Məhkəmə qərarları › İş №3(014)-471/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-471/2021

15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-471/2021 15.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: 15 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokola görə Şəxs 13 noyabr 2021-ci il tarixdə, saat 16:45 radələrində X3 ilə birlikdə “VAZ-2107” markalı 20DZ107 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun 240-cı kilometrliyində hərəkətdə olarkən BDYPİ-nin YPX-nin əməkdaşlarının qanuni əmrinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmədi və bildirdi ki, 13 noyabr 2021-ci il tarixdə, təxminən saat 16:45 radələrində dostu Taleh oğlunun idarə etdiyi “VAZ-2107” markalı 20DZ107 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun 240-cı kilometrliyində hərəkətdə olarkən üçün BDYPİ-nin YPX-nin əməkdaşları tərəfindən C.Qasımova “saxla işarəsi” verilsə də, o evə tələsdiyindən avtomobilini saxlamamış ötüb getmişdir. Bildirir ki, o, həmin vaxt avtomobildə qabaqda Cahanbala Qasımovun yanında oturmuş və hər ikisi təhlükəzislik kəmərindən istifadə etmişlər. Şəxsən o, avtomobil idarə etməməiş, polis əməkdaşlarına qarşı heç bir artıq hərəkətə, təhqirə yol verməmişdir. Odur ki, məhkəməyə nə üçün gətirildiyi və YPX-nin əməkdaşlarının hansı tələbinə tabe olmadığı ona aydın deyildir. İş üzrə şahid BDYPİ-nin YPX-nin 8-ci taqımının inspektoru X7 məhkəmə iclasında bildirdi ki, 15 noyabr 2021-ci il tarixdə, saat 16:45 radələrində Şəxs X1 idarə etdiyi “VAZ- 2107” markalı 20DZ107 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun 240-cı kilometrliyində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədikləri üçün onlara saxla işarəsi verilmiş, lakin Cahanbala Qasımov onun qanuni tələbinə tabe olmamış, avtomobilini sürətlə idarə edərək qaçıb Maşad kəndinin ərazisinə daxil olmuş, təxminən 20-25 dəqiqədən sonra həmin nəqliyyat vasitəsini idarə etdiyi patrul avtomobilini təhlükəli formada manevr edib önə keçmiş və əl-qol hərəkətləri ilə yolda digər nəqliyyat vasitələrinə təhlükə yaradaraq kəskin tormozlama edib Maşad kəndinə doğru istiqamətləndirmiş, sürücünün yanında oturmuş Şəxs isə onu və digər həmkarını təhqir etmişdir. İş üzrə şahid BDYPİ-nin YPX-nin inspektoru X5 şahid X4 izahatı ilə eyni məzmunlu izahat verdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, iş üzrə şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarından göründüyü kimi, 13 noyabr 2021-ci il tarixdə “VAZ-2107” markalı 20DZ107 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs deyil, X3 olmuşdur, deməli BDYPİ-nin YPX-nin əməkdaşları tərəfindən “saxla işarəsi”nə Şəxs deyil, C.Qasımov tabe olmalı idi. Odur ki, məhkəmə iclasında araşdırılmış sübutlar əsasında belə nəticəyə gəlirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin olmadığı müəyyən edildiyi üçün inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloci salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərədə tutulmuş qaydad sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar