Məhkəmə qərarları › İş №3(014)-475/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-475/2022

05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-475/2022 05.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Cəbrayıl rayonu Soltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Cəbrayıl rayonu Soltanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi 19 nömrəli evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu üzrə materiala 05 sentyabr 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsinin Yol Patrul Xidməti Bölməsinin baş inispektoru, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində 04 sentyabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 04 sentyabr 2022-ci il tarixdə saat 08:05 radələrində Ağdaş şəhəri M.Rəsulzadə küçəsi ilə hərəkətdə olan zaman Ağdaş şəhəri Heydər Əliyev prospektinin kəsişməsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “X7 Minik” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol ver” nişanının tələbini pozaraq Zərərçəkmiş şəxs idarə etdiyi “X6 Minik” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxması nəticəsində həmin avtomobillər toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs maddi zərər vurmaqla yol nəqliyyat hadisəsi törətməklə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tələbini pozulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “X7 Minik” markalı, **- TT-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyini, 04 sentyabr 2022-ci il tarixdə saat 08:05 radələrində Ağdaş şəhəri M.Rəsulzadə küçəsi ilə Ağdaş şəhəri Heydər Əliyev prospektinin kəsişməsində sağa manev edən zaman avtomobili sürətini azaltmış, bu zaman Ağdaş şəhəri Heydər Əliyev prospektində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “X6 Minik” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə vaxtı özü və avtomobilində olan sərnişinlər xəsarət almadığını, hadisə Zərərçəkmiş şəxs təqsirindən baş verdiyini, buna görə də onun barəsində olan protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla “X6 Minik” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyini, 04 sentyabr 2022-ci il tarixdə saat 08:05 radələrində Ağdaş şəhəri Heydər Əliyev prospektindən Ağdaş şəhəri M.Rəsulzadə küçəsinin kəsişməsinə dönən zaman Şəxs idarə etdiyi “X7 Minik” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə vaxtı özü xəsarət almasada, avtomobilinə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş verdiyini, ona dəymiş ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə iclasında Ağdaş rayon Polis şöbəsinin Yol Patrul Xidməti X4 Xidməti inspektoru, polis serjantı Şahid izahatında Şəxs 04 sentyabr 2022-ci il tarixdə saat 08:05 radələrində Ağdaş şəhəri M.Rəsulzadə küçəsi ilə hərəkətdə olan zaman Ağdaş şəhəri Heydər Əliyev prospektinin kəsişməsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “X7 Minik” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol ver” nişanının tələbini pozaraq Zərərçəkmiş şəxs idarə etdiyi “X6 Minik” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxması nəticəsində həmin avtomobillər toqquşduğunu, nəticədə Zərərçəkmiş şəxs maddi zərər vurmaqla yol nəqliyyat hadisəsi törətdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə protokol tərtib edildiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs qeyd olunan inzibatı xətanı törətməməsi ilə bağlı verdiyi izahatına tənqidi yanaşaraq bu xüsusat üzrə izahatını özünü müdafiə kimi qiymətləndirir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməli zərərçəkmiş şəxsin və şahid ifadələri və iş materialları ilə Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, işin hallarını, əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Cəbrayıl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar