Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-469/2022 14.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Fərəcova Gülnarə Kamal qızının katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4, Ağdaş rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X12 iştirakı ilə, X4 Ağdaş RPŞ-nin sabiq rəisi X3 xx.xx.2020-ci il tarixli MN ******* nömrəli qərarından və Ağdaş RPŞ-nın İTBnin polis sahə rəisi X12 xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş RPŞ-nin sabiq rəisi X3 xx.xx.2020-ci il tarixli MN ******* nömrəli qərarının və Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi X12 xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməklə inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X9 məhkəmə iclasında şikayət ərizəsini müdafiə edərək ünvan 1 ünvanda yaşadığını, Ağdaş şəhəri, 20 yanvar küçəsində yerləşən kiçik mağazada qadın və uşaq geyimləri satmaqla dolandığını, xx.xx.2020-ci il tarixdə səhər saatlarında işlədiyi mağazanın qapısını açıb içəri daxil olduğunu, ondan sonra dərhal içəri polis sahə rəisi X5 daxil olduğunu, həmin vaxt tibbi maskadan istifadə etməyinə baxmayaraq R.Abdullayev onun barəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə bağlı protokol tərtib edəcəyini bildirdiyini, ona tibbi maskadan istifadə etdiyini bildirərək etiraz etməyinə baxmayaraq polis sahə rəisi R.Abdullayevin protokol tərtib edəcəyini bildirərək mağazadan çıxıb getdiyini, bundan sonra bu protokol ilə bağlı ona heç nə göndərilmədiyini və ya məlumat verilmədiyini, təxminən 10 gün bundan əvvəl xx.xx.2020-ci il tarixdə polis sahə rəisi X10 tərəfindən protokol tərtib edildiyini və Ağdaş RPŞ-nin sabiq rəisi X6 tərəfindən xx.xx.2020-ci il tarixli MN ******* nömrəli qərar qəbul olunduğunu öyrəndiyini, həmin vaxt Ağdaş RPŞ-nin sabiq rəisi X3 xx.xx.2020-ci il tarixli MN ******* nömrəli qərarı ilə əsassız olaraq 100 manat cərimə edildiyinin məlum olduğunu, bundan başqa xx.xx.2022-ci il tarixdə işlədiyi mağazada olarkən Ağdaş RPŞ-nın İTB-nin polis sahə rəisi X12 mağazaya daxil olduğunu, ona qanunsuz küçə ticarəti ilə məşğul olduğunu bildirdiyini, o, da Afiq Abuşova kiçik mağazası və az malının olduğunu bildirərək küçəyə yığılası malının olmadığını bildirdiyini, həmin vaxt o, küçəyə heç bir mal yığmadığını, mağazanın qapısından asılqan vasitəsi ilə 1-2 mal asdığını, lakin qanun pozuntusuna yol verməmək üçün obyektin qarşısına heç bir mal yığmadığını, mağazası olduğu halda, nə üçün küçədə mal satmalı olduğunu, Polis sahə rəisi Afiq Abuşova nə qədər haqlı etiraz etsə də, Afiq Abuşovun ona qanunsuz küçə ticarəti ilə bağlı protokol tərtib ediləcəyini bildirərək çıxıb getdiyini, lakin ona nə protokoun surətinin, nə də qərarın göndərilmədiyini, bundan sonra barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edildiyini, həm xx.xx.2020-ci il tarixli MN ******* nömrəli qərarı, həm də xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarı Ağdaş rayon Polis şöbəsinə sorğu etdikdən sonra əldə etdiyini, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollardan və qərarlardn məlumatının olmadığını, protokol və qərarlar tərtib edilərkən hal şahidlərinin dəvət edilmədiyini, hal şahidlərinin iştirakının təmin edilmədiyini, barəsində tərtib edilmiş protokol və qərarların əsassız olduğunu bildirdi və şikayətinin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş şəxs Ağdaş RPŞ-nın İTB-nin polis sahə rəisi X17 məhkəmə iclasında izahat verərək protokol tərtib olunan gün, yəni 20 aprel 2022-ci il tarixdə ərazidə xidmətdə olduğu zaman ona digər polis əməkdaşı tərəfindən zəng gəldiyini və ona Ağdaş şəhəri, 20 yanvar küçəsində qanunsuz küçə ticarəti ilə məşğul olunduğunun bildirildiyini, həmin ərazi onun xidməti ərazisi olduğundan həmin əraziyə gedərək X7 özünü təqdim edərək qanunsuz küçə ticarəti ilə məşğul olduğunu, buna görə də barəsində protokol tərtib ediləcəyini və cərimə olunacağını bildirdikdə Kifayət Xəlilovanın buna etiraz etdiyini, ona qanunun mənasını izah edərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* nömrəli protokol tərtib etdiyini, həmin malların fotoşəkillərini çəkdiyini, protokol tərtib olunduqdan sonra Kifayət Xəlilovanın protokola imza etmədiyini, bundan sonra həmin protokol əsasında X4 80 manat məbləğində cərimə edilməsi barədə tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərar qəbul edildiyini, qərarının tam əsaslı olduğunu hesab etdiyini bildirdi və şikayətin təmin edilməməsini xahiş etdi. Ağdaş RPŞ-nin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli qərarından şikayət verilmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Şikayət vermiş şəxsi və qərarından şikayət verilmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə müvəkkili X17 tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkilin surətindən və fotoşəklin aşağısındakı qeyddən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən obyektinin qarşısında qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerdə malların satışı ilə məşğul olur. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli qərarının surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 100 manat məbləğdə cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarın surətindən görünür ki, X2 Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 80 manat məbləğində cərimə tənbehi edilmişdir. İş materiallarında olan Ağdaş rayon Polis X1 ünvanlandığı 13/132-17745X-3222 saylı məktubdan görünür ki, şikayət vermiş X4 müraciəti əsasında xx.xx.2020-ci il tarixli MN ******* nömrəli və xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarların surətləri ona xx.xx.2022-ci il tarixdə göndərilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəklin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən obyektinin qarşısında qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerdə malların satışı ilə məşğul olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1, 134.1.1, 134.1.2, 134.1.3, 134.1.4 və 134.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1, 135.1.2, 135.1.3, 135.1.4, 135.1.5 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edildi ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X9 xx.xx.2020-ci il tarixdə tibbi maskadan istifadə etmədiyinə görə Ağdaş RPŞ-nin sabiq rəisi X3 xx.xx.2020-ci il tarixli MN ******* nömrəli qərara əsasən 100 manat məbləğdə inzibati qaydada cərimə edilmiş, lakin qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və qeyd edilən faktla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. X4 xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən obyektinin qarşısında qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerdə malların satışı ilə məşğul olması işə əlavə edilmiş fotoşəkillə tam olaraq sübuta yetirilir. Hesab edirəm ki, Ağdaş RPŞ-nın İTB-nin polis sahə rəisi X17 tərəfindən prosedur qaydalarına əməl edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun protokol tərtib edilərək qərar qəbul edilmişdir. Odur ki, hesab edirəm ki, X4 Ağdaş RPŞ-nin sabiq rəisi X3 xx.xx.2020-ci il tarixli MN ******* nömrəli qərarından verdiyi şikayəti əsaslı olduğundan təmin edilməli, Ağdaş RPŞ-nin sabiq rəisi X3 xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və barəsində olan inzibati xəta haqqında icraata xitam verilməlidir. Ağdaş RPŞ-nın İTB-nin polis sahə rəisi X12 xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarı əsassız olduğuna görə təmin edilməməli, Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə müvəkkili X12 inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati xəta haqqında qərarların surətləri şikayət vermiş şəxs Kifayət Xəlilovaya xx.xx.2022-ci il tarixdə göndərilsə də, qərarların surətinin onun tərəfindən nə vaxt alınması barədə iş materiallarında heç bir məlumat yoxdur. Hesab edirəm ki, qərarlardan şikayət verilməsi müddəti buraxılmamışdır. Qeyd edilənlərə əsalanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət qismən təmin edilsin. X4 Azərbaycan Respubilkasıın İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 AZN məbləğində cərimə olunması barədə Ağdaş RPŞ-nin sabiq rəisi X3 xx.xx.2020-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin və barəsində olan inzibati xəta haqqında icraata xitam verilsin. Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə müvəkkili X12 inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-469/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-469/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver