Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-471/2020 21.12.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində karantin qaydalarını pozaraq Ağdaş rayonu Əmirarx kəndində fəaliyyət göstərən çayxanada müştəri qismində iştirak etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələbini pozmuşdur. Buna görə onun barəsində xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmədi və xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində Ağdaş rayonu Əmirarx kəndində fəaliyyət göstərən çayxanaya çay içmək məqsədi ilə deyil, satdığı naringi meyvəsinin pulunu almaq məqsədi ilə getdiyini, çayxanada ondan başqa digər şəxslərin də olduğunu, bu zaman polis əməkdaşlarının ona və orada olan digər şəxslərə yaxınlaşıb özlərini təqdim edərək karantin qaydalarını pozduqlarını bildirdiklərini və onları rayon Polis Şöbəsinə dəvət etdiklərini, heç bir günahı olmadığından Polis Şöbəsində izahat verməkdən imtina etdiyini bildirdi. İş üzrə şahid Ağdaş rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri X2 məhkəmə iclasında verdiyi izahatında xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində polis nəfərləri X4 və X3 ilə birlikdə Ağdaş rayonu ərazisində reyd keçirdikləri zaman rayonunun Əmirarx kəndində çayxananın fəaliyyət göstərdiyini aşkar etdiklərini, çayxanada çox adamın olduğunu, orada olan şəxslərə, o cümlədən Şəxs da özlərini təqdim edərək karantin qaydalarını pozduqlarını izah etdiklərini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs yalan danışdığını, aşkar etdikləri faktla bağlı çəkiliş etməklə görüntüləri diskə köçürdüklərini, sonra da çayxanada olan şəxsləri Polis Şöbəsinə dəvət etdiklərini təsdiq etdi. İş üzrə şahid Ağdaş rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X4 məhkəmə iclasında şahid X1 verdiyi izahatla eyni məzmunlu izahat verdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, məhkəmə iclasında təqdim edilmiş diskə baxış keçirilərkən də məlum olur ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində Ağdaş rayonu Əmirarx kəndində fəaliyyət göstərən çayxanada çoxlu sayda adam toplaşmaqla karantin qaydalarını pozmuşlar. İnzibati xəta haqqında materiala əlavə olunmuş xx.xx.2020-ci il tarixli arayışdan məlum olur ki, Şəxs inzibati xəta törətdiyinə görə Polis Şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, RPŞnin kartotekasında Şəxs haqqında heç bir məlumat olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq Şəxs barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1976-cı ildə Ağdaş rayonu, Əmirarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Əmirarx kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib iki yüz manat məbləğdə cərimə edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-471/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-471/2020
21.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver