis kapitanı Vüsal Əzənmədov tərəfindən 13 noyabr dekabr 2020-ci il tarixdə Azərbaycan Respubilkası CPM-nin 86, 39.1.2, 207, 37.3 və 212-ci maddələrinə əsasən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respubilkası İXM-in 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Aparılmış araşdırma zaman “Samsung Galaxy A20” markalı mobil telefonu Ağdaş rayonu, Əmirmahmud kəndində yaşayan, Şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 2016-cı ilin sentyabr ayının 9-u tarixində oğurluq etməsinə görə məhkum edildiyini, 2020-ci ilin mart ayında karantina görə vaxtından əvvəl buraxıldığını, onun həbsxanada olarkən orada Əlbaba Şirinov ilə tanış olduğunu, lakin sonradan Əlbaba ilə aralarında narazılıq yarandığını, onun da, həbsdən azad edildikdən hər hansı bir yolla Əlbabanı cəzalandırdırmaq qərarına gəldiyini, ona görə də, xx.xx.2020-ci il tarixdə səhər saat təxminən 11 radələrində Əlbabanın Ağdaş şəhərində yerləşən yaşadığı evə getdiyini və onun oğlu Elcan ilə tanış olduğunu, Elcana atası Əlbabanın dostu olmasını söylədiyini, onun Elcan ilə bir az söhbət etdikdən sonra Elcandan onu yaşadığı küçənin başına qədər ötürməsini istədiyini, onların küçənin başında olarkən Elcana yaxınlıqdakı çayxanaların birində çay içməyi təklif etdyini, onların çayxanada oturub çay içdiklərini, aradan təxminən 10-15 dəqiqə keçdikdən sonra Elcana üstündə telefonunun olmadığını söylədiyini və ondan telefonunu danışmaq üçün verməsini xahiş etdiyini, Elcanın da, mobil telefonunu ona verdiyini, onun da, Elcanın telefonunu götürüb danışmaq adı ilə çölə çıxdığını, daha sonra isə oradan uzaqlaşdğım, aradan yarım saat keçdikdən sonra Elcanın telefonuna zəng gəldiyini, lakin onun telefonu açmadığını və telefonu söndürdüyünü bildirmişdir. Həmçinin Şəxs izahatında onun Zərərçəkmiş şəxs məxsus telefonu xx.xx.2020-ci il tarixdə saat təxminən 13 radələrində ünvan 2 ünvanında yerləşən çayxanada ondan danışmaq adı ilə aldadaraq almışam, lakin onun əsl məqsədinin Elcanın atası Əlbaba ilə aralarındakı narazılığa görə Əlbabanı oğlu Elcanın telefonunu almaqla cəzalandırmaq olduğunu, onun Əlbaba ilə aralarındakı narazılıq barədə danışmaq istəmədiyini, Elcandna aldığı telefonun “Samsung Galaxy A20” markalı mobil telefon olduğunu, telefonun ekranının bir neçə yerdən çatlamış vəziyyətdə olduğunu, telefonun kaburasının olduğunu, həmçinin teleofinun üstündə iki ədəd sim nömrə olduğunu, onun həmin nömrələri çıxarıb xatırlamdığı yerdə tulladığını, Elcanın ona məxsus telefonun kaburasının arxasında 102 manat pulunun olması barədə söylədiklərinin yalan olduğunu, Elcana məxsus telefonunun kaburasının arxasında heç bir pul olmadığını, onun Zərərçəkmiş şəxs onu aldadaraq aldığı telefonu hadisədən təxminən iki-üç gün sonra Şəmkir şəhərində tanımadığı şəxsə 50 manata satdığını bildirmişdir. Məhkəmədən inzibati xətanı törədən şəxs Şəxs əməlindən səmimi peşmançılığını bildirərək, barəsində yüngül cəza tənbehi tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş Zərərçəkmiş şəxs Əlibaba oğluna məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə səhər saat təxminən 11 radələrində Şəxs adlı şəxsin onun yaşadığı evə gəldiyini və atası Əlbala Şirinovun tanışı olmasını söylədiyini, Rahim ilə təxminən yarım saat yaşadığı evin həyətində söhbət etdikdən sonra Rahimin ondan yaşadığıküçənin başına qədər onu ötürməsini istədiyini, onların küçənin başında olarkən Qədirin ona yaxınlıqdakı çayxanaların birində çay içməyi təklif etdiyini, onun da, razılaşdığını, onların çayxanada oturub çay içdiklərini, aradan təxminən 10-15 dəqiqə keçdikdən sonra Rahimin ondan danışması üçün telefonunu verməsini istədiyini, onun da, Rahimə mobil telefonunu verdiyini, Rahimin də, onun telefonunu götürdüyünü və danışa-danışa çölə çıxdığını, aradan təxminən 10-15 dəqiqə keçəndən sonra onun Rahimin geri qayıtmadığını gördükdə onun arxası ilə çölə çıxdığını, lakin çayxanın qarşısında heç kimi görmədiyini, onun həmin vaxt yoldan keçən tanmadığı bir nəfərdən telefonunu zəng etmək üçün istədiyini, həmin şəxsin telefonunu verdikdən sonra onun Rahimdə olan öz telefonuna zəng etdiyini və Rahimin telefona cavab verən zaman onun Rahimdən harada olmasını soruşduğunu, Rahimin isə ona gözləməsini, 2-3 dəqiqəyə gələcəyini söylədiyini, onun çayxananın qarşısında təxminən 20 dəqiqə gözlədikdən sonra yenə yoldan keçən tanımadığı bir nəfərin telefonu ilə Rahimdə olan telefonuna zəng etdiyini, Rahimin də, yenə ona gözləməsini söylədiyini və 5 dəqiqəyə gələcəyini bildirdiyini, onun yenə də, çayxananın qarşısında 15-20 dəqiqə gözlədiyini, həmin vaxt Rahimin gəlmədiyini gördükdə Rahimin onu aldatdığını başa düşdüyene və AR DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat verdiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs Əlbala oğlu izahatında onun Şəxs özünə məxsus mobil telefonu 13.11,2020-ci il tarixdə saat təxminən 13 radələrində Azadlıq küçəsi ünvanında yerləşən çayxanada verdiyini, həmin vaxt onların yanlarında heç kimin olmadığını, Rahimin onun telefonunu götürüb getdikdən sonra onun bir neçə dəfə Rahim ilə telefon əlaqəsi saxlasa da, Rahim müxtəlif bəhanələr gətirərək ona telefonunu qaytarmadığını, ona məxsus telefonun “Samsung Galaxy A20” markalı mobil telefon olduğunu, həmin vaxt telefonun üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olduğunu, telefonunun İMEİ kodlarının isə **********64981 və **********64989 olduğunu, onun mobil telefonunu təxminən bir il əvvəl aldığını, həmin telefonun bu günkü bazar qiymətinin 340 manat olduğunu, həmçinin onun telefonunu Rahimə verən zaman telefonun kaburasının arxasında 102 manat pulunun olduğunu (1 ədəd 100 manatlıq və 2 ədəd 1 manatlıq əskinas), Şəxsonun telefonunu götürməsi nəticəsində ona ümumilikdə 442 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında şahid X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2020ci il tarixdə səhər saat təxminən 11 radələrində Şəxs adlı şəxsin onun yaşadığı evə gəldiyini və qardaşı Əlbala Şirinovun tanışı olmasını söylədiyini, Rahim ilə onun qardaşı oğlu Elcanın həmin vaxt yaşadığı evin həyətində söhbət etməyə başladıqlarını, onun da, işi olduğu üçün şəhərə getdiyini, aradan təxminən iki saat keçdikdən sonra onun yaşadığı evə gəldiyini və Elcanın evdə olmadığını gördükdə Elcanın harada olmasını soruşduğunu, anası X7 Rahim ilə getməsini söylədiyini, onun da, Elcana zəng etdiyini, həmin vaxt Rahimin telefonu götürdüyünü və Elcanın ayaqyolunda olmasını söylədiyini, onun da, Rahimə Elcan gələn kimi ona zəng etməsini söylədiyini, lakin aradan təxminən 10 dəqiqə keçməsinə baxmayaraq Elcanın ona zəng etməsini görmədikdə onun yenidən Elcanın telefonuna zəng etdiyini, Rahimin yenə də, Elcanın telefonunu götürdüyünü və Elcanın telefonunu zaryadkada olduğunu, Elcanın özünün isə çöldə uşaqlarla söhbət etdiyini söylədiyini, onun da, Rahimə yalan danışmamasını, Elcanın üzərində adaptorun olmadığını və təcili telefonu Elcana verməsini söylədiyini, lakin Rahimin həmin vaxt telefonu söndürdüyünü, aradan təxminən iki saat sonra Elcanın ona zəng etdiyini və Rahimin onun telefonunu götürüb qaçmasını söylədiyini, daha sonra isə Elcanın yaşadıqları evə gəldiyini bildirmişdir. X1 izahatında bildiyinə görə Elcanın Şəxs özünə məxsus mobil telefonu 13.11,2020-ci il tarixdə saat təxminən 13 radələrində Azadlıq küçəsi ünvanında yerləşən çayxanada verdiyini, Elcana məxsus telefonun “Samsung Galaxy A20” markalı mobil telefon olduğunu, həmin vaxt telefonun üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olduğunu, telefonun İMEİ kodlarının isə **********64981 və **********64989 olduğunu, onların həmin mobil telefonu təxminən bir il əvvəl aldıqlarını, həmin telefonun bu günkü bazar qiymətinin 340 manat olduğunu, həmçinin Elcan telefonu Rahimə verən zaman telefonun kaburasının arxasında 102 manat pul olduğunu, Şəxs Elcanın telefonunu götürməsi nəticəsində Elcana ümumilikdə 442 manat maddi ziyan dəydiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs,zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Əlibaba oğlunun və Ağdaş rayon polis şöbəsinin sahə rəisi polis leytenantı X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti və inzibati xətanın xarakteri nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməldən səmimi peşmançılığını inzibati xətanı yüngüllüəşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini ağırlaşdırıcı hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əməlindən səmimi peşmançılığını yüngülləşdirici hal kimi, iş üzrə icraat aparılan şəxsin əməlində ağırlaşdırıcı halların müəyyən edilmədi, həmçinin işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati qaydada ictimai işlər tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48- 51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1991-ci il tarixdə Ağdaş rayonu, Əmirmahmud kəndində anadan olmuş, Ağdaş rayon, Şəmsabad ərazi dairəsində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs 200 (iki yüz) saat ictimai işlər tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-462/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-462/2020
17.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver