Məhkəmə qərarları › İş №3(014)-467/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-467/2022

12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-467/2022 12.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Ağdaş rayonu Ağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Ağdaş şəhəri Ağalı küçəsi 64 nömrəli evdə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu üzrə materiala 12 sentyabr 2022-ci il tarixdə saat 15:00-da Ağdaş Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 25 avqust 2022-ci il tarixli, İXP4847869 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs 23 avqust 2022-ci il tarixdə özünə məxssus olan üç baş iri buynuzlu inək malını naxırdan gəldikdən sonra Ağdaş şəhəri M.İsayev küçəsinə, yəni asfalt örtüklü yola buraxmış, həmin günü havanın qaranlıq vaxtında həmin yolda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmış, “VAZ 2106” markalı avtomobilin sürücüsü heyvanı vurmuşdur. Hadisə nəticəsində “VAZ 2106” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Ağdaş şəhəri Ağalı küçəsi 64 nömrəli evdə yaşadığını, özünə məxsus həyətyanı sahəsində iri buynuzlu mal-qara saxladığını, 23 avqust 2022-ci il tarixdə həmin üç baş inək mallarının axşam saatlarında evə gəlmədiyi üçün onları axtarışına çıxdığını, lakin tapa bilmədiyini, sonradan ona məlum oldu ki, Aşağı rayonu Zeynəddin kənd sakini Zərərçəkmiş şəxs Fikrət oğlu idarə etdiyi “VAZ 2106” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş şəhəri M.İsayev küçəsinə 1000 manat dəyərində olan inəyini vuraraq öldürdüyünü, faktla əlaqədar olaraq Ağdaş rayon Polis Şöbəsinə çağırıldığını, DYP-nin əməkdaşları baş vermiş hadisədə sürücünü deyil, onu günahkar hesab edərək, ona əsassız və qanunsuz olaraq inzibati protokol tərtib etdiklərini, buna görə də onun barəsində olan inzibati xəta haqqında materialı əsassız hesab edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izah etdi ki, 23 avqust 2022-ci il tarixdə saat 21:30 radələrində Ağdaş şəhəri M.İsayev küçəsində özünə məxsus “VAZ 2106” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Şəxs məxsus olan asfalt örtüklü yolda nəzarətsiz buraxılmış bir baş inək malını vurduğunu, hadisə nəticəsində ona məxsus “VAZ 2106” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəydiyini, lakin Şəxs tərəfindən ona dəymiş ziyanlıq ödənilmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləsinin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəlləsinin 31.1-ci maddəsinə əsasən İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan ahakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs qeyd edilən inzibati xəta hadisəsinin törətməməsi ilə bağlı verdiyi izahatına tənqidi yanaşaraq bu xüsusat üzrə izahatını özünü müdafiə kimi qiymətləndirir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi zərərçəkmiş şəxsin izahatı, ekspertiziya rəyi və iş materialları ilə tam sübuta yetir, həmin xətanı törətməkdə təqsirlidir, əməlin inzibati xəta olmasını aradan qaldıran və inzibati məsuliyyəti istisna edən halları yoxdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, işin hallarını, əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh növü olan cərimə növünün aşağı həddində tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, ona 80 (səksən) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar