Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-466/2021 02.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi ilə, X2 inzibati tənbeh vermə haqqında 28.08.2020-ci il tarixli, ******* saylı qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək sübutlar qəbul edilərək məhkəmə qaydasında ərizəsinə baxılmasını, Ağdaş rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş MN №0552906 saylı inzibati xəta haqqında cərimə edilməsi ilə bağlı qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, o, polis əməkdaşı tərəfindən saxlanılmamış, heç bir protokola imza qoymamış və qərarda yazılan izahatı o yazmamış, uydurma və iftira yolu ilə protokol tərtib edilmiş, protokol tərtib ediləndən sonra o, Polis Şöbəsinə çağırılmamışdır, dediklərinin əksini sübut edən heç bir fakt-sübut yoxdur. Haqsız yerə ona karantin qaydalarını pozması bəhanəsi ilə Ağdaş rayon Polis Şöbəsi tərəfindən 28.08.2020-ci il tarixli İXM-nin 211-ci maddəsi ilə ******* №-li protokol tərtib edilərək 100 (bir yüz) manat cərimə olunmuşdur. Həmin qərar ünvanına daxil olmamışdır. Ağdaş rayon İcra və Probasiya Şöbəsinə çağırılanda barəsində qərar olduğunu və cərimə ödəməli olduğunu bilmişdir. Həmin qərardan rayon Prokurorluğuna şikayət etmiş, amma şikayətinə hansısa səbəbdən baxılmamışdır.Hesab edir ki, barəsində tərtib edilmiş protokol və qəbul edilmiş qərar əsassızdır və ləğv edilməlidir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 və qərarından şikayət verilən şəxs Ağdaş rayon Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı X5 və ya nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İşə əlavə olunmuş Ağdaş rayon Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı X5 tərəfindən qəbul edilmiş qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1, 134.1.1, 134.1.2, 134.1.3, 134.1.4 və 134.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1, 135.1.2, 135.1.3, 135.1.4, 135.1.5 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edildi ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 rayonu, Yuxarı Ləki kəndində tibbi maskadan və spirtdən istifadə etməyərək karantin rejimi qaydalarını pozduğuna görə Ağdaş rayon Polis Şöbəsinin 28.08.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə cərimə edilmiş, lakin inzibati qaydada tənbeh edilmiş şəxs X4 şikayət ərizəsində Polis Şöbəsi tərəfindən tərtib edilmiş 28.08.2020-ci il tarixli ******* №-li protokolla 100 manat cərimə edildiyini, daha sonra 17.02.2021-ci il tarixli ******* №-li protokoldan narazı olduğunu bildirmiş, sonda isə qərarın tarixini qeyd etmədən Ağdaş rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş MN №0552906 saylı inzibati xəta haqqında cərimə edilməsi ilə bağlı qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmiş, qərarı almadığını bildirsə də, şikayətinə əlavə etdiyi inzibati tənbeh vermə haqqında qərarı nə vaxt alması barədə ərizəsində qeyd etməmiş, nə də ərizəsinə bununla bağlı hər hansı bir sübut əlavə etməmiş, şikayət verilməsi müddətini buraxmış, müddətin bərpa edilməsi barədə vəsatətlə müraciət etməmişdir. Odur ki, hesab edirəm ki, X2 şikayəti əsassız olduğuna görə təmin edilməməli, Ağdaş rayon Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı X3 inzibati tənbeh vermə haqqında 28.08.2020-ci il tarixli MN ******* saylı qərarı dəişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsalanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Ağdaş rayon Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnikleytenantı X3 inzibati tənbeh vermə haqqında 28.08.2020-ci il tarixli MN ******* saylı qərarı dəişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-466/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-466/2021
02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver