Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-47/2022 02.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 17 yanvar 2022-ci il tarixdə saat 22:40 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən kafedə qumar oyununda iştirak etməklə, yəni qumar oynamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə Ağdaş RPŞ-nin sahə rəisi X6 tərəfindən Şəxs barəsində 17 yanvar 2022ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və bildirdi ki, 17 yanvar 2022-ci il tarixdə saat təxminən 22:30 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən kafedə həmkəndliləri Fuad, Əhəd və Cavidlə birlikdə 1 manatdan domino oynamışlar. Bu zaman polis əməkdaşları kafeyə daxil olmuş və onlara bildirmişlər ki, qumar oynamaq qanuna ziddir, buna görə onları Polis Şöbəsinə dəvət etmişlər. Hazırda əməlindən peşmandır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, inzibati xəta haqqında materiala əlavə edilmiş X7, X3 və X1 izahatlarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 17 yanvar 2022-ci il tarixdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən kafedə onlarla birlikdə qumar oynamışdır. İnzibati xəta haqqında materiala əlavə olunmuş raportdan görünür ki, Ağdaş RPŞ-nin manqa komandiri, polis baş serjantı Xəyal Məhərrəmov 18.01.2022-ci il tarixdə Ağdaş RPŞ-nin rəisi, polis polkovniki Rasim Mustafayevə raportla məruzə edərək 17.01.2022-ci il tarixdə Ağdaş PPXT-nin polis nəfərləri Səməd Mustafayev və Şamil Cəfərov ilə gecə Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisində xidmətdə olduqları zaman həmin ərazidə yerləşən kafenin içərisinə daxil olduqlarını, orada 4 nəfərin qumar oynadıqlarını aşkar etdiklərini, həmin şəxslərin Ağdaş rayon Yuxarı Ləki kənd sakinləri X7, X3, Şəxs və X2 olmasının məlum olduğunu, bildirmiş və həmin şəxslər barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş maddi sübutun götürülməsi haqqında Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Şamil Cəfərov tərəfindən tərtib edilmiş protokolun surətindən görünür ki, polis əməkdaşları tərəfindən Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən kafedə qumar oyunu oynanılması aşkar olunmuş və orada qumar oyunu oynanılan 28 ədəd domino və 32 manat pul vəsaiti maddi sübut kimi götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xətatərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həmin inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İşin faktiki hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq belə qənaətə gəlirəm ki, iş üzrə maddi sübut - qumara qoyulmuş pul vəsaiti 32 (otuz iki) manat pul və oyun ləvazimatı olan 28 (iyirmi səkkiz) ədəd domina müsadirə edilməklə, barəsində cərimə tənbehi tətbiq edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114,115,128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: 31 avqust 1993-cü ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib maddi sübut - qumara qoyulmuş 32 (otuz iki) manat pul və oyun ləvazimatı olan 28 (iyirmi səkkiz) ədəd domino müsadirə edilməklə üç min manat məbləğində cərimə edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-47/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-47/2022
02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver