Məhkəmə qərarları › İş №3(014)-476/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-476/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-476/2024 09.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ağdaş Rayon Polis Şöbəsinin X2 polis sahə rəisi X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Cardam qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 16 iyun 2024-cü il tarixdə saat 18 radələrində Ağdaş şəhəri, Məşəd küçəsində Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə də Şəxs barəsində 08 oktyabr 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X2 sahə rəisi X7 bildirdi ki, 16 iyun 2024-cü il tarixdə saat 18 radələrində Ağdaş şəhəri, Məşəd küçəsində X10 və Şəxs Pəna qızı ilə Zərərçəkmiş şəxs və X8 aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs və Elşad Əhmədov qəsdən Vəfa Əsgərovaya sağlamlığa zərər vurmayan, Zərərçəkmiş şəxs və Elşad Əhmədov qəsdən Şəxs sağlamlığa zərər vurmayan, Vəfa Əsgərova və Şəxs qəsdən Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarətləri yetirmişdir. Bununla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmçinin Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati xəta törətməsi müəyyən edildiyindən qərarın icra edilməsi Ağdaş Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə həvalə edilmişdir. Daha sonra Şəxs barəsində 08 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 16 iyun 2024-cü il tarixdə ailəvi olaraq qurban bayramına gedərkən Zərərçəkmiş şəxs onların yolunu kəsmiş və aralarında mübahisə baş vermişdir. Mübahisə nəticəsində Sədaqət anası Vəfanı tutaraq yerdə sürüməyə başlamış, bundan sonra onlar biri-birlərinə xəsarət yetimişlər və o, hadisə zamanı az xəsarət almışdır. Məhkəmə iclasında Şəxs sualları cavablandıraraq bildirmişdir ki, maşını anası Vəfa idarə edirdi. Maşında əri və uşaqları da var idi. Həmin vaxt ətrafda heç kim olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, aralarında heç bir mübahisə yoxdur, barəsində olan icraata xitam verilməsini xahiş edir. Daha sonra Şəxs bu barədə məhkəməyə ərizə təqdim etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, aralarında mübahisə gül üstündə olmuşdur. Belə ki, Şəfagil həyətlərinin qarşısında gül əkmişdilər və heyvanları həmin gülləri yemişdir. Bundan sonra Vəfa Əsgərova ilə aralarında mübahisə olmuşdur. Mübahisə zamanı xəsarət almışlar. Hazırda Şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur, onun barəsində olan inzibati işə xitam verilməsini məhkəmədən xahiş edir. Daha sonra Zərərçəkmiş şəxs barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə barışması barədə məhkəməyə ərizə təqdim edir. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, vətəndaş X1 heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan Ağdaş rayon X9 Bölməsinin müstəntiqi Süleyman Süleymanovun 14 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X10, Şəxs Pəna qızı, Zərərçəkmiş şəxs və X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan cinayət işinin başlanmasının rədd edilməsi, onların barəsində həmin maddə ilə inzibati tənbeh tədbirlərinin görülməsi məqsədi ilə qərarın surətinin Ağdaş Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Ağdaş Rayon Polis Şöbəsinin X2 polis sahə rəisi X7 tərəfindən 17 sentyabr 2024-cü il tarixdə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında qərardadın surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən material üzrə cinayət işi başlanmasının rədd edilməsi barərdə qərar qəbul edilərək X10, Şəxs Rəna qızı, Zərərçəkmiş şəxs və X5 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmiş və 17 sentyabr 2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19 iyun 2024-cü il tarixli 289 nömrəli rəyindən görünür ki, Şəxs Rəna qızının bədənində olan xəsarətlər – sağ kürəkaltı nahiyənin, sağ bazu oynağının bayır səthinin, sağ bazunun aşağı 1/3-nin bayır səthinin, sol bazunun orta 1/3-nin bayır səthinin, sağ budun yuxarı 1/3-nin bayır və iç səthinin, sol budun yuxarı 1/3-nin bayır səthinin qançırları, sağ əlin İİ barmağının dırnaq lövhəsinə qansızma, küt alət (əşya) təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 29 iyun 2024-cü il tarixli 316 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sağ bazunun yuxarı 1/3-nin bayır səthinin, sol kürək nahiyəsinin, sağ kürəkaltı nahiyənin, sağ əlin ovuc səthinin səthi yaralarından sonrakı çapıqlar, sağ balıdırın aşağı 1/3-nin bayır səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan yaralar dişləmə nəticəsində əmələ gələ bilərlər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs, törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda nzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək qanunvericilik normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən o, inzibati məsuliyyətdən azad edilməli və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar