Məhkəmə qərarları › İş №3(014)-465/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-465/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-465/2021 10.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi ilə, X2 Ağdaş RPŞ-nin MN1004611 saylı 04 fevral 2021-ci il tarixli inzibati xəta protokolunun ləğv edilməsi barədə ərizəsinə Göyçay şəhərində 27 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 ərizə ilə məhkəməyə müraciət edərək barəsində Ağdaş RPŞ tərəfindən tərtib edilmiş MN1004611 saylı 04 fevral 2021-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, Ağdaş RPŞ tərəfindən tərtib edilmiş MN1004611 saylı 04 fevral 2021-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə X3 tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Məhkəmə hesab edir ki, İnzibat Xətalar Məcəlləsində inzibati xəta protokolundan şikayət verilməsi nəzərdə tutulmadığından X2 MN1004611 saylı inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair verdiyi ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ M: X1 Ağdaş RPŞ-nin MN1004611 saylı 04 fevral 2021-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə verdiyi ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar