Məhkəmə qərarları › İş №3(014)-471/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-471/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-471/2024 08.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, “İİ Vətən Müharibəsi” iştrakçısı, İİ qrup əlil, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 2024-cü ilin aprel ayında ünvan 1ində yerləşən həyətyanı sahəsində 1 (bir) ədəd çətənə bitkisi əkmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ağdaş rayon Polis şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1i ünvanında yaşayan Şəxs yaşadığı evin həyətyanı sahəsinə 08 avqust 2024-cü il tarixdə saat 14:03-dən 14:33-dək baxış keçirilmiş, baxış zamanı həyətyanı sahəsində 01 ədəd yerə əkilmiş və hündürlüyü 331 sm olan narkotik tərkibli bitkiyə bənzər bitki aşkar edilmiş və aqronomu Əziz Mahmudov rəy verərək bitkiyə aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Aşkar olunmuş bitki qablaşdırılaraq götürülmüşdür. Ağdaş rayon X7 Bölməsinin təhqiqatçısı, polis mayoru X4 tərəfindən 01 oktyabr 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, ruhi-əsəb disponserində qeydiyyatda olduğunu, 2-ci Qarabağ döyüşlərində iştik etdiyini, yaralandığına görə 2-ci qrup əlilliyinin olduğunu, bədənində qəlpə yaralarının olduğunu, başından zədə aldığını, buna görə də dövlət tərəfindən psixotrop dərmanları aldığını, dövlət tərəfindən verilən psixotrop dərmanların onu sakitləşdirmədiyinə görə hərdən narkotik vasitə olan marixuana istifadə etdiyini, 2024-cü ilin aprel ayının ortalarında şirə kanalın kənarında 01 ədəd çətənə bitkisinin toxumunu yabanı halda bitən bitkidən götürdüyünü və əkmək qərarına gəldiyini, Ağdaş rayonu Cardam kəndində yaşadığı evin həyətində əkin sahəsində kolluq ərazidə əkdiyini, yaşadığı evin həyətinə əkdiyi çətənə bitkisini heç bir kəsə məlumat vermədiyini, gündəlik olaraq suladığını, xx.xx.2024-cü il tarixdə Ağdaş RPŞ-nin polis əməkdaşlarının yaşadığı evə gələrək həyətində narkotik tərkibli bitkinin olmasının məlumatı olmasını bildirdiyini, özünün də həyətində 01 ədəd çətənə bitkisini əkdiyini etiraf edərək polis əməkdaşlarına yerini göstərdiyini, bundan sonra aqronumun və hal şahidlərinin iştrakı ilə əkdiyi bir ədəd çətənə bitkisini sənədləşdirilərək polis şöbəsinə gəldiyini, əməldən peşman olduğunu, ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X5 izahatında bildirdi ki ünvan 1i ünvanında Şəxs yaşadığı evin həyətyanı sahəsindən çətənə bitkisi aşkar edilmiş və həmin çətənə bitkisinə aqrotexniki qaydada qulluq edildiyi müəyyən edilmişdir. Ağdaş rayon X7 Bölməsinin təhqiqatçısı, polis leytenantı X4 tərəfindən 08 avqust 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Buna görə də hadisə araşdırılaraq Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 09 avqust 2024-cü il tarixli, 3-16-16/2-17/690 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə Şəxs həyətyanı sahəsindən aşkar olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinə oxşar 1 (bir) ədəd bitki yazısı olan 1 (bir) ədəd sintetik kisənin içərisindəki, uzunluğu 331 sm, yaş vəziyyətdə təmiz çəkisi – 4570 qram olan 01 (bir) ədəd bitki nümünəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. X10 08 avqust 2024-cü il tarixli rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 20 sentyabr 2024-cü il tarixli, 1583 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstləliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 08 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. İş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 01 (bir) ədəd, uzunluğu 331 sm, yaş vəziyyətdə təmiz çəkisi – 4570 qram narkotik tərkibli çətənə bitkisi məhv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Hazırkı iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 01 (bir) ədəd, uzunluğu 331 sm, yaş vəziyyətdə təmiz çəkisi – 4570 qram narkotik tərkibli çətənə bitkisi məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar