Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-473/2022 01.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlunun sədrliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 01 sentyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDM: Şəxs Ağdaş Rayon Məhkəməsinin 3(014)-63/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş 3000 manat məbləğində inzibati cəriməni həmin inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməklə Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinin tələbini pozmuşdur. Buna görə də onun barəsində 01 sentyabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, tərtib edilmiş inzibati xəta protokolu və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. İcra haqqında Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 3(014)-63/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar xx.xx.2021ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya icraata başlamaq haqqında qərar, bildirişlər göndərilmiş, borclu Şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinə gələrək, borcunu hissə-hissə ödəyəcəyinə dair izahat vermişdir. Lakin Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclunun əmlak, əmək, pensiya, təqaüd və sair gəlirlərinə yönəldilməsi barədə tədbirlər görməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Mahir Abbasovun tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verildiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109, 110, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Mahir Abbasov tərəfindən tərtib edilmiş İXP1061432 saylı inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Ağdaş rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardad elan edildiyi vaxtdan qanuni qüvvəyə minir və ondan şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-473/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-473/2022
01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver