Məhkəmə qərarları › İş №3(014)-470/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-470/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-470/2024 07.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X7, Ağdaş rayon Polis şöbəsinin X4 sahə rəisi, polis leytenantı X9, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1998-ci ildə Oğuz rayonu, Muxas kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Oğuz rayonu, Muxas kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 06 oktyabr 2024-cü il tarixdə Ağdaş rayonu, Cüvə kəndində ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etdikdə o, qanunsuz hərəkətlərini davam edərək polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və buna görə də Şəxs barəsində 07 oktyabr 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X4 sahə rəisi, polis leytenantı X13 bildirdi ki, Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış raporta əsasən müəyyən olunmuşdur ki, 07 oktyabr 2024-cü il tarixdə saat 00:30 radələrində Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları Ağdaş rayonu, Cüvə kəndində xidmətdə olduqları zaman 2 nəfər şəxsin küçədə ucadan qışqırıb səs-küy salaraq vətəndaşları narahat etmələri barədə məlumat almışlar. Dərhal həmin yerə gedərək şəxslərə yaxınlaşıb özlərini təqdim edərək onlardan sakit olmalarını, ictimai qaydanı pozmamalarını bildirib nizam-intizama dəvət etsələr də həmin şəxslər polis əməkdaşlarının sözlərinə əhəmiyyət verməyərək öz qanunsuz hərəkətlərinə davam etmişlər. Bundan sonra həmin şəxslərin şəxsiyyətlərini müəyyyən etmək üçün Polis Şöbəsinə gətirmişlər. Daha sonra 07 oktyabr 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, onun Elnur adlı iş yoldaşı var və o, hadisə günü onun yanına gəlmişdir. İş yoldaşının telefonuna zəng çatmadığından axşam təxminən saat 23 radələrində yolun kənarında dayandıqları üçün kənd camaatı ilə aralarında münaqişə yaranmışdır. Kənd camaatı onları yalnış anladıqları üçün aralarında münaqişə yaranmışdır. Daha sonra polis əməkdaşları onlara yaxınlaşaraq polis şöbəsinə getməli olduqlarını bildirmişlər və onlar da səbəbini soruşduqdan sonra polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmişlər. Törətdiyi əməldən səmimi peşmandır. X1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 07 oktyabr 2024-cü il tarixdə saat 00:30 radələrində Post Patrul Xidməti Bölməsinin manqa komandiri X22 rayonu, Cüvə kəndində xidmətdə olduqları zaman 2 nəfər şəxsin küçədə ucadan qışqırıb səs-küy salması və vətəndaşları narahat etməsi məlumatını almışlar. Dərhal həmin yerə gedərək şəxslərə yaxınlaşaraq özlərini təqdim edib onlardan sakit olmalarını, ictimai qaydanı pozmamağı bildirib nizam-intizama dəvət etmişlər. Həmin şəxslərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini izah etmişlər. Onları dəfələrlə nizam-intizamlı olmalarını bildirsələr də həmin şəxslər onlara əhəmiyyət verməyərək öz qanunsuz əməlllərinə davam etmişlər və onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Həmin şəxslərin əməlində ictimai qayda pozuntusunun əlamətləri olduğu üçün şəxsiyyətlərinin müəyyən edillməsi və barələrində qanuni tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Növbətçi Hissədə həmin şəxslərin Oğuz rayonu, Muxas kəndində qeydiyyatda olmaqla yaşayan 31 avqust 1998-ci il təvəllüdlü X10 və Oğuz rayonu, Muxas kəndində qeydiyyatda olmaqla yaşayan xx xxxx 1998-ci il təvəllüdlü Şəxs olması müəyyən edilmişdir. Şahid X3 Mustafayev ilə eyni məzmunlu izahat verdi. X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığı Ağdaş rayonu Cüvə kəndində gecə saatlarında tanımadığı 2 nəfər şəxsin kənddə dayandıqlarını görüb onlardan şübhələnərək həmin şəxslərə yaxınlaşıb kənddə dayanmalarının səbəbini soruşmuşlar, həmin şəxslər müxtəlif bəhanələr uydurub, sonra avtomobili onların üstünə sürüb qaçıb getmişlər. Həmin vaxt o, avtomobilin altında qalmamaq üçün özünü divara atmış və əlində olan telefonu yerə düşüb sınmışdır. Həmin şəxslər avtomobil ilə yüksək surətdə hərəkət edərək onlara qarşı təhlükəli vəziyyət yaratmışlar və onları narahat etmişlər. Onlar dərhal rayon Polis şöbəsinə gələrək bu barədə məlumat vermişlər. X8 şahid İlqar Xəlilovun izahatına uyğun izahat vermişdir. X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığı Ağdaş rayonu Cüvə kəndində gecə saatlarında tanımadığı 2 nəfər şəxs avtomobil ilə yüksək surətdə hərəkət edərək onlara qarşı təhlükəli vəziyyət yaratmış və onları narahat etmişdir. Həmin vaxt İlqar avtomobilin altında qalmamaq üçün özünü divara atmış və əlində olan telefonu yerə düşüb sınmışdır. Onlar dərhal rayon Polis şöbəsinə gələrək bu barədə məlumat vermişlər. İş materiallarında olan arayışdan görünür ki, X16 inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, vətəndaş Şəxs barəsində 28 fevral 2018-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan 07 oktyabr 2024-cü il tarixdə Ağdaş rayon X27 Patrul Xidməti Bölməsinin polis nəfəri İlahi Muxtarov tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, 07 oktyabr 2024-cü il tarixdə saat 00:30 radələrində PPXB-nin polis nəfəri, polis serjantı Səməd Mustafayevlə birlikdə Ağdaş rayon Cüvə kəndində xidmətdə olduğu zaman 2 nəfər şəxsin küçədə ucadan qışqırıb səs-küy saldığını və vətəndaşları narahat etməsinə dair məlumat almışlar. Dərhal həmin yerə gedərək şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və onlardan sakit olmasını, ictimai qaydanı pozmamağı bildirib nizam-intizamlı olmağa dəvət etmişlər. Həmin şəxslərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini izah etmişlər. Onlara dəfələrlə nizam-intizamlı olmasını bildirsələr də həmin şəxslər onlara əhəmiyyət verməyərək öz qanunsuz hərəkətlərini davam etdirmişlər və onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Həmin şəxslərin əməlində ictimai qayda pozuntusunun əlamətləri olduğu üçün şəxsiyyətlərini müəyyən etmək və barələrində qanuni tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Növbətçi hissədə həmin şəxslərin Oğuz rayonu, Muxas kəndində qeydiyyatda olmaqla yaşayan 31 avqust 1998-ci il təvəllüdlü X10 və Oğuz rayonu, Muxas kəndində qeydiyyatda olmaqla yaşayan xx xxxx 1998-cı il təvəllüdlü Şəxs olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunduğundan, o, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını, onun şəxsiyyətini, xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 07 oktyabr 2024-cü il tarixdə saat 01:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla ona həmin Məcəllənin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq olunsun. Həbsetmənin əvvəli 07 oktyabr 2024-cü il tarixdə saat 01:20-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar