Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-472/2022 01.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Abuşova Pakizə Müşfiq qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-69/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 qanuni tələbini yerinə yetirməmiş, Zərərçəkmiş şəxs 2800 manat məbləğində aliment borcunu ödəməmişdir. Buna görə onun barəsində 01 sentyabr 2022-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək rəsmi iş yerinin olmadığını, fərdi işlə məşğul olduğunu, atası onkoloji xəstə olduğu üçün aliment ödəməyə maddi imkanın çatmadığını, hal-hazırda yaranmış aliment borcunu ödəmək iqtidarında olmadığını bildirdi. Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 2(014)-69/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin 23 fevral 2021-ci ildə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduğunu və 01 aprel 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edildiyini, inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 2800 manat məbləğində aliment borcunun yarandığını, onun İcra şöbəsinə çağırılaraq ondan aliment borcunun ödənilməsinin tələb olunduğunu, lakin borclu tərəfindən tələbkara olan aliment borcunun ödənilmədiyini, icra sənədi üzrə tələbkarın isə durmadan alimenti tələb etdiyini, borclunun tələbin ödənilməsinə yönəldilə bilinəcək heç bir əmlakının olmadığını, Şəxs onun qanuni tələbini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə və çağırışlara gəlmədiyinə görə Ağdaş Rayon Məhkəməsinə borclunun Məcburi gətilməsinə dair təqdimat verilmiş, məhkəmənin 8(014)-297/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin olunaraq borclunun Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmış, Ağdaş Rayon Məhkəməsinin 8(014)-355/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə borclu Şəxs ölkədən getmək hüququ icra sənədi borcu ödənilib qurtarana kimi məhdudlaşdırılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab etmirəm və hesab edirəm ki, onun barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməli, inzibati həbs etmənin əvvəli qərar qəbul edildiyi tarixdən və vaxtdan, yəni 01 avqust 2022-ci il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1980-ci il tarixdə Ağdaş rayonu, Qobu-üstü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, boşanmış, fərdi işlə məşğul olan, Ağdaş rayonu, Qobu-üstu kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 01 sentyabr 2022-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icra edilməsi Ağdaş rayon Polis Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-472/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-472/2022
01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver