Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-462/2022 26.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakı ilə Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-589/2017 saylı, 13 iyun 2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 qanuni tələbini yerinə yetirməmiş, X4 verilməli olan 19450 manat borcunu üzürsüz səbəbdən ödəməmişdir. Buna görə onun barəsində 26 avqust 2022-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəmə iclasında bildirdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-589/2017 saylı, 13 iyun 2017-ci il tarixli icra vərəqəsi üzrə xx.xx.1983-cü ildə ünvan 1 ünvanında yaşayan X2, 14 fevral 1992-ci ildə Ağdaş rayonunda anadan olmuş Ağdaş rayonu, Qaradağlı kəndində yaşayan X6 və 17 oktyabr 1992-ci ildə Ağdaş rayonu, Korarx kəndində anadan olmuş, Ağdaş rayonu, Korarx kəndində yaşayan Şəxs 58350 manat müştərək qaydada tutularaq 16 noyabr 1973-cü ildə Lənkəran rayonu Veravul kəndində anadan olmuş və həmin ünvanda yaşayan X4 ödənilməlidir. Lakin tərəfimizdən İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş bütün tədbirlərin görülməsinə baxmayaraq yalnız icra sənədi üzrə borclu X2 tərəfindən ödənişlər edilmiş, yəni hər ay onun əməkhaqqının 50%-i tutularaq borcun ödənilməsinə yönəldilmiş, Şəxs icra vərəqəsində göstərilən məbləğdən icra sənədi üzrə tələbkara az bir məbləğdə pul ödəmiş, nəticədə hazırda onun üzərinə düşən 19450 manat borcu yaranmışdır. Buna görə onun barəsində dəfələrlə inzibati qaydada tədbir görülmüş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tələb olunan borcu ödəməkdən yayınmış, borcun ödənilməsi ilə bağlı onun əmlakı yoxlanılmış, adına hər hansı bir gəlirinin, daşınar və daşınmaz əmlakının olub-olmaması ilə bağlı müxtəlif idarələrə sorğular göndərilmiş, onun adına torpaq sahəsinin olması müəyyən edilmiş, həmin torpaq sahəsi icra sənədi üzrə tələbkara, yəni hazırki iş üzrə zərərçəkmiş şəxs X4 təklif olunsa da, zərərçəkmiş şəxs həmin torpaq sahəsini götürməkdən imtina etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs borcun ödənilməsi tələb edilsə də o, bundan qərəzli şəkildə imtina etmiş, gələn aydan, yəni sentyabr ayından hər ay 400 manat olmaqla borcunu ödəyəcəyini bildirmişdir, buna görə də tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bildiyini, heç yerdə işləmədiyini, heç bir gəlir mənbəyinin olmadığını, maddi vəziyyəti imkan vermədiyi üçün tələb olunan borcu hazırda ödəyə bilmədiyini, özünün 4 uşaq atası olduğunu, onlardan birinin yetkinlik yaşına çatmadığını, bir uşağının hərbidə xəstə olduğunu və onun müalicəsi ilə əlaqədar çox xərc lazım olduğunu, buna görə maddi vəziyyətinin daha da ağırlaşdığını, heç vaxt qeyd olunan borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmadığını, onun ailə üzvləri ilə birgə mülkiyyətinə verilmiş torpaq sahəsindən başqa borcun ödənilməsinə yönəldilə bilinəcək heç bir əmlaknın olmadığını, zərərçəkmiş şəxsə borcun müqabilində həmin torpaq sahəsi təklif olunsa da, o, torpaq sahəsini qəbul etməkdən imtina etdiyini, lakin bütün bunlara baxmayaraq zərərçəkmiş şəxs X4 gələn aydan, yəni sentyabr ayından hər ayda 400 manat olmaqla borcunu ödəyəcəyini öhdəsinə götürdüyünü bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru R.Abbasovu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati xəta haqqında işin materialları ilə müəyyən edilir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-589/2017 saylı, 13 iyun 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər X1, X3 və Şəxs 58350 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs X4 gələn aydan, yəni 2022-ci ilin sentyabr ayından hər ayda 400 manat olmaqla borcunu ödəyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarının və azadlıqlarının, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanun qarşısında bərabərlik, təqsirsizilik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü Sədrlik edən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə iclasında və təqdim edilmiş sübutlar əsasında müəyyən edildi ki, icra məmuru Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş Şəki Apellyasiya Məhkəməsinin 2(107)-589/2017 saylı, 13 iyun 2017-ci tarixli icra sənədi üzrə tələbin ödənilməsi ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edərək lazımi hərəkətləri etmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs maddi vəziyyəti imkan vermədiyi üçün tələb olunan borc ödənilməmiş qalmışdır, borclu Şəxs tələbin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs X4 hər ay 400 manat ödəməyi öhdəsinə götürmüşdür, borclu barəsində inzibati xəta haqqında protokol o vaxt tərtib edilə bilər ki, o, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128, 130-cu maddələrini maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-462/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-462/2022
26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver