Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-470/2021 15.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Ağdaş rayonunun Aral Bir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 12.11.2021-ci il tarixdə Ağdaş rayon Kükəl kəndində olan zaman körpüyə yaxınlaşarkən sərt tormozlama etmiş, bu zaman avtomobil sürüşərkən körpüyə daxil olmuş “Hunday ix 35” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinə dəymişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Sürücü avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 12.11.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 12.11.2021-ci il tarixdə saat 09:00 radələrində anası X2 məxsus olan “VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayon Kükəl kənd ərazisində üzü Hüşün kənd istiqamətinə doğru hərəkətdə olan zaman, körpüyə yaxınlaşarkən, körpüyə daxil olan “Hunday ix 35” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin körpüyə daxil olmasını görmüşdür. Bu zaman sərt tormozlama etmiş, yer daş olduğu üçün abtomobil sürüşərək “Hunday” markalı avtomobilin qabaq hissəsinə dəymişdir. Avtomobildə olan 4 nəfər sərnişin və özü heç bir bədən xəsarəti almamışlar. Tibbi müayinəyə ehtiyacı olmamışdır. “Hunday” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs onun iştirakı ilə “alkovisor” cihazı ilə yoxlanılmış, sərxoşluq müəyyən olunmamışdır. Hadisə vaxtı o, avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 12.11.2021-ci il tarixdə saat 09:00 radələrində özünə məxsus “Hunday” markalı, **-BH-*** dövləət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş rayon Hüşün kəndindən üzü Bakı-Şamaxı-Yevlax yolu istiqamətinə doğru hərəkətdə olan zaman Kükəl kənd ərazisində körpüyə daxil olmuşdur. Bu zaman qarşıdan gələn avtomobil sürüşərək onun avtomobilinin qabaq hissəsinə dəymişdir. Hadisə zamanı avtomobildə tək olmuşdur. Heç bir bədən xəsarəti almamışdır. Tibbi müayinəyə ehtiyacı olmamışdır. “VAZ 2106” markalı avtomobilin sürücüsü Şəxs onun iştirakı ilə “alkovisor” cihazı ilə yoxlanılmış, sərxoşluq müəyyən olunmamışdır. Hazırda Şəxs qarşı heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 12.11.2021-ci il tarixli, İXP ******* inzibati xəta haqqında protokol, özünün, zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-470/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-470/2021
15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver