Məhkəmə qərarları › İş №3(014)-466/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-466/2022

28.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-466/2022 28.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis baş leytenantı X3 iştirakı ilə xx.xx.1998-ci il tarixdə Ağdaş rayonu Aral İki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, İİ Vətən Müharibəsi iştrakçısı, Ağdaş rayonu Aral İki kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 28 avqust 2022-ci il tarixdə saat 09:20-də Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Polis şöbəsinin X1 sahə rəisi, polis baş leytenantı X6 tərəfindən Şəxs barəsində 28 avqust 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 26 avqust 2022-ci il tarixdə saat 18:31 radələrində Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən “Bir İnci” supermarketin qarşısında ucadan ünvansız nalayiq ifadələrlə söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş və həmin yerdə xidmət aparan X5 Şöbəsinin əməkdaşları onu sakitləşdirmək istəyərkən və nizam-intizama dəvət edən zaman onların qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis baş leytenantı X6 izah etdi ki, 26 avqust 2022-ci il tarixdə saat 18:31 radələrində Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən “Bir İnci” supermarketin qarşısında ucadan ünvansız nalayiq ifadələrlə söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş və həmin yerdə xidmət aparan X5 Şöbəsinin əməkdaşları onu sakitləşdirmək istəyərkən və nizam-intizama dəvət edən zaman onların qanuni tələbinə tabe olmaması barədə X5 Şöbəsi tərəfindən raport daxil olmuşdur. Həmin raport əsasında tərəfindən araşdırma aparılmış, Şəxs 26 avqust 2022-ci il tarixdə saat 19:25-də inzibati qaydada tutulmuş, onun və digər şəxslərin izahatları alınmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsi 8 nömrəli evdə yaşadığını, 26 avqust 2022-ci il tarixdə saat 18:31 radələrində Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən “Bir İnci” supermarketin qarşısında əsəbi olduğu üçün ucadan ünvansız nalayiq ifadələrlə söydüyünü, həmin yerdə xidmət aparan X5 Şöbəsinin əməkdaşları onu ictimai qaydanı pozmamağa dəvət etdiyini, sakitləşdirmək istəyərkən və nizam-intizama dəvət edən zaman onların qanuni tələbinə tabe olmadığını, 26 avqust 2022-ci il tarixdə saat 19:25-də inzibati qaydada tutulduğunu, sərxoşluq halı yoxlanıldığını, sərxoş olduğu üçün ayıldıqdan sonra, polis əməkdaşlarında üzür istədiyini, İİ Vətən Müharibəsi iştrakçısı olduğunu, törətdiyi əməldən peşman olduğunu, buna görə də ona yüngül cəza verilməsini xahiş etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 26 avqust 2022-ci il tarixdə saat 19:25-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoldan görünür ki, X2 26 avqust 2022-ci il tarixdə müayinə olunan zaman yüngü dərəcəli sərxoş, yəni 0.76 promilli sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib peşman olması və İİ Vətən Müharibəsi iştrakçısı olması onun məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi onun əməlində məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaya yol verməsi onun özünün məhkəmədə verdiyi izahatı, prorokol tərtib etmiş şəxsin izahatı və iş materialları ilə tam sübuta yetir, həmin xətanı törətməkdə təqsirlidir, əməlin inzibati xəta olmasını aradan qaldıran və inzibati məsuliyyəti istisna edən halları yoxdur. Şəxs öz hərəkətləri ilə eyni vaxtda iki inzibati xəta törətdiyi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş Şəxs törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, işin hallarını, əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinib, 535.1-ci maddəsi ilə Azərbaycan Respublikası İXM-nin 31.4-1ci maddəsi tətbiq edilməklə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. 26 avqust 2022-ci il tarixdə saat 19:25-də inzibati qaydada tutulmuş X4 dərhal inzibati həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar