Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-479/2022 28.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ № 10795933 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10843509 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10844592 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10845909 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10848145 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10867376 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10867138 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10882410 saylı və xx.xx.2022-ci il tarixli, EQ № 10954676 saylı inzibati tənbeh vermə haqqında qərarlardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Həmin protokollar əsasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, EQ № 10795933 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10843509 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10844592 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10845909 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10848145 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10867376 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10867138 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10882410 saylı və xx.xx.2022-ci il tarixli, EQ № 10954676 saylı inzibati xəta haqqında qərarlar qəbul edilmişdir. İnzibati xəta haqqında qərarlardan görünür ki, X5 yol hərəkət qaydaları əleyhinə olan inzibati xətalar törətmiş, buna görə də İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək cərimə növündə inzibati tənbehlər tətbiq edilmişdir. X1 həmin qərarlardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında idarəçiliyində olan ** XE *** dövlət qeydiyyat nişanlı Hyundai Sonata markalı maşını tanışı X3 adına lizinq yolu sənədləşdirmək üçün ünvan 1 ünvanında fəaliyyət göstərən "X9” MMC-yə getmişlər. Qiymətləndirmə, dövlət yol polisində qeydiyyatdan çıxarılma, lizinq şirkətinin adına qeydiyyata salınma, sığorta məsələlərindən sonra Pərvin Salehovla lizinq müqaviləsi bağlanıb yeni ** PU *** dövlət nömrə nişanı onun istifadəsinə vermişlər. Bundan əlavə xx.xx.2022-ci il tarixədək ** PU *** dövlət nömrə nişanlı Hyundai Sonata markalı maşının istifadəsi ilə bağlı ona da etibarnamə verilmişdir. Sənədləşmə zamanı Pərvin Salehovdan əlavə 3800 manat pul alındığını gördükdə, etirazını “X9” MMC-nin Eldar adlı işçisinə bildirmək istəmiş, o onları kobudlayaraq qəbul etməmiş, daha sonra Pərvinə təxminən 1700 manata aid hissənin qiymətləndirməyə, kasko sığortaya, gps cihazına və sair xərcləndiyini izah etmişdir. Oradan narazılığlarını bildirərək uzaqlaşmışlar, müəyyən məsafə getdikdən sonra “X9” MMC-nin müdiri Nicat İsayev ona zəng edərək məsələyə "aydınlıq gətirməyə” çalışsa da, 1800 manatı Eldar və digər işçiləri əlavə olaraq aldıqlarını etiraf etmiş və təkidləri nəticəsində məcburiyyət qarşısında qalaraq lizinq müqaviləsinin ödəniş cədvəlində ödəniləcək 14800 manat məbləğdə dəyişiklik edərək 14000 manat etmişlər. Telefonunun danışıqları yazmaq xüsusiyyəti vardır. Nicat İsayevlə danışıqlarının səs yazısı qeyd etmiş, və həmin danışıqların səs yazısı qeyd etdiklərini sübut edir. Etdikləri haqsızlığa görə onlarla yaranmış mübahisə nəticəsində “X9” MMC-nin müdiri Nicat İsayev, Eldar adlı işçisi ona qarşı qəzəbləndiyini bildirmişdir. xx.xx.2022-ci ildə Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində işlətdiyi divar kağızı mağazasında oturarkən telefonuna cərimə mesajları, cərimə balları gəlməyə başlamışdır. Mesajlarla tanış olduqda məlum olmuşdur ki, həmin cərimələr, ballar ** PU *** nömrəli Chevrolet Cruze markalı maşının Bakı-Ələt-Astara istiqamətində hərəkət zamanı sürət həddini aşması ilə bağlı yaranmışdır. Bundan əlavə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə ** PU *** dövlət nömrə nişanlı maşınını idarə etmə zamanı yolverilmiş inzibati xətalara görə cərimə və ballar gəlmişdir. Nəticədə adına 243 manat cərimə, 17 cərimə mövcuddur. Halbuki, hər iki maşını o idarə etməmiş ** PU *** nömrəli Chevrolet Cruze markalı maşınını ümumiyyətlə tanımır, görməmiş, yəni cərimə və cərimə ballarının ona heç bir aidiyyəti yoxdur. Araşdırma zamanı ona məlum olmuşdur ki, hər iki nəqliyyat vasitəsinə "X10" MMC-nin müdiri Nicat İsayev tərəfindən adına məlumatı, xəbəri olmadan iradəsinin ziddinə xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixədək etibarnamə verilmişdir. Bunda isə Nicat İsayevin yeganə məqsədi ondan qisas almaq, hər iki maşına yığılacaq cərimə və cərimə ballar nəticəsində sürücülük hüququnu məhdudlaşdırmaq, onu ziyana salmaqdan ibarətdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi Məkhəmə baxışının vaxtı və yeri barədə qərarından şikayət verilmiş orqana məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayətə işin materialları ilə birlikdə baxaraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “Asan Ödəniş” sistemindən çıxarışdan görünür ki, X5 Azərbaycan Respublikası İXM-in müxtəlif maddələri ilə təqsirli bilinərək, ona cərimə növündə inzibati tənbehlər tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, № 001 saylı məktubdan görünür ki, “X9” MMC ilə X5 arasında heç bir müqavilə yoxdur. Şikayət araşdırılarkən məhkəmə baxışında müəyyən olunmuşdur ki, X5 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ № 10795933 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10843509 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10844592 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10845909 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10848145 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10867376 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10867138 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10882410 saylı və xx.xx.2022-ci il tarixli, EQ № 10954676 saylı inzibati xəta haqqında qərarlar ona aid olmayan avtomobil barəsində tətbiq edilmiş və cərimələr onun adına qeyd edilmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarla tanış edilməmiş, onun izahatı alınmamış və inzibati xəta haqqında qərar qəbul edilərkən onun iştirakı təmin edilməmişdir. Protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs izahatlar vermək və ya protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, bu pozuntular da X2 öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Hazırkı inzibati xəta haqqında protokollar isə nə şəxsən, nə də poçt vasitəsilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim olunmamışdır. Qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq inzibati xəta haqqında protokollar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə imzalanması üçün təqdim edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, inzibati işə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsində baxılmış və X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati cərimə olunmuşdur. Lakin işə baxılmasının yeri və vaxtı bərədə X4 məlumat verilməmiş, qəbul edilmiş qərarlar ona göndərilməmişdir. Məhkəmə qeyd edilən hallara qiymət verərək hesab edir ki, işə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məlumat verilmədən baxılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə hesab edir ki, işə baxılmasının yeri və müddəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məlumat verilmədən baxılması nəticəsində X5 inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək kimi hüquqlarından məhrum edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında qərarı qəbul edilərkən X4 lazımı qaydada məlumatlandırılmaması və iştirakının təmin edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 **-PU-*** və **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin mülkiyyətçisi deyil, eyni zamanda “X9” MMC tərəfindən X4 etibarnamələr verilməsinin heç bir hüquqi əsası olmamışdır və avtomobilləri faktiki olaraq R.Hacıyev idarə etmir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ № 10795933 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10843509 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10844592 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10845909 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10848145 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10867376 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10867138 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10882410 saylı və xx.xx.2022-ci il tarixli, EQ № 10954676 saylı inzibati tənbeh vermə haqqında qərarları ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında işlərə yenidən baxılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ № 10795933 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10843509 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10844592 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10845909 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10848145 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10867376 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10867138 saylı, xx.xx.2022-ci il tarixli, EQ № 10882410 saylı və xx.xx.2022-ci il tarixli, EQ № 10954676 saylı inzibati tənbeh vermə haqqında qərarları ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında işlər yenidən baxılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-479/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-479/2022
28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver