Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-466/2020 21.12.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X1 iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağdaş rayonu, Yenicə kəndində qeydiyyatda ola və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Ağdaş Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs Ağdaş şəhəri H.Əliyev prospektində xx.xx.2020-ci il tarixdə saat 18:21-də polis əməkdaşlarının qanuni tələblərini icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X4 izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 18:21 radələrində RPŞ PPXT-nin polis nəfəri Rəvan Mürsəliyev polis nəfəri Ülvi Osmanov ilə Ağdaş şəhəri 1 saylı postun ərazisində xidmətdə olan zaman iki nəfər şəxsin sonradan adlarının Şəxs və Natiq Babayev olduqlarını bildikləri şəxslərin sərxoş vəziyyətdə uca səslə səs-küy salmalarını görüb onlara yaxınlaşmış, nizam intizama dəvət etmiş, lakin həmin şəxslər polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməklə aqressvlik nümayiş etdirərək sonuncuların qanuni tələblərinə tabe olmamışlardır. Bununla bağlı həmin şəxslər RPŞ-nin gətirilərək Növbətçi hissəyə təhvil verilmiş, həmin şəxslərlə bağlı qanuni qaydada tədbir görülməsi üçün raportla müraciət olunmuşdur. Raporta əsasən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, xx.xx.2020-ci il tarixdə saat 18:21 radələrində dostu Natiqlə H.Əliyev prospektində sərxoş vəziyyətdə yol ilə gedən zaman uca səslə danışdıqları üçün polis əməkdaşları onlara yaxınlaşaraq nizam intizama dəvət etmiş, lakin onlar polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışlar, özün də olmadığına görə səs küy salmağa başlamışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır, gələcəkdə bir daha belə hallara yol verməyəcəkdir. Bütün bunları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nın PPXT-nin polis nəfəri Mürsəliyev Rəvan izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə 18:21 radələrində PPXB-nin polis nəfəri X7 şəhəri PPXT-nin 1 saylı postun ərazisində xidmətdə olan zaman tanımadıqları iki nəfər şəxsin uca səslə səs-küy salmağına görüb onlara yaxınlaşaraq nizam intizama dəvət etmişlər, lakin polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməklə aqressivlik nümayiş etdirərək onların qanuni tələblərinə tabe olmamışlardır. Bundan sonra onları RPŞ-na gətirdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nın PPXT-nin polis nəfəri X9 Mürsəliyevin izahatına uyğun izahat verərək yuxarıda göstərilən xüsusatları təsdiq etdi. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. İş materiallarında olan inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Şəxs polis əməkdaşları ictimai qaydanı mühafizə edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatı, inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon polis şöbəsinin sahə rəisi polis leytenantı X3 və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati məsuliyyəti ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətaların xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, səmimi peşmançılığını, habelə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: xx xxxxxx 1999-cu ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş rayon, Yenicə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-466/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-466/2020
21.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver