Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-467/2021 11.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ş.Məmmədovun iştirakı ilə Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-573/2020 saylı 08 iyun 2020-ci il tarixli icra vərəqəsinə əsasən Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ş.Məmmədovun qanuni tələblərini yerinə yetirməmiş, Zərərçəkmiş şəxs olan 1385 (bir min üç yüz səksən beş) manat aliment borcunu ödəməmişdir. Buna görə onun barəsində 11 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin rəisi Şaiq Məmmədov barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-573/2020 saylı 08 iyun 2020-ci il tarixli icra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs olan 1385 (bir min üç yüz səksən beş) manat aliment borcunun olduğunu, Zərərçəkmiş şəxs həmin borcun tezliklə ödənilməsini tələb etdiyini, tərəfindən görülmüş bütün tədbirlərə baxmayaraq Şəxs yaranmış aliment borcunu ödəməkdən imtina etidiyi,buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərdiyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs orda-burda fəhlə işlədiyini, uzun müddət işsiz qaldığına görə alimenti ödəyə bilmədiyini və ona görə də 1385 (bir min üç yüz səksən beş) manat aliment borcunun yarandığını, bundan əvvəl yaranmış borcu ödəmədiyinə görə məhkəmənin 22.06.2021-ci il qərarı ilə 10 gün müddətinə həbs edildiyini, həbsdən azad edildikdən sonra üç dəfə ödəniş etdiyini, maddi vəziyyəti imkan vermədiyi üçün həmin borcunu hazırda ödəyə bilmədiyini, lakin bundan sonra Zərərçəkmiş şəxs hər ay alimenti, üzərinə yaranmış borc üzrə 30 manat əlavə olmaqla, cəmi 150 manat ödəməyinə söz verdiyini bildirdi, buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Ağakişiyeva Gülşən Balakişi qızı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs həbsdən çıxdıqdan sonra həqiqətən də üç dəfə ödəniş etdiyini, lakin yaranmış borcu ödəmədiyini, Şəxs bundan sonra borcdan 30 manat olmaqla, hər ay cəmi 150 manat aliment ödəməsinə razı olduğunu bildirdi və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ş.Məmmədovu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarının və azadlıqlarının, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanun qarşısında bərabərlik, təqsirzilik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanını (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə təqdim edilmiş sübutları araşdırıb hesab edirəm ki, icra məmuru Ağdaş Rayon Məhkəməsinin 2(014)-573/2020 saylı 08 iyun 2020-ci il tarixli icra sənədi üzrə tələbin ödənilməsi ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edərək lazımi hərəkətləri etmiş, lakin borclu Şəxs maddi vəziyyəti imkan vermədiyi üçün onun 1385 (bir min üç yüz səksən beş) manat aliment borcu ödənilməmiş qalmışdır, borclu Şəxs tələbin ödənilməsi ilə bağlı tələbkar Zərərçəkmiş şəxs ilə razılığa gəlmiş, ona hər ay 150 (bir yüz əlli) manat aliment ödəməyə söz vermişdir. Borclu barəsində inzibati xəta haqqında protokol o vaxt tərtib edilə bilər ki, o, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Odur ki, qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-467/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-467/2021
11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver