Məhkəmə qərarları › İş №3(014)-476/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-476/2022

05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-476/2022 05.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Abuşova Pakizə Müşfiq qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 05 sentyabr 2022-ci il tarixdə saat 01:40 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində Mercedes-Benz markalı ** VN *** dövlət qediyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edən zaman Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanıldıqda polis əməkdaşları ictimai qaydanı mühafizə tədbirlərini icra edən zaman polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Buna görə onun barəsində 05 sentyabr 2022-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və 04 sentyabr 2022-ci il tarixdə saat 23:36 radələrində öz maşını ilə hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, heç bir zaman spirtli içki qəbul etmədiyini, həmin gün bir bakal pivə içdiyini, polis əməkdaşlarının ondan sənədlərini və özünü təqdim etməsini tələb etdikdə qorxaraq oradan uzaqlaşmaq istədiyini, lakin polis əməkdaşları tərəfindən saxlanılaraq Ağdaş Rayon Polis Şöbəsinə gətirildiyini və əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirdi. İş üzrə şahid Ağdaş rayon X4 yol polisi bölməsi yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı X5 məhkəmə iclasında 104 sentyabr 2022-ci il tarixdə saat 23:37 radələrində Ağdaş Rayon Polis Şöbəsinin Yövlət yol polis bolməsinin KİA markalı 99YP199 dövlət qeydiyyat nişanlı avtomobili ilə polis leytenantı Ə.Namətov və polis baş serjantı E.Nəbiyev E.Nəbiyev ilə birlikdə Ağdaş şəhəeri, H.Əliyev prospekti, SU 18 küçəsinin kəsişməsində MERCEDES markalı 10VN334 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin geriyə manevr qaydasını pozduğunu görüb işarə verib saxlatdıqlarını, sürücünün onları görüb qaçmaq istədiyini, ona yaxınlaşaraq sənədlərini yoxladıqlarında ondan spirtli içki qoxusu gəldiyindən onu polis şöbəsinə dəvət edib həkim mayinəsinə aparmaq istədiklərini, sürücünün onlarla nalayiq ifadələrlə danışdığını, onların qanuni tələblərinə tabe olmayaraq yenidən qaçmaq istədiyini, dəfələrlə həmin sürücünü polisin qanuni tələblərinə tabe olmasını bildirsələr də sürücünün kobud hərəkətlərinə davam edərək Rayon Polis Şöbəsinə müayinəyə getməyərək onlara tabe olmayaraq qaçıb uzaqlaşmaq istədiyini, sonradan həmin sürücünü Polis Şöbəsinə məcburi qaydada gətirərək Rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verdiklərini, Rayon Polis Şöbəsində həmin sürücünün Ağdaş şəhər, İstiqlal küçəsi sakini Şəxs olduğunun məlum olduğunu bildirdi. İş üzrə şahidlər Ağdaş Rayon Polis Şöbəsinin polis baş sertjantları X3 və X1 məhkəmə iclasında digər şahid X2 ifadəsinə oxşar izahatlar verdilər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxx 1964-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş şəhəri, İstiqlal küçəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib iki yüz manat cərimə edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar