Məhkəmə qərarları › İş №3(014)-475/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-475/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-475/2024 09.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx.xx.1975-ci ildə Ağdaş rayonu Maşad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Ağdaş şəhəri, Məşəd küçəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi X1 14 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 08 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Ağdaş şəhəri, Məşəd küçəsində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığına zərər vurmayan xəsarət yetirdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, buna görə də onun barəsində olan inzibati iş üzrə icraata xitam verməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Ağdaş şəhəri, Məşəd küçəsində aralarında yaranmış mübahisə zamanı Şəxs onu və Zərərçəkmiş şəxs2 vuraraq sağlamlığına dərəcəsi müəyyən edilməyən xəsarət yetirdiyini, hazırda Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Ağdaş şəhəri, Məşəd küçəsində aralarında yaranmış mübahisə zamanı Şəxs onu və Zərərçəkmiş şəxs1 vuraraq sağlamlığına dərəcəsi müəyyən edilməyən xəsarət yetirdiyini, hazırda Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Ağdaş şəhəri, Məşəd küçəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığına zərər vurmayan xəsarət yetirdiyini, buna görə də Ağdaş rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi X2 14 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyini, həmin qərar əsasında tərəfindən inzibatı araşdırma aparıldığını, buna görə də onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 08 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barışmışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs ilə zərərçəkmiş şəxslər ilə barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar