Məhkəmə qərarları › İş №3(014)-464/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-464/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-464/2024 01.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X5, Ağdaş Rayon Polis Şöbəsinin X3 polis sahə rəisi X6, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Rusiya Federasiyası Saratov Vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı övladı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X18 yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 30 sentyabr 2024-cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən yeni tikililərin qarşısında ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etdikdə o, qanunsuz hərəkətlərini davam edərək polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və buna görə də Şəxs barəsində 01 oktyabr 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X3 sahə rəisi X12 bildirdi ki, Şəxs 30 sentyabr 2024-cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən yeni tikililərin qarşısında ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etdikdə o, qanunsuz hərəkətlərini davam edərək polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra 01 oktyabr 2024-cü il tarixdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 30 sentyabr 2024-cü il tarixdə qaynı usta işləyirdi və qaynına kömək edərkən polis əməkdaşları onlara yaxınlaşaraq şöbəyə getməli olduqlarını bildirdilər. O, da heç bir etiraz bildirmədən onlarla birlikdə Polis Şöbəsinə gəlmiş, polisə heç bir müqavimət göstərməmiş və ya söyüşlər söyməmişdir. Məhkəmə iclasında Şəxs sualları cavablandıraraq bildirmişdir ki, o, Ağdaş şəhərini tanımadığından həmin ərazinin bazar tərəf olduğunu bilir. Həmin vaxt iki usta və bir fəhlə var idi. O, işçi olmamışdır, sadəcə qaynına kömək etmək üçün orada olmuşdur. Polis əməkdaşalrı onu dəvət edərkən “baş üstə” deyib və heç bir müqavimət göstərmədən maşına əyləşərək Polis Şöbəsinə gəlmişdir. Şəxs qeyd olunanların nəzərə alınıb, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ağdaş rayon X17 Bölməsinin 30 sentyabr 2024-cü il tarixli raportuna əsasən 30 sentyabr 2024-cü il tarixdə saat təxminən 19 radələrində Ağdaş şəhəri, H.Əliyev prospekti ərazisində yerləşən X10 məxsus obyektə tikinti işlərini dayandırmaq üçün Post Patrul Xidməti Bölməsinin manqa komandiri İlahi Muxtarov ilə birgə getdikdə 2 nəfər şəxs onların qanuni tələblərinə tabe olmayaraq vətəndaşların yanında, ictimai yerdə səs-küy salaraq ünvansız söyüşlər söyərək vətəndaşları narahat etməyə başladığından həmin şəxsləri nizam-intizama dəvət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddəsinin tələbini izah etmişdir. Daha sonra həmin şəxslərin barəsində qanuni tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinə gətirmişlər. Ağdaş RPŞ-də həmin şəxslərin Ağdaş rayon Xınaxlı kəndində geydiyyatda olmaqla yaşayan, 01 aprel 1999-cu il təvəllüdlü X14 və ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs olduğu müəyyən olunmuş və bu barədə müvafiq raport yazmışdır. Məhkəmə iclasında Mehman Qurbanov sualları cavablandırarkən bildirdi ki, hadisə yeri H.Əliyev prospektində yerləşən bazarın qarşısı idi. Həmin vaxt ətrafda xeyli sayda insanlar var idi. Onlar həmin şəxslərə yaxınlaşarkən onlar tikintidə pəncərə qoyurdular və onlara yaxınlaşaraq qanunsuz aparılan tikinti işlərinin dayandırılmasını tələb etmişlər, həmin şəxslər də usta olduqlarını bildirərək etiraz etmişlər. Daha sonra həmin şəxsləri Polis Şöbəsinə dəvət etdiklərində həmin şəxslər onların qanuni tələblərinə tabe olmamışlar. Şahid X1 Qurbanov ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, vətəndaş Şəxs kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 30 sentyabr 2024-cü il tarixdə Ağdaş rayon X25 Patrul Xidməti Bölməsinin polis nəfəri Mehman Qurbanov tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, Ağdaş Ağdaş rayon X17 Bölməsinin 30 sentyabr 2024-cü il tarixli raportuna əsasən 30 sentyabr 2024-cü il tarixdə saat təxminən 19 radələrində Ağdaş şəhəri, H.Əliyev prospekti ərazisində yerləşən X10 məxsus obyektə tikinti işlərini dayandırmaq üçün Post Patrul Xidməti Bölməsinin manqa komandiri polis baş serjantı İlahi Muxtarov ilə birgə getdikdə 2 nəfər şəxsin onların qanuni tələblərinə tabe olmayaraq vətəndaşların yanında, ictimai yerdə səs-küy saldığını, ünvansız söyüşlər söyərək vətəndaşları narahat etməyə başlamışdır. Həmin şəxsləri nizam-intizama dəvət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələrinin tələbini izah etmişdir. Daha sonra həmin şəxslərin barəsində qanuni tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinə gətirmişdir. Ağdaş rayon Polis Şöbəsində həmin şəxslərin Ağdaş rayonu, Xınaxlı kəndində qeydiyyatda olmaqla yaşayan, 01 aprel 1999-cu il təvəllüdlü X14 və ünvan 6 ünvanında qeydiyyatda olan Şəxs olduğu müəyyən olunmuşdur. İş materiallarında olan 30 sentyabr 2024-cü il tarixdə Ağdaş rayon X17 Bölməsinin təhqiqatçısı Nail Məhəmmədli tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, Azərbaycan Respublikası FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət X11 RPŞ-yə daxil olmuş məktubda Ağdaş rayonu, Qarağan-Sədi kənd ərazisində X7 və Ağdaş şəhəri, H.Əliyev prospekti 81A ünvanında X8 tikinti işlərinə icazəverici sənədlər təqdim etmədikləri üçün tikintinin dayandırılması barədə qərar qəbul edilməsi, lakin tikinti işlərinin davam etdirilməsi, tikintiyə nəzarətin gücləndirilməsi qeyd edilmişdir. Odur ki, aparılan araşdırma ilə əlaqədar X10 məxsus tikintidə işləyən şəxslərin müəyyən edilərək Ağdaş RPŞ-yə gətirilməsi üçün Ağdaş RPŞ-nin İTB-nə tapşırıq verilməsi xahiş olunmuşdur. İş materiallarında olan portaldan əldə olunmuş məlumatdan görünür ki, Şəxs himayəsində 12 avqust 2022-ci il təvəllüdlü X15 adlı bir azyaşlı uşağı var. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında hər hansı bir inzibati xəta törətmədiyini bildirsə də məhkəmə hesab edir ki, o, özünü müdafiə etmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə bu cür izahat verir və onun izahatı şahidlərin izahatı və işin halları ilə təqzib olunur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən Şəxs himayəsində bir azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs 30 sentyabr 2024-cü il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. Qanunun qeyd edilən müddəalarına istinad edərək məhkəmə hesab edir ki, Şəxs təyin olunacaq cərimənin həddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilən cərimə tənbehinin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələri nəzərə alınmaqla ona həmin Məcəllənin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar