Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-468/2021 11.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Ağdaş rayonu Qarağan-Saatlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş rayonu Qarağan-Saatlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mingəçevir şəhər Məhkəməsinin 2(051)-878/2017 saylı 06 aprel 2017-ci il tarixli icra vərəqəsi və qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, 30.01.2017-ci il tarixdən başlayaraq cavabdeh Şəxs oğlundan 29 iyun 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə alınaraq verilməsi qət edilmişdir. Buna görə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən onun barəsində 11 noyabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən qət edilmiş aliment borcunu maddi imkanı olmadığına və həbsdə olduğuna görə ödəyə bilməmişdir, buna görə də aliment borcu yaranmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən qət edilmiş aliment borcunu Şəxs ona ödəməmişdir. Buna görədə Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Mingəçevir şəhər Məhkəməsinin 2(051)-878/2017 saylı 06 aprel 2017-ci il tarixli icra sənədini üzürsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, heç bir üzrlü səbəb olmadan tələbkara olan borcunu ödəməkdən yayındığını, həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 11 noyabr 2021-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-468/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-468/2021
11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver