Məhkəmə qərarları › İş №3(014)-475/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-475/2021

30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-475/2021 30.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 29.07.2002-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 18 oktyabr 2021-ci il tarixdə saat 19:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Ağdaş rayonu Yenicə kəndi ərazisindən keçən 265-ci kilometrliyində idarə etdiyi “Kamaz 5511” yük markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu istiqamətində yolun sağ zolağı ilə hərəkətdə olan zaman avtomobilin qabaq hissəsi ilə, onunla eyni istiqamətdə hərəkət edən sürücü Zərərçəkmiş şəxs1 İsrafil oğlunun idarə etdiyi “Kamaz 5511” yük markalı, 16- BC-489 qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsindən vuraraq toqquşmuş, sonra **-BC-*** qeydiyyat nişanlı yük avtomobili yolun sağında torpaq hissədə dayanan sürücü Zərərçəkmiş şəxs2 məxsus olan “Kamaz 5511” yük markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəyərək torpaq hissədə dayanmışdır. Nəticədə “Kamaz 5511” yük markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs və “Kamaz 5511” yük markalı, **-BC-*** qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 İsrafil oğlu xəsarət alaraq Ağdaş rayon xəstəxanasına müraciət etmişlər. Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-yə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi X4 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, onun barəsində Vİİİ Tağım YPX inspektoru polis baş serjantı X2 tərəfindən 16.11.2021-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. Tərtər rayonunun Yuxarı Narlıq qəsəbəsində yaşayır. Sürücülük hüququ var. İdarə etdiyi “Kamaz 5511” yük markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili həm yerlisi, yaxın münasibəti olan X3 məxsusdur. Çörək pulu qazanmaq üçün Bakı şəhərindən Tərtər rayonuna mişar daşını (kubik) daşımaqla məşğul olmuşdur. İdarə etdiyi “Kamaz 5511” yük markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnaməsiz idarə etmişdir. 18.10.2021-ci il tarixdə saat 19:40 radələrində idarə etdiyi “Kamaz 5511” yük markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhərindən Tərtər rayonuna mişar daşı (kubik) aparırdı. Ağdaş rayonunun Yenicə kəndinin ərazisində Qazax rayon istiqamətində yolun sağ zolağı ilə hərəkət etmişdir. Qarşısında "Kamaz 5511" yük markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmişdir. Həmin yük maşını ilə ara məsafəsi yaxın olmuşdur. Bir anlığa həmin yük maşını sürətini azaltmışdır. Bunu görüb sükanı sola çəkmişdir ki, qəzadan yayınsın. Buna baxmayaraq, ara məsafəsi yaxın olduğundan həmin **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsi ilə onun yük avtomobilin qabaq hissəsi toqquşmuşdur. Toqquşma zamanı zərbədən yük avtomobilinin sol qapı hissəsindən yerə düşmüşdür. Toqquşma zamanı o, xəsarət almışdır. Ətrafa adamlar toplaşmış, təcilli tibbi yardım çağırmışlar. Onu və qarşı yük avtomobilinin sürücü sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 təcilli tibbi yardım avtomobili ilə Ağdaş rayon xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs1 Ağdaş rayon xəstəxanasında qalmış, onu oradan Göyçay rayon xəstəxanasına aparmışlar. O, hadisə zamanı spirtli içki qəbul etməmişdir. Hadisə zamanı yük avtomobilini 55-60 km/saat sürətlə idarə etmişdir. Yük avtomobilində tək olmuşdur. Yük avtomobilində 800 ədəd mişar daşı (kubik) olmuşdur. Hadisədən sonra xəstəxanadan çıxanda eşitmişdir ki, onun toqquşduğu yük avtomobili onunla toqquşduqdan sonra başqa “Kamaz” markalı yük avtomobilinin arxa hissəsindən dəymişdir. Zərərçəkmiş şəxslərə və protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 16.11.2021-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar