Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-47/2024 26.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatda olmaqla, Ağdaş rayonu, Ləki qəsəbəsi, Hərbi şəhərcikdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində ictimai yerdə nalayiq söyüşlər söyüb, ucadan qışqırıb səs küy salaraq ictimai qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN № 20016926 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında ailə üzvləri ilə birlikdə Ağdaş rayonu, Ləki qəsəbəsi, Hərbi şəhərcikdə yaşadığını, X10 ilə aralarında ədavət və düşmənçiliyinin olduğunu, buna səbəb X6 dəfələrlə onun əkin sahəsinə öz heyvanlarını salaraq ziyan vurmasını, xx.xx.2024-cü il tarixdə qardaşı Səfiyarov Sərdar ilə birlikdə xx.xx.2023-cü il tarixdə etdiyi müraciət ilə bağlı Ağdaş RPŞ-nə çağırıldığını, şöbədən çıxan zaman elə həmin gün saat 11 radələrində X7 gördüyünü, Azərin onu yanına çağırdığını, mənim oğlum İbadov Nadirdən niyə qoyunlarını oğurlaması barədə şikayət etmisən deyə soruşduğunu, Azərə əgər sənin oğlun oğurluq edibsə sübut olunacaq dediyini, daha sonra Azər İbadovun onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətməyə başladığını, həmin vaxtı qardaşı Sərdarın onlara yaxınlaşdığını, İbadov Azərin yalandan özünü yerə yıxdığını, ona toxunmadıqlarını, mübahisə zamanı özü və qardaşı X1 döymədiklərini, ona heç bir xəsarət yetirmədiklərini, Azərin onların barələrində əsassız olaraq şər-böhtan xarakterli şikayət etdiyini bildirmişdir. Buna görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində ictimai yerdə nalayiq söyüşlər söyüb, ucadan qışqırıb səs küy salaraq ictimai qaydanı pozmuşdur. Buna görə də onun barəsində xx.xx.2024-cü il tarixdə İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində xx.xx.2024-cü il tarixdə səhər saatlarında Ağdaş şəhəri, M.İsayev küçəsində həmkəndlisi Şəxs və Sərdar Səfiyarovla qarşıladığını, həmin vaxt onların uca səslə ona qarşı nalayiq ifadələr işlətdiyini, insanların yanında səs-küy saldıqlarını, bundan sonra Əjdər və Sərdarın onun sinəsindən tutub, boğaz nahiyəsindən sıxaraq onu boğmağa başladıqlarını, onu yerə yıxaraq döydüklərini, özünündə xəsarət aldığını bildirdi. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X5 17 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, Ağdaş rayonu, Ləki qəsəbəsində yaşayan X2 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi, X10 və Şəxs isə barələrində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İşin materiallarında olan 26 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Şəxs kartotekasında heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin ifadəsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Şəxs heç bir günahı olmadığı, Azər İbadova heç bir xəsarət yetirmədiyi və heç bir qanun pozuntusuna yol verməməsi ilə bağlı verdiyi izahatına tənqidi yanaşaraq bu xüsusat üzrə izahatını özünü müdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və ona 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-47/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-47/2024
26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver